“Rusiyanın da Azərbaycana təzyiqinə baxanda biz görürük ki, Rusiya istəmir ki, Azərbaycan, Güney Qafqazda yeni bir sistem formalaşdırsın. Çünki onun maştabı daha da böyüyəcək, daha sonra qlobal səviyyədə yer almasına şərait yaranacaq. Beləliklə, artıq Rusiyanın neçə 100 illik basqıları, bu bölgələrdə effekt verməyəcək və təsirsiz olacaq. Eyni halda da fars mərkəzli siyasi və ideoloji qüvvələrin apardıqları saxtakarlıqlar da üzə çıxacaq və onlar da neytrallaşacaq”.
Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, fars molla rejiminin radikal qüvvələri köhnə baxışlarını gündəmdə tutmağa çalışırlar və "biz bu baxışdan vaz keçməyəcəyik, Güney Qafqaza özümüzün strateji dərinliyimiz kimi baxacağıq, oranı öz mədəniyyət hövzəmiz kimi görəcəyik".
“Baxırsan ki, nə hər hansı bir birlik var, nə də oxşar bir mədəniyyətdən danışmaq olar. Ən yaxını dini inanc üzərindən danışsaq, görürük ki, o belə ciddi şəkildə Azərbaycandan fərqlidir. Bəziləri çalışır ki, bizim insanların dini inancı fars mərkəzli şiəçilik üzərindən yozulmasın. Amma biz bilirik ki, konkret olaraq onu təhrif ediblər. O inancın hansı məqsədlər üçün ortaya çıxması bəllidir. Tarixi bəllidir, onun üzərindən terror və terrorizmin formalaşmasına yol açıblar. Bu gün onu konkret olaraq Azərbaycanda olan şiəçiliyə münasibət o şəkildə deyil. Çünki mahiyyət olaraq başqadır”-deyən Sadiq İsabəyli qeyd edib.
Sadiq İsabəylinin fikrincə, proseslər onu göstərir ki, Zəngəzur koridoru da açılacaq, bir çox məsələlər Azərbaycanın dediyi və apardığı xarici siyasət əsasında öz həllini tapacaq.