Bu gün, oktyabrın 16-da yük maşınlarının sürücüləri Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirirlər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, sentyabrın 10-dan etibarən Rusiyaya başqa məqsədlərlə daxil olan vizasız ölkələrin vətəndaşları Rusiya Federasiyasında təqvim ili ərzində 180 gündən cəmi 90 günü qala bilərlər.
Bu da erməni sürücüləri narazı salıb. Sürücülər bundan əvvəl də dəyişikliklərə etiraz olaraq aksiya keçirib və yükdaşımaları davam etdirmək üçün problemin həllinə ümid edirlər.