Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak və ölkənin Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov bu həftə ABŞ-yə gedəcək.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinə mənbələr bildirib.
Məlumata görə, səfərin məqsədi ABŞ liderinin sülhməramlı missiyalar üzrə xüsusi elçisi Stiven Uitkoffla görüşmək üçün Ukraynada müharibə və təhlükəsizlik zəmanətlərinin müzakirəsidir.