SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin dövlət qarşısında külli miqdarda vergi borcu yaranıb.
Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestri məlumatlarından informasiya əldə edib.
Məlumata görə, “Azəriqaz”ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 2 612 183.56 (2 milyon 612 min 183 manat 56 qəpik) vergi borcu mövcuddur.
Qeyd edək ki, “Azəriqaz”ın nizamnamə kapitalı isə 1 779 845 926.55 manatdır. “Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədovdur.