"Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" .....                     Rusiya sərt üzünü kimə göstərir? .....                     Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... .....                     CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun .....                     Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? .....                     Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı .....                     Azərbaycanda problemli kreditlər artır .....                     Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü .....                     Zəngəzur sadəcə yol deyil .....                     Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? .....                     Tehranda su qıtlığına görə daha bir problem: .....                     Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi .....                     Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı .....                     Putin-Tramp dialoqu: Dünya buna köklənib... .....                     Bolqarıstandan azərbaycanlı iş adamına .....                     Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… .....                     Rusiya Köçəryanı yenidən aktivləşdirir: .....                     “Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası .....                     ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək .....                     Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü .....                     Mülayim şərq küləyi əsəcək .....                     Ənvər Seyidov vəfat etdi .....                     "İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" .....                     “Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” .....                     İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq .....                     Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ .....                     Ermənistan təyyarələri Azərbaycan səmasından istifadə edir? .....                     Krım türkləri Moskvanı yandırdı... .....                     Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir .....                     "Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…" .....                     Əməkdaşı həbs edildi, şiddətli töhmət aldı, 18,5 milyonluq yeyintisi aşkarlandı .....                     17 milyardlıq müharibə hazırlığı: .....                     Kiyevə silah tədarükünün yeni mexanizmi yaradılır .....                     “Dəvəli” ASC mənfəətini bölüşdürəcək .....                     Naçıvanda SAXTA STOMATOLOQLAR ORDUSU... .....                     “Sumqayıt Avtomotoservis” ASC-nin rəhbərliyi seçiləcək .....                     Regionda Türkiyə və Azərbaycanın qarşısını yalnız bu ölkə ala bilər .....                     Qanunvericiliyə əsasən,manat ölkədə yeganə hüquqi ödəniş formasıdır .....                     Dilçi alim AMEA rəhbərliyini YERLƏ BİR ETDİ... .....                     Qusarda bələdiyyə sədri vətəndaşa qarşı... .....                 

Rusiya Köçəryanı yenidən aktivləşdirir: - Xocalı canisi Moskvanı Ermənistanın “keçəlinə dərman” kimi təqdim edir
Tarix: Bu gün, 12:48 | Çap et

Ermənistanın sabiq prezidenti, Qarabağ müharibəsinin birbaşa iştirakçısı və Xocalı soyqırımının əsas siması sayılan Robert Köçəryan yeni çıxışı ilə bir daha rusiyayönlü xəttin müdafiəçisi kimi siyasi səhnəyə qayıdıb.

Musavat.com xəbər verir ki, onun geniş müsahibəsində səsləndirdiyi fikirlərdə açıq şəkildə Moskvanın Cənubi Qafqazda “yeganə cilovlayıcı güc” olduğu, Ermənistan üçün xilasedici rolunu oynaya biləcəyi iddia olunur.

Müsahibə boyunca hədəf isə hazırkı baş nazir Nikol Paşinyan və onun komandasıdır.

“Azərbaycan və Türkiyəni cilovlaya biləcək yeganə güc Rusiyadır”

Köçəryan iddia edir ki, nə ABŞ, nə də Fransa bölgədə Ermənistanı qorumaq iqtidarındadır.

Sitat: “Fransanın burada həyati maraqları yoxdur, ordusu isə cəmi 200 min nəfərdir, onlardan yerüstü döyüş hazırlığı olanlar 50 min nəfər belə deyil. Azərbaycan və Türkiyəni cilovlaya biləcək yeganə ölkə Rusiyadır, onun da burada maraqları var”.

O deyir ki, əgər bu müqaviləyə zəmanət verəcək bir güc varsa, o da Rusiyadır. Bu fikir faktiki olaraq Moskvanın regionda qalıcı hərbi və siyasi varlığını legitimləşdirməyə yönəlib.

Daha bir sitat: “İndi ağıllı bir lider belə bir vəziyyətdə o ölkə ilə münasibətlər qurmağa çalışar ki, onun imkanları və maraqları Ermənistan üçün bu təhdidləri cilovlasın”.

Köçəryan Paşinyanı və onun komandasını savadsız, təcrübəsiz, hətta diletant adlandıraraq birbaşa Rusiya ilə düşmənçilik etməyi Ermənistan üçün ölümcül yanlış hesab edir.

Sitata baxaq:

“Bəs indiki Ermənistan rəhbərliyi nə edir? Rusiya ilə düşmənçilik edir, eyni zamanda Ermənistan üçün birbaşa təhlükə olan ölkələrlə dostluq qurmağa çalışır. Bunu sağlam düşüncə ilə izah etmək mümkündürmü? Beynəlxalq münasibətlər bu cür işləmir. Azərbaycan və Türkiyənin Ermənistan qarşısındakı iştahını cilovlaya biləcək yeganə imkan Rusiyadır. Kim deyirsə ki, bu, ABŞ-dır, qoy olsun, amma ABŞ-ın nə burada imkanı, nə də istəyi var”.

Bu ritorika yalnız Kreml düşüncəsinin səsləndirilməsi deyil, həm də Ermənistan cəmiyyətində revanşizmi körükləyən təhlükəli yanaşmadır.

Məhz Köçəryan və onun siyasi komandası 2000-ci illərdə Ermənistanı Rusiyanın hərbi-siyasi peykinə çevirərək, suverenlik anlayışını tamamilə sıradan çıxarıblar. Nəticədə bu gün Paşinyan rəhbərliyi xilas planı hazırlayan deyil, sadəcə olaraq köçəryanların atdığı mina tarlasından çıxmağa çalışan bir komandadır.

Köçəryan müsahibəsində “sülh müqaviləsi kağız parçası olaraq qalmamalıdır” deyir:

“Sülh müqaviləsi sadəcə kağız parçası olmayacaq. Əgər bu müqavilənin icrasına zəmanət verən güclü bir ölkə də varsa, bu, artıq sülh müqaviləsi olar. Beynəlxalq münasibətlər belə işləyir”.

O, bunları söylərkən əslində münaqişənin qalmasını və Rusiyanın bu fonda bölgədə qalıcı hegemon olmasını təklif edir. Onun modelində Ermənistan heç vaxt tam müstəqil olmur, daim kənar bir güc tərəfindən qorunan və yönləndirilən “klient dövlət” olaraq qalır.

Obyektiv olsaq, görərik ki, Paşinyan bu gün Ermənistanı müstəqil qərarverici dövlətə çevirmək, sülh gündəliyini Türkiyə və Azərbaycanla birbaşa dialoq üzərində qurmaq, Qərbə inteqrasiya olmaq xəttini izləyir.

Köçəryan isə açıq şəkildə deyir: “Yalnız Rusiya bu bölgədə oyunçudur. ABŞ istəmir, Fransa zəifdir. Gəlin, Moskvaya təslim olaq”.

Köçəryanın ritorikası Ermənistanı yenidən təzyiq altında yaşamağa, hərbi-siyasi bloklara bağlanmağa, daxildə isə müxalifət adı ilə Moskvaya işləyən qüvvələrin dirçəlməsinə xidmət edir. O, Paşinyanı əzmək üçün “geosiyasi savadsızlıq” ittihamından istifadə edir, halbuki əsl siyasi cinayət Ermənistanı Rusiyanın diktəsi ilə idarə olunan marionetə çevirməkdir.

Xocalı soyqırımına imza atan bir caninin bu gün “sülh müqaviləsi” və “zəmanətçi dövlət” haqqında danışması özü ilə ziddiyyət təşkil edir.

Əslində Köçəryan bu çıxışı ilə sülhə deyil, qorxuya, asılılığa və bölgədə qarşıdurmaların saxlanmasına xidmət edən köhnə imperiya ideologiyasının carçısı olduğunu bir daha sübut edir.

Bu qatil sanki başa düşmək istəmir ki, Paşinyan 200 illik “erməni məsələsi”nin yekunudur, onun, Sərkisyanın Rusiyanın dəstəyi ilə Ermənistanı gətirib çıxartdıqları uçurumun son kandarıdır. Nikol Paşinyan əslində Ermənistan, erməni xalqı bu uçurumdan yuvarlanmasın deyə çabalayır. Köçəryan isə yenə də təklif edir ki, buraxaq Rusiya bizi bir qəşəng atsın uçurumdan…

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" - "Deutsche Welle"
Bu gün, 17:02
Rusiya sərt üzünü kimə göstərir?
Bu gün, 16:51
Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... - MƏHKƏMƏ İSƏ...
Bu gün, 16:45
CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun - AÇIQLAMA
Bu gün, 16:26
Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? - DETALLAR
Bu gün, 16:14
Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı – Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR
Bu gün, 16:13
Azərbaycanda problemli kreditlər artır - NİYƏ?
Bu gün, 16:00
Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü
Bu gün, 15:57
Zəngəzur sadəcə yol deyil - bu, həm də milli təhlükəsizlik məsələsidir
Bu gün, 15:40
Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? - SİYAHI, TENDER NƏTİCƏSİ
Bu gün, 15:36
Tehranda su qıtlığına görə daha bir problem: - İctimai tualetlər bağlanır
Bu gün, 15:29
Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi - TƏFƏRRÜAT
Bu gün, 15:25
Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı - Nə üçün hazırlamışdı?
Bu gün, 15:21
Putin-Tramp dialoqu: Dünya buna köklənib... - Görünəni odur ki...
Bu gün, 15:18
Bolqarıstandan azərbaycanlı iş adamına AĞIR ZƏRBƏ
Bu gün, 12:54
Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… - deputatdan AÇIQLAMA
Bu gün, 12:51
Rusiya Köçəryanı yenidən aktivləşdirir: - Xocalı canisi Moskvanı Ermənistanın “keçəlinə dərman” kimi təqdim edir
Bu gün, 12:48
“Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası - FOTO
Bu gün, 12:32
ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
Bu gün, 12:28
Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü – FOTO
Bu gün, 12:23
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:19
Ənvər Seyidov vəfat etdi
Bu gün, 12:16
"İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" - ETİRAZ
Bu gün, 12:12
“Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” - FAKT BUDUR...
Bu gün, 11:47
İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq - 4 milyonluq müqavilə
Bu gün, 11:41
Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ - TƏFƏRRÜAT
Bu gün, 11:37
Ermənistan təyyarələri Azərbaycan səmasından istifadə edir? - Rəsmi açıqlama
Bu gün, 11:35
Krım türkləri Moskvanı yandırdı... - Tofiq Zülfüqarovun şifrəli mesajının açması...
Bu gün, 11:28
Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir - GİLEY
Bu gün, 11:24
"Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…"
Bu gün, 11:16
Əməkdaşı həbs edildi, şiddətli töhmət aldı, 18,5 milyonluq yeyintisi aşkarlandı - Hələ də vəzifədədir
Bu gün, 11:13
17 milyardlıq müharibə hazırlığı: - Tətiyi kim çəkəcək?
Bu gün, 11:07
Kiyevə silah tədarükünün yeni mexanizmi yaradılır
Bu gün, 11:05
“Dəvəli” ASC mənfəətini bölüşdürəcək - YIĞINCAQ
Bu gün, 10:55
Naçıvanda SAXTA STOMATOLOQLAR ORDUSU... - NARAZILIQ VAR...
Bu gün, 10:51
“Sumqayıt Avtomotoservis” ASC-nin rəhbərliyi seçiləcək
Bu gün, 10:30
Regionda Türkiyə və Azərbaycanın qarşısını yalnız bu ölkə ala bilər - Köçəryan xortladı
Bu gün, 10:24
Qanunvericiliyə əsasən,manat ölkədə yeganə hüquqi ödəniş formasıdır - AMMA...
Bu gün, 10:20
Dilçi alim AMEA rəhbərliyini YERLƏ BİR ETDİ... - "Ömrümüz belələri üçün fəda olsun!"
Bu gün, 10:05
Qusarda bələdiyyə sədri vətəndaşa qarşı... - TƏFƏRRÜAT
Bu gün, 09:56
Putin SSRİ-ni bitirən səhvi təkrarladı, 4 ölkə geri çəkildi... - Rusiya üçün parçalanma anonsu
Bu gün, 09:40
"Bir banka ki etibar olmadı..." - ETİRAZ VAR...
Bu gün, 09:33
Pezeşkian Azərbaycanla münasibətləri düzəltmək istəsə də... BU, ÇƏTİN OLACAQ!
Bu gün, 09:29
Bu şirkət məktəbləri yüksəksürətli internetlə təmin edəcək - 6,7 MİLYONLUQ TENDERLƏR YEKUNLAŞDI
Bu gün, 09:25
Rusiyanın TASS üzərindən TƏXRİBATI... - Görünəni odur ki...
Bu gün, 09:21
ETSN dövlətə olan borcunu ödəmir - SƏN DEMƏ...
Bu gün, 09:18
İrana qarşı beynəlxalq koalisiya qururuq? - NƏ BAŞ VERİR?
Bu gün, 09:14
Vergidən yayınmaları bir yana... qiymət də oxuyurlar... - FOTOFAKT
Bu gün, 09:12
"Əgər yalan məlumatdırsa, dekanı niyə işdən çıxmağa məcbur etmisiniz?" - QALMAQAL
Bu gün, 09:04
Binəqədidə tikinti xaosu DAVAM EDİR - DAHA BİR FAKT
Bu gün, 08:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru