"Dünən səhər saat 08:13 radələrində Şəki şəhərinin qazla təminatı dayandırılıb. "Azəriqaz" belə izahat verib ki, guya qaz borularında təmir işləri olduğu üçün Şəki şəhərinə qazın verilməsi iş qurtarana qədər dayandırılıb..." "DİA-AZ" xəbər verir ki, bunu öz gileyində ifadə edən Şəki sakini, ictimai fəal Rahim Nəsirov haqlı olaraq "Azəriqaz" İstehsalat Birliyinin aidiyyatı üzreə rəhbər şəxslərinə haqlı suallarını da ünvanlayır.
Narazı vətəndaş bunları deyir: " "Azəriqaz"a sual olunur: yay vaxtı harda qalmışdınız? Bilmirdiniz ki, borularınız süzgəcdir? Sual: Bu boşuna axıdılan təbii qazın hesabına hansı məmurun nevinin, ya villasının, ya da ki istixanasının borcu silinir? Sual: Bilirik ki ilin axırıdır və hər il ilin axırında millətin başına bu oyunu açırsınız... guya xəttlərdə problem var imiş...
Maraqlıdır... 24 saat fasilə verdiyiniz o qaz kimin cibinə gedir?"