Milli Məclis xüsusi sifariş əsasında hazırlanan bir sıra hədiyyələrin satın alınması ilə bağlı tenderin qalibini müəyyən edib.
"DİA-AZ" xəbər verir ki, tenderin qalibi "Nigar" İstehsalat-Kommersiya Firması (VÖEN: 1600108081) olub. Qalib şirkətə 164 770 AZN ödəniş ediləcək.
Qeyd edək ki, "Nigar" İstehsalat-Kommersiya Firması 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 0,2 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Hüseynağa Məmmədov Məmməd oğludur. Hüquqi ünvanı AZ1031, Bakı şəhəri, Nizami rayonu, Məşədi Hilal Kazımov küçəsi, ev 42 ünvanındadır.