“İnnnovasiya və Təchizat Mərkəzi” PHŞ tərəfindən elan olunmuş tender ləğv edilib.
"DİA-AZ" xəbər verir ki, sözügedən tender Ak.Mirqasımov adına RKX-nin 1-ci korpusuna bitişik qəbul qeydiyyat binasının tikintisi və ərazidə görüləcək digər təmir işləri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanma xidmətinin satın alınması məqsədilə elan edilmişdi.
Tender müsabiqə elanı 4 avqust 2025-ci il saat 09:46-da dərc olunmuş, təkliflərin qəbulu üçün son tarix və zərflərin açılışı 25 avqust 2025-ci il saat 11:01-də baş tutmalı idi. Qeyd edək ki, tenderin ehtimal olunan qiymət 390 000 manat təşkil edirdi.
Lakin satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün tender ləğv edilib.