“MİDA” MMC açıq tender elan edir.
"DİA-AZ" xəbər verir ki, elanda Abşeron rayonu, Saray qəsəbəsində 4,5 ha torpaq sahəsində 1 və 4 nömrəli 12 mərtəbəli, 2 və 3 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının, həmçinin 14 və 15 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binalarının tikintisi işlərinin satın alınması nəzərdə tutulub.
Müsabiqədə iştirak haqqı 5 447 AZN təşkil edir.
Satınalan təşkilatın VÖEN-i: 1701953921
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31
Ehtimal olunan qiymət: 36 311 571 AZN
Təkliflərin son təqdim olunma tarixi: 10.10.2025 15:00
Zərflərin açılış tarixi: 10.10.2025 15:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi – Vüqar Təyyar oğlu Əliyev, Sektor müdiri
Email: [email protected]
Əlaqə telefonu: +994 12 594 54 01 (239)