"Hökumət ya rəqəm sevmir, ya da, söylədiyi rəqəmlər sonradan yadından çıxır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra bildirir: "2013-ci ildə hökumət rəsmi xəbər yaymışdı ki, Bakı şəhərinin 60%-i fasiləsiz su ilə təmin edilib.
2017-ci ilin oktyabr ayında “Azərsu” (o vaxt rəsmi adı belə idi) məlumat yadı ki, Bakıda fasiləsiz su təchizatı 81%-i ötüb.
2025-ci ilin fevral ayında “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” rəsmi açıqlama verdi ki, Bakı şəhərinin 81%-i fasiləsiz su ilə təmin olunur.
Srağagün keçirilən müşavirədə su təsərrüfatı ilə məşğul olan məmurlar dedilər ki, bu gün Bakənən fasiləsiz su təminatı 70%-dir. Prezidentə məmurlar söz verdilər ki, 2030-cu ilə qədər Bakının fasiləsiz su ilə tənimatını 70%-dən 95%-ə çatdıracaqlar.
Hə, onu da deyim ki, 2012-ci ildə “Azərsu” rəsmi məlumat yamışdı ki, yaxın 3 ildə Bakı şəhərinin fasiləsiz su ilə təminatı 95%-ə çatacaq".
""DİA-AZ"-dan yazı oğurlamaq HALALDIR











