Ermənistan müdafiə nazirinin müşaviri istefa verib .....                     Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib .....                     Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib .....                     Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb .....                     “Effektivinvest” geriləyir .....                     Azərbaycanda internet ÇÖKDÜ .....                     Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb .....                     “Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı .....                     Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir .....                     FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib .....                     Moskva TDT-dən və Astanadan əndişəlidir .....                     Ermənistan Konstitusiyası dəyişir .....                     Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı .....                     Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur .....                     FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı .....                     "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" .....                     "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" .....                     Vüqar Qurbanov direktoru işdən çıxardı .....                     “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” .....                     Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq .....                     TƏBİB qripə qarşı peyvənd alır: .....                     Dövlət Gömrük Komitəsində yeni təyinat olub .....                     Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb .....                     Sülh sazişi İrəvanın İrana yolunu açır .....                     Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi .....                     Rusiya Ukraynada ABŞ zavoduna hücum edib .....                     Rusiyadan sərhədimizdə sensasion əməliyyat: .....                     Paris buna məcburdur... .....                     SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ .....                     Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ .....                     İranla Ermənistan arasında SENSASİON ANLAŞMA .....                     Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi .....                     BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... .....                     Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... .....                     Təhsil sistemində tenderi də özgəsinə vermirlər... .....                     Putinin planına sərt reaksiya: .....                     Nazirlik qonaqları üçün bilet və otel xidmətini .....                     Əməyin ödənilməsinin hansı təminatları var? .....                     Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb .....                     "Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı .....                 

Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Tarix: Bu gün, 14:40 | Çap et

ABŞ, Avropa və Rusiya Türk Dövlətləri Təşkilatının daxili konsolidasiyasını, çulğaşma yolunda atdıqları addımları diqqətlə izləyirlər.

Bunu həmin ölkələrin mediasında dərc olunan məqalələrdən açıqca görmək olur.

Rusiyada çıxan “”Nezavisimaya qazeta” Qazaxıstanın keçmiş paytaxtı və baş meqapolisi Almatının "Türk Dünyasının Gənclər Paytaxtı - 2025" statusuna layiq görülməsinə məqalə həsr edib. Məqalədə bir sıra siyasi məqamlara da toxunulur.

Qeyd olunur ki, Türk Dövlətləri Təşkilatının əsasında məhz Qazaxıstan dayanıb: 1993-cü ildə Alma-Atada (o zaman şəhərin adı belə olub) Türk Mədəniyyəti və İncəsənətinin Birgə İnkişafı Təşkilatının yaradılması haqqında saziş imzalanıb.

Bu barədə “NQ”-ya müsahibə verən Etno-Milli Strategiyalar Agentliyinin direktoru Aleksandr Kobrinski deyib ki, son illərdə TDT-nin strategiyası humanitar və mədəni dialoqdan kənara çıxır, getdikcə daha fərqli siyasi və iqtisadi əhəmiyyət kəsb edir. “Burada Samuel Hantinqtonun ortaq dil, dini və tarixi köklərə görə birləşən dövlətlərin türkdilli birlik və mədəni birlik, mədəni birlik tapmasının daha asan olması fikrini xatırlatmaq məqsədəuyğun görünür. Bu, yeni əməkdaşlıq mexanizmlərinin formalaşması üçün əsas oldu”, - Kobrinski bildirib.

O haqlıdır. Doğrudan da hələ 30-33 il öncələr Hantinqtonun “Sivilizasiyaların toqquşması” nəzəriyyəsində ortaq dil, dini və tarixi köklərə görə birləşən dövlətlərin konsolidasiyası barədə fikirlər vardı. Bu əsərə Azərbaycan mediasında da tez-tez istinad olunurdu. İndi belə görünür ki, bir çox siyasi dairələrdə də Hantinqtonun sözügedən nəzəriyyəsinin müddəalarını ciddiyə alıblar,

Hər halda türk dövlətlərinin başçıları son illərdə az aralarında apardıqları inqteqrasiya prosesinin dinamik şəkildə olmasını təmin ediblər: mədəni əlaqələr birə beş artıb, iqtisadi-ticari sazişlərin imzalanması intensiv hal alıb, qarşılıqlı gediş-gəlişlər çoxalıb, birgə tədbirlərin keçirilməsi heç vaxt olmadığı qədər ardıcıldır və s.
Əvvəllər xarici mediada belə qələmə verilirdi ki, Türk Dövlətləri Təşkilatlarının təşəbbüskarı və əsas aktoru “neo-imperiya ambisiyaları ilə yaşayan” Türkiyədir. Çünki bu dövlətlərin içində hərbi-siyasi, eləcə də iqtisadi baxımdan ən güclüsü Türkiyə hesab olunurdu. Ancaq son dövrlərdə ortaya çıxdı ki, TDT-nin güclənməsində Azərbaycan, Özbəkistan, Qırğızıstan və Qazaxıstan da maraqlıdır.

Əslində bu təşkilatın qüdrətlənməsi Türkiyədən çox, məhz adları çəkilən digər ölkələrə lazımdır.
İndi Rusiyada fərqinə varıblar ki, TDT-nin əsas bərk bəndlərindən biri Qazaxıstandır.

“Nezavisimaya qazeta” bu xüsusda yazır: “Aydındır ki, Qazaxıstan bu təşkilatda əməkdaşlığın inkişafında əsas rollardan birini oynayır. Bu, daha çox prezident Tokayevin həyata keçirdiyi fəal xarici siyasət strategiyası ilə bağlıdır. Onun rəhbərliyi ilə respublika təkcə mədəni-humanitar əlaqələri gücləndirmir, həm də iqtisadi konsolidasiyaya fəal kömək edir: logistik marşrutların yaradılması, Türk İnvestisiya Fondunun formalaşması, informasiya texnologiyaları və maliyyə qarşılıqlı fəaliyyəti sahəsində innovasiyaların inkişafı”.

Gənclərin türk dünyasının inkişaf proseslərinə cəlb olunmasına gəlincə, Aleksandr Kobrinski həm müsbət, həm də potensial mübahisəli aspektlərin mövcudluğunu qeyd edir.

Kobrinksi düşünür ki, açıq dünyada tərbiyə olunan gənc nəsil ölkələrinin müstəmləkələşdirilməsi ilə bağlı qəti mövqedə ola, başqa dövlətlərin dominantlığına qarşı çıxa bilər.

Bu, əlbəttə, elə də olacaq. Müasir gənclər sovet dövrü görməyiblər, kommunizm ideologiyasından xəbərsizdirlər, bu kimi saxta “ümmətçilik ideyaları”na könül verəsi deyillər. Onlar müstəqil dövlətdə doğulublar, gözlərini açıb bir milli bayraq görüblər, bir himn dinləyiblər, onlar üçün dövlət müstəqilliyinin alternativi yoxdur və hansısa başqa bir dominant xalqın formalaşdırdığı dövlətin vətəndaşı olmaq istəmirlər.

Rusiyalı ideoloqları narahat edən budur ki, Qazaxıstanda konstitusion statusa malik olan, dövlət dili səviyyəsində istifadə olunan rus dili getdikcə öz mövqeyini itirir, eləcə də bu ölkədə doğum nisbətində yerli əhalinin artır.

Amma başqa necə ola bilər? Ölkə Qazaxıstandır, burada yaşayan qazaxlardır və onlar öz dillərini geniş istifadə və inkişaf etdirmək istəyirlər. Əkib-doğmaq sahəsində isə yerli qazaxlar “çayldfri” (“uşaqsız həyat”) devizi ilə hərəkət edən xalqlardan fərqli olaraq məhsuldardırlar. İndi bu adamlar oturub desinlər ki, başqa millətlər artmırsa, biz də artmayaq?

Moskva Qazaxıstanda rusların get-gedə azalmasından, rusların tədricən Qazaxıstanı tərk etməsindən ona görə də narahatdır ki, uzaq olmayan gələcəkdə Qazaxıstan “üçüncü rus ölkəsi” (Rusiya və Belarusdan sonra) olmaqdan çıxaraq, əsl türk respublikası olacaq.

Kobrinski “Rossotrudniçestvo”nun postsovet ölkələrdə, o cümlədən Qazaxıstanda uğursuzluğunu qeyd edərək deyir ki, Türkiyə Qərb ölkələrinin dəstəyi ilə TDT daxilində mədəni-maarifləndirmə sahəsində daha incə və effektiv iş aparır.

Onun bu müşahidəsi yanlış deyil. Ancaq ekspert “Rossotrunimestvo”nun uğursuzluğunun əsl səbəbin demir və bundan yan keçir. Bu qurumun əsas uğursuzluğu ondadır ki, o qarşılıqlı faydalı əməkdaşlığa çalışmırdı, postsovet ölkələrində Rusiya məxfi xidmətlərinin gözü-qulağı idi, açıq casusluq işləri aparır, hər fürsətdə postsovet məkanının “şef”inin kim olduğunu təlqin edirdi. Ona görə də özünü gözdən saldı və etirazlarla üzləşdi.

"Etiraf etmək lazımdır ki, türk inteqrasiyası mövzusu bu gün Mərkəzi Asiya ölkələrində "Rus dünyası" mövzusundan daha müsbət qəbul edilir”. NQ-nin əsas təsbiti bu cürdür.

Ancaq qəzet ekspertlərin diliylə qeyd edir ki, türk dünyası mövzusunun yayılması Rusiya üçün zərərlidir, buna görə də Rusiya Mərkəzi Asiya ölkələri ilə etimadın və əməkdaşlığın gücləndirilməsinə çalışmalıdır.
Kobrinski Qırğızıstanın “geosiyasi oyunçuların əlində alətə çevrildiyini” iddia edərək deyir ki, Avropa dövlətləri müstəqilliklərini itirdikləri kimi, region ölkələri də müstəqilliklərini itirəcəklər. Guya ki, bu gün Avropa ölkələrinin dövlət başçıları Brüsseldən təyin edildiyi kimi, Mərkəzi Asiya respublikalarının rəhbərləri də Londondan təyin olunacaq .

Bu isə absurddur. Rusiya üçün Kremlə tabe olmayan bütün dövlətlər “Qərb imperialistlərinin quludur”, yalnız özləri sudan duru, Aydan arıdır. Bundan başqa, Rusiya Qafqaz və Mərkəzi Asiya respublikalarına, eləcə də onların RF ərazisində yaşayan vətəndaşları bu sayaq nasistcəsinə yanaşa-yanaşa necə yenidən sevimli olacaq?

Araz Altaylı, Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Bu gün, 15:39
Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Bu gün, 15:34
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Bu gün, 15:25
Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Bu gün, 15:21
“Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Bu gün, 15:18
Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Bu gün, 15:15
Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Bu gün, 15:14
“Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Bu gün, 14:57
Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:54
FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Bu gün, 14:50
Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Bu gün, 14:40
Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Bu gün, 13:33
Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Bu gün, 13:02
Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Bu gün, 13:00
FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 12:50
"Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Bu gün, 12:44
"Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 12:36
Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Bu gün, 12:14
“Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Bu gün, 12:11
Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Bu gün, 12:08
TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Bu gün, 12:02
Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Bu gün, 12:00
Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Bu gün, 11:58
Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Bu gün, 11:54
Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Bu gün, 11:53
Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Bu gün, 11:44
Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Bu gün, 11:27
Paris buna məcburdur... - ŞƏRH
Bu gün, 11:23
SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Bu gün, 11:16
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:13
İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04
Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi - Kiviryan
Bu gün, 11:02
BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... - MALƏSƏF...
Bu gün, 11:00
Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... - İLGİNC
Bu gün, 10:57
Təhsil sistemində tenderi də özgəsinə vermirlər... - DAHA BİR FAKT...
Bu gün, 10:53
Putinin planına sərt reaksiya: - Zəngəzur və Qarabağda...
Bu gün, 10:44
Nazirlik qonaqları üçün bilet və otel xidmətini - BU ŞİRKƏTLƏRDƏN ALDI
Bu gün, 10:40
Əməyin ödənilməsinin hansı təminatları var? - Ekspert danışır...
Bu gün, 10:35
Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb
Bu gün, 10:16
"Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı - TikTokda təhlükə
Bu gün, 10:12
Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? - GƏLİŞMƏ
Bu gün, 10:02
İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü
Bu gün, 09:49
Paşinyan açıqladı: Bu ərazilər Bakıya qaytarılacaq - “Respublika Meydanı”
Bu gün, 09:47
Qazilər arasında dava: Tüfənglə “Prado”nu yararsız hala saldı... - TƏFƏRRÜAT
Bu gün, 09:44
Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 09:43
SOCAR "RabitəBank"dan imtina etdi
Bu gün, 09:40
10 manatlıq şirkətin 655 min manatdan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 09:37
"İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..." - NARAZILIQ VAR...
Bu gün, 09:30
Sabunçuda televizor pultu silaha çevrildi – ailə qalmaqalının sonu həbs oldu
Bu gün, 09:24
Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə
Bu gün, 09:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru