ABŞ və Türkiyə YPG/PKK ilə əlaqəli Suriya Demokratik Qüvvələrinə (SDF) Suriya hökumətinə qoşulmaq üçün 30 gün vaxt verib.
“Report” xəbər verir ki, bu barədə “Middle East Eye” mənbələrə istinadən bildirib.
Qeyd olunub ki, inteqrasiya olunmayan bölmələr tərk-silah ediləcək, Dəməşq isə tam nəzarəti özündə saxlayacaq.