“Qarabağ”la oyuna biletlərin qiyməti 40-60 avrodur .....                     Gəncə, Göygöl, və Goranboyda məktəb direktorları vəzifəsinə təyinatlar olub .....                     ŞƏT-in Azərbaycan üçün əhəmiyyəti .....                     İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasındakı təmir işləri nə vaxt bitir? .....                     "Əfsuslar olsun ki, AYNA-nın rəhbərliyi efirə çıxmır" .....                     Zelenski ilə görüşü heç vaxt istisna etməmişəm .....                     Azərbaycan MDB-dən çıxa bilər .....                     Donbası Putinə verməyəcəm .....                     Fransa Ermənistan üzərindən strateji boşluğu doldurmağa çalışır .....                     Son 2 ildə Cənubi Qafqaz ölkələrində iqtisadi böyümə necə olub? .....                     Rusiya və İran Azərbaycana savaş açmaq istəsə, nə baş verəcək? .....                     Almaniyaya gedən azərbaycanlının övladı əlindən alındı .....                     Azərbaycanlılara "nəzarət edən" "qanuni oğru"ya cinayət işi açıldı .....                     "Rusiyanın da Azərbaycana təzyiqinə baxanda biz görürük ki..." .....                     Rusiya oğurlanmış ukraynalı uşaqlardan əsgər hazırlayır .....                     65 yaşlı direktora "stop" qoyuldu .....                     FHN-nin "kapitan Əliyev"i həbs edildi .....                     BQXK-nin də SONU ÇATDI .....                     Valeh Kərimov teatrı tərk etdi: .....                     “Sanki mərasim evlərinin sahiblərinin biznesin sıradan çıxması ilə əlaqədar narahatlıqları var” .....                     AYNA-nın bəlaya saldığı Sumqayıt... .....                     Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? .....                     Bakıdakı ermənilərlə bağlı razılıq əldə olundu .....                     Minimum maaşla işləyənlər pensiyaya necə çıxacaqlar? .....                     Liderlərin diqqətçəkən dialoqu: Pezeşkian Əliyevdən kimi soruşub? .....                     Paşinyan Rusiyaya qarşı sərt ifadələrdən çəkinməyə üstünlük verir .....                     Azərbaycan radiosunun binası söküləcək, .....                     Azərbaycanda kredit təşkilatının rəhbərliyində dəyişiklər olub .....                     Fuad müəllimin təşkilatı HANSI KOLUN DİBİNDƏ YATIB? .....                     “Pekində Putin və Əliyev arasında heç bir əsaslı ünsiyyət olmayıb” .....                     Məhkəmə dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovla bağlı qərar verib .....                     İlham Rəhimovun kimin yanında olduğunu BÜTÜN DÜNYA BİLİR... .....                     Bakıda rusiyalı dəstə üzvlərinin həbsxana həyatı .....                     Gürcüstan Kremlin əlində oyuncağa çevrildi .....                     "Qarabağ" iştirak ərizəsini açıqlayıb, yeni transfer siyahıdan kənarda qalıb .....                     Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə yük avtomobilləri üçün çəki stansiyası yaradılacaq .....                     Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi .....                     Zəngəzur dəhlizinin açılmasına maneə var .....                     Yekaterinburqdakı diasporun yeni “sədri” Vidadi Mustafayevin .....                     Bakı sakinləri çətin durumda: Deputatdan ilginc təklif .....                 

"Cəmil Həsənli kimi kətçi-küççülər, lümpenlər, pariyalar hələ də Anara bir büt kimi baxır" - REPLİKA
Tarix: 1-09-2025, 09:59 | Çap et

“Ədəbiyyat qəzeti”ndə Anar Rzayevin geniş müsahibəsini oxudum. Əslində, müsahibə sözünün əvəzinə çərənləmək sözündən istifadə etməli idim, lakin Anar müəllimin yaşına hörmət qoyaraq çərənləmək sözündən istifadə etmədim. Bütün hallarda ağsaqqal adamdır, nə qədər çətin olsa da, gərək ədəb qaydalarından kənara çıxmayaq.

Tanımayan, bilməyən, xəbərsiz adam Anar Rzayevin müsahibəsini oxusa, onda belə bir təəssürat, belə bir təsəvvür yarana bilər ki, bu Anar Rzayev kimdirsə, yazıq ömür boyu əzab-əziyyət çəkib, ömrü sürgünlərdə çürüyüb, əsərləri nəşriyyatlardan geri qayıdıb, əsərləri ciddi senzuralara məruz qalıb…

Anar müəllim, soruşmaq ayıb olmasın, siz nədən və kimlərdən şikayət edirsiniz? 

Rəsul Rza, Emin Sabitoğlu, Rasim Ocaqov, Ramiz Həsənoğlu və bu qəbildən olan bir batalyon adam yığışıb bütün imkanlarını səfərbər edərək bir cızmaqaraçıdan “yazıçı” düzəldiblər. Rəsul Rza, Emin Sabitoğlu, Rasim Ocaqov, Ramiz Həsənoğlu və bu qəbildən olan bir batalyon adam bütün imkanlarını səfərbər edərək bir cızmaqaraçıdan düzəltdikləri “yazıçını” xalqa, cəmiyyətə əsl yazıçı, əsl qələm adamı kimi soxuşdurublar. Bəli, məhz soxuşdurublar. Ona görə ki, sağlam rəqabət mühitində istedad cəhətdən əsgər çəkməsinə böyük hesabla uduzan Anar Rzayev uzaqbaşı, ən uzağı hansısa əyalət qəzetində müxbir işləyə bilərdi. İstedad cəhətdən əsgər çəkməsinə böyük hesabla uduzan Anar Rzayev inanın ki, hansısa əyalət qəzetində müxbir işinin öhdəsindən də çox çətinliklə gələrdi. Bəs görəsən, bu cızmaqaraçı niyə öz taleyindən narazıdır? Maraqlıdır, görəsən, o, həyatdan nə istəyirmiş ki, onu əldə edə bilməyib?

Anar Rzayev qələmə atasındanqalma bir market kimi baxıb. Çötkəni daima qarşısına qoyub hesab-dəftər aparıb: görəsən, nədən yazsam daha çox qazana bilərəm? Anarın qələmə, yaradıcılığa münasibəti tipik bir bazar alverçisinin öz piştaxtasına münasibətindən zərrə qədər də seçilməyib.

Adamın üstündə Allah var, gərək İmam üçün ağlayanda, Yezid üçün də ağlayasan. Anar müəllim arvad qeybətlərini, xırda məişət intriqalarını çox gözəl yazıb. Mən Azərbaycan ədəbiyyatını çox yaxşı oxumuşam, tam qətiyyətlə öz tərəfimdən bəyan edirəm ki, Azərbaycan ədəbiyyatında arvad qeybətlərini, xırda məişət intriqalarını Anar qədər heç kim elə gözəl, dəqiq, koloritlə yazmayıb. Bu isə sırf onun təbiətindən qaynaqlanır. Bu təbiət, kreslo xəstəliyi, kreslodan dörd əllə, dörd ayaqla yapışmaq, kreslodan ötəri ağlamaq-sızlamaq, yalvarmaq, göz yaşı tökmək Anar müəllimə müdrikləşməyə imkan vermədi və verə bilməzdi də.

87 yaş zarafat deyil. 87 yaş bir yox, iki yox, üç igidin ömrüdür. 87 yaşlı insan yerlə-göylə əlləşməlidir, ağır-ağır suallara cavablar axtarmalıdır. 87 yaşlı insanı günah hissi, vicdan əzabı amansızcasına qamçılamalıdır. 87 yaşlı insan bu və ya digər şəkildə etiraflar etməlidir. Günah hissi, ağır vicdan əzabı onu mərhəmətli, müdrik olmağa vadar etməlidir. 87 yaşlı insan kin-küdurəti, nifrəti ən azı ürəyindən qovub çıxarmağa cəhdlər etməlidir. Çünki 87 yaşlı insan məchulluğun, əbədi və əzəli suallara cavablar tapmağın astanasındadır. Amma 87 yaşlı Anar müəllim təndirdə çörək yapan kənd… Nəsə!

Əsgər çəkməsindən daha istedadsız olan Anar Rzayev hotel-motel, “finski mebel”, “çexski servis”, “yuqoslavski kostyum”, “italyanski ayaqqabı”, fransız ətirləri, fransız konyakları-zadı söhbətləri və “elitar qaqulik” ədaları, nazları, forsları ilə Cəmil Həsənli kimi kətçi-küççülərin, lümpenlərin, pariyaların gözünün odunu aldı. Necə aldısa, Cəmil Həsənli kimi kətçi-küççülər, lümpenlər, pariyalar hələ də Anara quyunun dibindən baxırlar. Anarın hotel-motel, “finski mebel”, “çexski servis”, “yuqoslavski kostyum”, “italyanski ayaqqabı”, fransız ətirləri, fransız konyakları-zadı söhbətləri sovet dövründə kətçi-küççülərin, lümpenlərin, pariyaların gözünə başqa planetdən yazılmış reportajlar kimi görünürdü. Çünki onlar “finski mebelin”, “italyanski ayaqqabının”, fransız konyakının adını eşitmişdilər, amma üzün görməmişdilər. Tale onlara belə bir lütf bəxş etməmişdi.

Sovet hökuməti, az qala, yarım əsrdir dağılıb, az qala, yarım əsrdir sərhədlər açılıb, kim hara istəsə, gedə bilir, pulun varsa, hər cürə ətir, mebel, kostyum, ayaqqabı, konyak ala bilərsən, daha heç bir mal “altdan” satılmır, Allahın Sədərək bazarına getsən, ürəyin nə istəsə, tapa bilərsən, amma Anarın hotel-motel, “finski mebel”, “çexski servis”, “yuqoslavski kostyum”, “italyanski ayaqqabı”, fransız ətirləri, fransız konyakları söhbətləri Cəmil Həsənli kimi kətçi-küççülərin, lümpenlərin, pariyaların gözünə hələ də başqa planetdən yazılmış reportajlar kimi görünməkdədir. Elə adamlar var ki, lap Londonun göbəyində əlli il yaşasalar da, kətçilik, lümpenlik, pariyalıq onun canından çıxmır. Məhz buna görə də Cəmil Həsənli kimi kətçi-küççülər, lümpenlər, pariyalar hələ də Anara bir büt kimi baxır və bu bütdən dəhşətli dərəcədə qorxurlar. Anar Rzayev hakimiyyətə hər cürə yaltaqlanır, müxalifəti hər cürə təhqir edir, Cəmil Həsənli isə onu dostum adlandırır. Bu xalis kətçi sevgisidir.

Mən təxminən buna oxşar vəziyyəti şəhər qızları ilə evlənən kətçi oğlanlarda görmüşəm. Qız oğlanın boynuna xalta keçirib ora-bura sürüyür, dolayır, bəzən mədəni formada, bəzən lap açıq formada təhqir edir, bu münasibət illərlə davam edir və oğlan bu münasibəti sevgi iztirabları, sevgi yolunda maneələr, sınaqlar, imtahanlar kimi qiymətləndirir. Ona elə gəlir ki, əsl ər-arvad münasibəti, əsl sevgi elə belə də olmalıdır.

Bəli, buna kətçi sevgisi deyirlər.

Seymur Baycan - yenisabah.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qarabağ”la oyuna biletlərin qiyməti 40-60 avrodur
Dünən, 23:51
Gəncə, Göygöl, və Goranboyda məktəb direktorları vəzifəsinə təyinatlar olub - ADLAR
Dünən, 23:48
ŞƏT-in Azərbaycan üçün əhəmiyyəti NƏDİR?
Dünən, 18:03
İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasındakı təmir işləri nə vaxt bitir? - “Bunlar nəzərə alınmayıb, ona görə də...”
Dünən, 18:01
"Əfsuslar olsun ki, AYNA-nın rəhbərliyi efirə çıxmır" - ETİRAZ!
Dünən, 17:59
Zelenski ilə görüşü heç vaxt istisna etməmişəm - Putin
Dünən, 17:56
Azərbaycan MDB-dən çıxa bilər - AKTUAL
Dünən, 17:54
Donbası Putinə verməyəcəm - Zelenski
Dünən, 17:50
Fransa Ermənistan üzərindən strateji boşluğu doldurmağa çalışır -ŞƏRH
Dünən, 17:46
Son 2 ildə Cənubi Qafqaz ölkələrində iqtisadi böyümə necə olub? - TƏFSİLAT
Dünən, 17:38
Rusiya və İran Azərbaycana savaş açmaq istəsə, nə baş verəcək? - SENSASİON DETALLAR
Dünən, 17:26
Almaniyaya gedən azərbaycanlının övladı əlindən alındı - SƏBƏB
Dünən, 17:21
Azərbaycanlılara "nəzarət edən" "qanuni oğru"ya cinayət işi açıldı - SƏN DEMƏ...
Dünən, 17:10
"Rusiyanın da Azərbaycana təzyiqinə baxanda biz görürük ki..." - ŞƏRH
Dünən, 17:01
Rusiya oğurlanmış ukraynalı uşaqlardan əsgər hazırlayır - Britaniya kəşfiyyatı
Dünən, 16:58
65 yaşlı direktora "stop" qoyuldu - Sığorta pullarını ödəməyib...
Dünən, 16:45
FHN-nin "kapitan Əliyev"i həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
BQXK-nin də SONU ÇATDI – Təşkilat 30 ildə hansı qərəzli addımlarla YADDA QALDI?
Dünən, 16:41
Valeh Kərimov teatrı tərk etdi: - “Borcum deyildi, bunları etməli deyildim”
Dünən, 16:36
“Sanki mərasim evlərinin sahiblərinin biznesin sıradan çıxması ilə əlaqədar narahatlıqları var” - deputat
Dünən, 16:34
AYNA-nın bəlaya saldığı Sumqayıt... - NARAZILIQ VAR...
Dünən, 16:29
Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? - ARAŞDIRMA
Dünən, 16:17
Bakıdakı ermənilərlə bağlı razılıq əldə olundu – Sensasion detallar
Dünən, 16:08
Minimum maaşla işləyənlər pensiyaya necə çıxacaqlar? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:02
Liderlərin diqqətçəkən dialoqu: Pezeşkian Əliyevdən kimi soruşub? - AKTUAL
Dünən, 15:57
Paşinyan Rusiyaya qarşı sərt ifadələrdən çəkinməyə üstünlük verir - Sürüşkən siyasət
Dünən, 15:53
Azərbaycan radiosunun binası söküləcək, əməkdaşlar AzTV-yə köçürülür
Dünən, 15:52
Azərbaycanda kredit təşkilatının rəhbərliyində dəyişiklər olub - BUNDAN SONRA...
Dünən, 15:38
Fuad müəllimin təşkilatı HANSI KOLUN DİBİNDƏ YATIB? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:32
“Pekində Putin və Əliyev arasında heç bir əsaslı ünsiyyət olmayıb” - AÇIQLAMA
Dünən, 15:18
Məhkəmə dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovla bağlı qərar verib
Dünən, 15:16
İlham Rəhimovun kimin yanında olduğunu BÜTÜN DÜNYA BİLİR... - BU DA FAKT
Dünən, 15:07
Bakıda rusiyalı dəstə üzvlərinin həbsxana həyatı - Noxudu tərifləyir, dil öyrənirlər
Dünən, 14:59
Gürcüstan Kremlin əlində oyuncağa çevrildi – Tiflis Cənubi Qafqazdan təcrid olunur
Dünən, 14:58
"Qarabağ" iştirak ərizəsini açıqlayıb, yeni transfer siyahıdan kənarda qalıb - Çempionlar Liqası
Dünən, 14:54
Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə yük avtomobilləri üçün çəki stansiyası yaradılacaq - Ermənistan KİV
Dünən, 14:00
Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
Dünən, 13:42
Zəngəzur dəhlizinin açılmasına maneə var - Silayev
Dünən, 13:38
Yekaterinburqdakı diasporun yeni “sədri” Vidadi Mustafayevin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur
Dünən, 13:36
Bakı sakinləri çətin durumda: Deputatdan ilginc təklif – “24 saat işləsinlər”
Dünən, 13:33
Şəxsiyyət və üzvlük vəsiqəsini bir-birindən ayıra bilməyən Tatoyan - FOTO
Dünən, 13:29
Ermənistan sülh yolu tutsa da, Hindistan mane olur - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:27
Türkiyəli iş adamları Naxçıvanı tərk edirlər? - TƏFƏRRÜAT
Dünən, 13:22
İqtisadiyyat Nazirliyində Rövnəq Abdullayevlə bağlı qadağa var? - İLGİNC
Dünən, 13:21
Azərbaycanlı müğənni narkotikə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 13:07
Azərbaycanlı müğənni qəzaya düşdü
Dünən, 13:06
Paşinyan deputatlara xəbərdarlıq edib: - Rusiya ilə bağlı məsələdə...
Dünən, 13:05
İlhamə Elşadqızının anası məhkəmədə ifadə verdi - TƏFƏRRÜAT
Dünən, 13:02
Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 13:00
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Fransaya səfər edəcək
Dünən, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru