Astarada sitrus bağları susuzluqdan quruyur .....                     Referendum və seçkilər bu tarixdə keçirilə bilər .....                     Senator Adam Şiff kimi qərəzli siyasətlçilər kim daha çox maliyyə verəcəksə... .....                     İcra hakimiyyətləri LƏĞV OLUNUR? .....                     "Rusiya dövlətinə yazığım gəlir" .....                     Bakı - Vaşinqton ittifaqı Rusiya təsirini balanslaşdıracaq .....                     Naxçıvanın ƏƏSMN-i eyni şirkətə daha bir tender verdi .....                     "Tramp yolu" bütün bağlı qapıları açacaq .....                     Bu gün Tramp Putinə güzəştə getməyəcək, çünki... .....                     Bakı və İrəvan 10 noyabr razılaşmasından niyə çıxmır? .....                     Tehran Ermənistana “Qərbdən uzaq dur”’ mesajı verdi .....                     “Xalq Üçün Mallar” ASC-nin rəhbərliyi seçiləcək .....                     İrəvan məhkəməsi Samvel Karapetyanın həbs müddətini uzatdı .....                     102-ci bazadakı hərəkətliliyin sirri açıldı .....                     "Kiminsə 5 manat borcu olanda bütün nəslini, kökünü tapırlar..." .....                     Avropa Parlamentindən Bakıya yeni hücum .....                     Erməni minaları üzərində QARDAŞLIQ RƏQSİ... .....                     AAYDA-nın sərhəd tanımayan özbaşınalığı .....                     Təhsil sisteminin TƏHLÜKƏLİ ÜÇLÜYÜ .....                     Hər əlinə balta alan cumur Binəqədiyə... .....                     Avropa İttifaqı ilə telefon diplomatiyası: reallıqlar və gözləntilər .....                     AB bu 3 ölkədə hakimiyyəti devirmək istəyir .....                     Maliyyə nazirinin müavini Anar Kərimov ƏƏSMN-də də müavindir? .....                     Rus hərbçiləri Ermənistandan çıxarıla bilər: Əgər... .....                     Azərbaycan Daxili İşlər Nazirliyi MDB-nin iclasından niyə imtina edib? .....                     Alyaskadan Bakıya: Putin Azərbaycana təcavüz edə bilərmi? .....                     FHN-in tenderinin udan şirkət lin dövlətə vergi borcu varmış .....                     Rusiya dövlət kimi idarə olunmur ki... .....                     Biz niyə RUSCA TƏHSİL alaq ki... .....                     Ətin qiyməti yenə niyə bahalaşdı? .....                     “Ünvanına təhqirlər, böhtanlar səsləndirib” .....                     Azərbaycandan Türkiyəyə axan milyonlar... .....                     Rusiyanı gözləyən həzin son .....                     Tələsmək lazım deyil, Zəngəzura hələ heç bir amerikalı gəlməyib .....                     "Nələr yaratdığını görmək və tərəziyə qoymaq gərəkdir" .....                     Xameneinin müşaviri Azərbaycan barəsində DANIŞDI .....                     "Sən mənim ilk musiqim, ilk duamsan..." .....                     Sabiq baş həkimə hökm oxunub .....                     ƏT NİYƏ BAHADIR? .....                     Nazir İlqar Qocayevi Naxçıvana idarə rəisi göndərdi .....                 

Avropa Parlamentindən Bakıya yeni hücum - ZİBİLƏ DÜŞMÜŞÜK...
Tarix: Bu gün, 08:38 | Çap et

Avropa İttifaqının ayrı-ayrı qurumlarının Azərbaycan-Aİ münasibətlərində zaman-zaman yaranan pozitiv fonu pozmaq cəhdləri ardıcıl şəkildə davam edir. Avropa Parlamenti ötən həftə Vaşinqtondakı görüşlə bağlı bəyanatında Azərbaycana qarşı növbəti dəfə qərəz nümayiş etdirib. Belə ki, avropalı deputatlar yenidən Azərbaycana qarşı köhnə və əsassız ittihamlar irəli sürüblər. Avropa Parlamentinin fikrincə, Azərbaycan “öz qoşunlarını Ermənistan ərazisindən çıxarmalı” və “erməni əsirləri və köçkün Qarabağ erməniləri ilə bağlı məsələləri həll etməlidir”.

"Yeni Müsavat" yada salır ki, son olaraq bu ilin martında Avropa Parlamenti Bakıda saxlanılan ermənilərlə bağlı növbəti dəfə qərəzli, şər-böhtan dolu qətnamə qəbul etmişdi. Separatçı-quldurların, insanlıq əleyhinə cinayətlər törətmiş ünsürlərin “dərhal və qeyd-şərtsiz azad edilməsini” tələb etmişdi. Sənəd adlanan kağız parçasında hətta müttəhimlərə qadağan edilmiş psixotrop dərmanların yeridilməsi barədə sərsəmləmə yer alıb.

Birincisi, Ermənistan ərazisində Azərbaycan qoşunları yoxdur. İkincisi, Bakı və İrəvan ikitərəfli formatda sərhədin delimitasiyası və demarkasiyası üzərində işləmək barədə razılığa gəliblər. Bir sözlə, birtərəfli tələblər irəli sürmək, özünü Ermənistan rəhbərliyindən daha böyük erməni kimi qələmə verməyə çalışıblar.

“Erməni əsirləri məsələsinin həlli” tələblərinin absurdluğu daha qabarıq görünür. Yada salaq ki, Azərbaycan hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra “hamı üçün” prinsipi ilə erməni hərbi əsirləri Ermənistana təhvil verib. Azərbaycan Cinayət Məcəlləsinin bir sıra maddələri, o cümlədən terrorizm, hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ilə ittiham olunan şəxslərin “məhbus” kimi buraxılması ən azı siyasi saxtakarlıqdır. Bu şəxslər, ümumiyyətlə, “məhbus” deyillər və onların “məsələsini” Azərbaycan məhkəməsi həll edəcək.

Nəhayət, “köçkün Qarabağ erməniləri” məsələsini gündəmə gətirmək və onların qaytarılması üçün Azərbaycandan “tədbirlər görməyi” tələb etmək cəhdləri ucuz spekulyasiyanın növbəti nümunəsi olaraq qalır. Bir daha xatırladaq: Azərbaycan lap əvvəldən Qarabağ ermənilərinə vətəndaşlıq, siyasi və mədəni hüquqlar verməyə hazır olduğunu bildirib. Amma bu ermənilər özləri Azərbaycanın suverenliyinin bərqərar olduğu ərazilərdə yaşamaq istəmirdilər və Ermənistana keçməyə üstünlük verirdilər. Sadə dillə desək, heç kim onları “köçürməyib”. Özləri könüllü olaraq “köçüblər”. Bəs indi Avropa Parlamentinin deputatları Azərbaycandan hansı “tədbirləri” tələb edirlər?

Avropa İttifaqından tutmuş, Avropa Parlamentinə qədər Avropa strukturları bu gün Bakı ilə İrəvan arasında münasibətlərin tənzimlənməsi prosesindən tamamilə sıxışdırılıb. Birincisi, Avropa Parlamentində həqiqətən yüksək səviyyəli peşəkarlar adlandırıla bilməyən çoxlu deputat var. İkincisi, son vaxtlar səs-küylü qalmaqalların da göstərdiyi kimi, bu struktur ifrat dərəcədə korrupsiyalaşıb. Üçüncüsü, Avropa Parlamentində həmişə kifayət qədər türkofoblar, islamofoblar və statuslarını alver etməyə və səs verməyə hazır olan, sadəcə, lobbiçilər var. Ermənistanla Azərbaycan arasında münaqişə davam edərkən, bu mövzuda korrupsiya pullarını işlətmək və ksenofoblardan tutmuş etnik ermənilərə qədər “hədəf qrupların” səslərini toplamaq mümkün idi.

Amma indi Vaşinqtonda Bakı və İrəvan kifayət qədər uzanan münaqişəyə son qoyurlar. Sülh gündəminin böyük çətinliklə də olsa, irəli getdiyi bir şəraitdə Avropa mandatına malik bu çox təcrid olunmuş insanlar, sadəcə olaraq, öz keçmişlərinin girovuna çevrildilər. Maraqlıdır ki, Avropa Parlamenti rəhbərliyinin bu mövqeyi Rusiya və İranın hakimiyyət orqanlarının sözləri və əhval-ruhiyyəsi ilə üst-üstə düşür.

Bəs AP niyə Vaşinqton razılaşmasına kölgə salır? Avropa İttifaqının Bakı ilə İrəvanın sülh anlaşmasını alqışladığı halda, onun qanunverici orqanı niyə Brüsselin kursuna qarşı gedir, Tehranla Moskvanın “çörəyinə yağ çəkir”?

Bu mövzuda danışan deputat Arzuxan Əlizadə "Yeni Müsavat"a bildirdi ki, Avropa Parlamenti hələ keçmiş münaqişənin olduğu dövrdən Azərbaycana qarşı qərəzli mövqe tutub, böhtan dolu qətnamələr qəbul edib. Parlamentin üzvü sonrakı dönəmdə də AP-nin işğala məruz qalan tərəfə təzyiqlər göstərdiyini, sənədlər qəbul etdiyini xatırlatdı. “Bu sənədlərin nəticəsi olmadı. Sadəcə, Avropa Parlamentinin Azərbaycana düşmən münasibəti təəssüf doğurur. Bu da həmin avropalı deputatların erməni lobbisinin pullarının əsirinə çevrilməsindən irəli gəlir”, - deyə A.Əlizadə vurğuladı.

Deputat qeyd etdi ki, Bakıda mühakimə olunan erməniəsilli hərbi canilərin məhkəməsi açıq və şəffaf keçirilir: “Əslində onların yanında Köçəryan, Sərkisyan və digər cinayətkarlar da olmalı idi. Hazırda məhkəmə proseslərində onların törətdiyi cinayətlər sübutlarla ortaya qoyulur, zərərçəkmişlərin ifadələri dinlənilir. Araik və digər canilərin həbsində hər hansı siyasi element yoxdur. Bu adamlar Azərbaycan ərazilərində qeyri-qanuni rejim yaradıb, silahlanıb, dövlətə qarşı çıxıb, hərbi cinayətlərə yol veriblər. Ona görə də mühakimə olunurlar. Avropalı deputatların ölkələrində də oxşar addımlar atılsaydı, Qərb dövlətlərinin məhkəmələri eyni tribunalı qurardı. Ona görə də Avropa Parlamentinin onları siyasi girov adlandırması absurd çağırışdır və quruma yaraşmayan, onu gözdən salan yanaşmadır. Görünür ki, erməni lobbisinin Avropa Parlamentində təsirləri qalmaqdadır”.

Deputat onu da söylədi ki, Ağ Evdə baş tutan 8 avqust razılaşmasından sonra Avropa Parlamentinin bu ritorikası tamamilə pozuculuq xarakteri daşıyır və regionda sülhə xidmət etmir: “Bu bəyanatlar da tarixin arxivinə gömüləcək. Necə ki, bundan əvvəl qəbul edilən qətnamələrin hüquqi əsası yox idi və təsiri olmadı. Bu gün beynəlxalq ictimaiyyət Bakı və İrəvanın sülh razılaşmasını alqışlayır, Tramp əldə edilən nəticəni özü üçün şərəf bilir, Avropa Birliyinin baş diplomatı Kaya Kallas anlaşmanı dəstəkləyir, amma bir qrup avropalı deputat çirkin addımlar atır.

Onların ittihamları heç bir fakta söykənmir. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan ərazisinə müdaxilə olunmayıb, sadəcə, Ordumuz strateji yüksəkliklərə nəzarət edir ki, hazırda şərti sərhəddir. 17 bəndlik sülh mətnində də sərhədlərin müəyyən olunması razılaşdırılıb. Paşinyan özü təsdiqlədi ki, elə yerlər var Azərbaycanındır, elə yerlər var Ermənistanın. Bunu da delimitasiya ayırd edəcək, sonra demarkasiya aparılacaq.

Ermənilərin Qarabağa qayıdışına gəlincə, Bakının mövqeyi bəllidir. Ağ Ev görüşündə də Tramp bu haqda danışmadı, Paşinyan da suala münasibət bildirmədi. Ona görə də Avropa Parlamenti əsassız şəkildə məsələni gündəmə gətirir".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Astarada sitrus bağları susuzluqdan quruyur – Sahibkarlar çarəsiz vəziyyətdə
Bu gün, 10:28
Referendum və seçkilər bu tarixdə keçirilə bilər - AÇIQLAMA
Bu gün, 10:18
Senator Adam Şiff kimi qərəzli siyasətlçilər kim daha çox maliyyə verəcəksə... - onu müdafiə edəcəklər
Bu gün, 10:14
İcra hakimiyyətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
Bu gün, 09:50
"Rusiya dövlətinə yazığım gəlir" - deputat
Bu gün, 09:45
Bakı - Vaşinqton ittifaqı Rusiya təsirini balanslaşdıracaq - İNCƏLƏMƏ
Bu gün, 09:42
Naxçıvanın ƏƏSMN-i eyni şirkətə daha bir tender verdi - TƏFƏRRÜAT
Bu gün, 09:31
"Tramp yolu" bütün bağlı qapıları açacaq - ŞƏRH
Bu gün, 09:23
Bu gün Tramp Putinə güzəştə getməyəcək, çünki... - Eks-nazir
Bu gün, 09:20
Bakı və İrəvan 10 noyabr razılaşmasından niyə çıxmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:13
Tehran Ermənistana “Qərbdən uzaq dur”’ mesajı verdi - Görünəni odur ki...
Bu gün, 09:11
“Xalq Üçün Mallar” ASC-nin rəhbərliyi seçiləcək
Bu gün, 09:08
İrəvan məhkəməsi Samvel Karapetyanın həbs müddətini uzatdı
Bu gün, 09:00
102-ci bazadakı hərəkətliliyin sirri açıldı - Bakıya qarşı...
Bu gün, 08:55
"Kiminsə 5 manat borcu olanda bütün nəslini, kökünü tapırlar..." - AMMA İNDİ...
Bu gün, 08:50
Avropa Parlamentindən Bakıya yeni hücum - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:38
Erməni minaları üzərində QARDAŞLIQ RƏQSİ... - Bu nə həvəs... nə həyəcan?
Bu gün, 08:34
AAYDA-nın sərhəd tanımayan özbaşınalığı - 18 ildir ki...
Bu gün, 07:28
Təhsil sisteminin TƏHLÜKƏLİ ÜÇLÜYÜ - İTTİHAM VAR...
Bu gün, 07:25
Hər əlinə balta alan cumur Binəqədiyə... - rayon rəsmən başsız qalıb...
Bu gün, 07:21
Avropa İttifaqı ilə telefon diplomatiyası: reallıqlar və gözləntilər - NƏ BAŞ VERİR?
Bu gün, 07:17
AB bu 3 ölkədə hakimiyyəti devirmək istəyir - İDDİA
Bu gün, 07:03
Maliyyə nazirinin müavini Anar Kərimov ƏƏSMN-də də müavindir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
Rus hərbçiləri Ermənistandan çıxarıla bilər: Əgər... - GƏLİŞMƏ
Bu gün, 06:56
Azərbaycan Daxili İşlər Nazirliyi MDB-nin iclasından niyə imtina edib? - ARAŞDIRMA
Bu gün, 06:53
Alyaskadan Bakıya: Putin Azərbaycana təcavüz edə bilərmi? - Görünəni odur ki...
Bu gün, 06:51
FHN-in tenderinin udan şirkət lin dövlətə vergi borcu varmış - FOTO
Bu gün, 06:47
Rusiya dövlət kimi idarə olunmur ki... - FAKT BUDUR!
Bu gün, 06:40
Biz niyə RUSCA TƏHSİL alaq ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:37
Ətin qiyməti yenə niyə bahalaşdı? - AKTUAL
Bu gün, 06:35
“Ünvanına təhqirlər, böhtanlar səsləndirib” - Qızından sonra atasını da cəzalandırmaq istədi...
Bu gün, 06:31
Azərbaycandan Türkiyəyə axan milyonlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:24
Rusiyanı gözləyən həzin son – Bu əraziləri belə tərk etməli olacaq
Bu gün, 06:19
Tələsmək lazım deyil, Zəngəzura hələ heç bir amerikalı gəlməyib - deputat
Bu gün, 00:20
"Nələr yaratdığını görmək və tərəziyə qoymaq gərəkdir" - FOTO
Bu gün, 00:18
Xameneinin müşaviri Azərbaycan barəsində DANIŞDI - “Biz buna qarşıyıq”
Bu gün, 00:15
"Sən mənim ilk musiqim, ilk duamsan..."
Dünən, 18:04
Sabiq baş həkimə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 18:01
ƏT NİYƏ BAHADIR? - AKTUAL
Dünən, 17:57
Nazir İlqar Qocayevi Naxçıvana idarə rəisi göndərdi - ƏMR
Dünən, 17:55
"Bu addım kasıb istedadlı gənclərə qənim kəsilməkdir" - ETİRAZ
Dünən, 17:52
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə! - Sentyabrın 1-dən yeni QAYDALAR
Dünən, 17:50
Rus generalın “dağları aşıb, Bakıya hücum edərik” bəyanatına sərt cavab – “Cavabı ağır olar”
Dünən, 17:45
Palata yeni yaradılan iki audit şirkətinə lisenziya verib
Dünən, 17:36
“Qaradağ Sement”in rəsmi distribütoru ləğv edilir
Dünən, 17:28
“Bu məhkumlar azadlığa buraxıla bilər” - Hüquq müdafiəçisi AÇIQLAYIR
Dünən, 17:13
Tramp-Putin görüşü nə üçün keçmiş Rusiya ərazisində keçirilir -7.2 milyon dollarlıq Alyaska...
Dünən, 17:10
Bakıda mənzillərin qiyməti niyə artır: səbəblər... - AKTUAL
Dünən, 17:04
102-ci baza BAĞLANIR? – “Bu qüvvələrin Ermənistandan çıxarılması asan proses olmayacaq”
Dünən, 16:52
Bu rayonda abadlıq işləri aparılacaq - 1,5 milyon manat ayırıldı
Dünən, 16:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru