Mənanın və həqiqətin örtülü olması, təsvirdə deyil, təsəvvürdə görünməyə can atması, varlığın sirrini erotik bir cazibədarlıqla qoruması onların bir-biriylə bağlılığını müjdələyir.
Görüntü olmaqdan məmnunluq duyan yalandır, mənasızlıqdır. Görünən sirri olmayandır.
Çılpaq olan varlığın qəbul etmədiyi, özündən qovduğu, sirrə ögey olan tullantıdır.
Pornoqrafiya varlığın zibilliyidir.
Aqşin YENİSEY - filosof-yazar
"DİA-AZ"