“Azərbaycanda 100 mindən çox Qərbi azərbaycanlının Ermənistana köçürülməsi üçün qeydiyyatı başa çatıb və qeydiyyat prosesi davam edir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu öz “Facebook” səhifəsində Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan yazıb.
O yazıb:
"Yəni Qərbi Azərbaycan proqramının təbliğatı davam edir. Bu proqramın son məqsədi Ermənistanda demoqrafik mənzərəni kəskin şəkildə dəyişməkdir.
Üstəlik, rəsmi məlumatlara görə, hər gün Qərbi Azərbaycan İcmasının ofisinə 250-300 nəfər gəlib, könüllü qeydiyyatdan keçmək arzusunu bildirir. Üstəlik, təhlükə ondan ibarətdir ki, təkcə 1988-1991-ci illərdə Ermənistanı tərk edənləri deyil, həm də bu dövrdən əvvəl köçürülənlərin nəslini qeydiyyata alırlar”.
Tanoyan iddia edir ki, Azəbaycanda mənşə yerinin Qərbi Azərbaycan kimi göstərildiyi şəxsiyyət vəsiqələrinin (gələcək pasportların) verilməsini davam etdirir. O, bu yanlış fikini əsaslandırmaq üçün belə vəsiqələrdən birinin fosunu da yazısına əlavə edib.
Ancaq hüquq müdafiəsi ilə məşğul olan bu şəxs hələ də şəxsiyyət vəsiqəsi ilə hansasa təşkilata, indiki halda Qərbi Azəbaycan icmasına üzvlük vəsiqəsini bir-birindən ayıra bilmir.