"Şikayətim "Af otel Aquapark"dandır..." "DİA-AZ" xəbər verir ki, bu barədə gileylənən narazı vətəndaş "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında daha sonra bunları qeyd edir:
"Yemək sifariş verdik. 3 nəfərlik nugget, 3 ədəd "Sprite"...
Qiymətlərin də menyunu yerləşdirmişəm. (9×3+9 manat) olmalıdı.. 46 manatdır, dedilər. Ödədim. Sadəcə o bişməmiş, duzsuz... yanında heç bir sous olmayan fri kartof və o kiloyla satılan "nugget" olur eee... "Mikrovalnovka"da qızdırıb verirlər... içi çiy qalır.
Ondan iyrənc bir şey...
Duz istədim, kartofa sous istədik, hamı durub gedəndə gətirdilər.
Ömrümdə gördüyüm ən iyrənc xidmət idi..."