"Şikayətim Vadi.az kargo şirkətindəndir...." "DİA-AZ" bildirir ki, bu dəfə şikayətçi düşən vətəndaş "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında son günlər barəsində ən çox şikayət olunan bir karqo şirkətindən gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Bağlamam 29.07.2025 tarixindən xarici anbarlarına daxil olub. 8 gün keçib üzərindən, status hələ də xarici anbarı tərk etdi göstərir. Belə çıxır ki, hələ bir həftə də Bakıya çatmasın gözləyəcəm. Bu gecikmə ilk dəfə deyil, son bir neçə sifarişdir ki, 2 həftədən uzun müddətə çatdırırlar. Hörmətli vadi, kaş biraz daha müştəri məmnuniyyətinə önəm versəniz, biraz daha işinizə qarşı məsuliyyətli olsanız. Sizinlə paralel, starex və kango ilə də sifariş etmişəm, ikisi də bir həftədən qısa müddətdə məhsulları çatdırıb. Bir az rəqiblərinizi örnək alıb, işinizə peşəkar yanaşmanızı tövsiyyə edirəm.
Vadi Dəstəkə müraciət edirəm: Kargomu Allah qoysa, nə zaman təhvil verməyi düşünürsünüz?"