Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik Rasim İbrahimov vəfat edib.
Bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.
Bildirilib ki, R.İbrahimov 3 ildir ağır xəstəlikdən əziyyət çəkirdi.
O, 30 ilə yaxın ordu sıralarında xidmət edib. Birinci ordu korpusunun maliyyə xidmətin rəisi işləyib.
2020-ci ilin Vətən müharibəsindən sonra Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin rəisi təyin olunmuşdu.