6 sentyabr 2025-ci il saat 15.00-da “Sumqayıt Avtomotoservis” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Sumqayıt şəhəri, Sülh küçəsi 76-cı məhəllədə inzibati binada baş tutacaq.
Səhmdarların ümumi yığıncağının gündəliyi:
1. Səhmdar cəmiyyətinin 2024-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi .
2. Cəmiyyətin icra orqanlarının formalaşdırılması.
3. İdarə heyəti sədrinin seçilməsi.
4. Müşahidə şurasının seçilməsi.
5. Təftiş komissiyasının seçilməsi.
6. Digər məsələlər.
Əlaqə üçün telefon nömrələri: (055) 230 22 26; (050) 361 50 04.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.