ABŞ münaqişəni dayandırmaq üçün Ukrayna ilə mümkün ərazi mübadiləsi barədə Rusiya ilə müzakirələrə başlayıb.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ-nın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker CNN telekanalına deyib.
Onun sözlərinə görə, müzakirələrdə texniki qruplar iştirak edir.
“Və bu, yaxşı xəbərdir, çünki ərazi mübadiləsinin olub-olmayacağına, nə vaxt və hansı formada reallaşacına onlar qərar verəcəklər”,- deyə Uitaker əlavə edib.