"Əziz dostlarlm! Bu gün 76 yaşım tamam oldu, 77-yə keçdim. Amma sizinlə məsləhətləşmək istəyirəm. Hər il doğum gününü qeyd etmək lazımdırmı?" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında keçmiş diplomat Xeyrəddin Qoca qeyd edib.
O daha sonra bildirir: "Düşünürəm ki, yuvarlaq rəqəmləri - 50, 60, 70, 80 qeyd etmək daha yaxşı olar. Hər il balaca uşaqların doğum gününü keçirərlər...
ilk dəfə 50 yaşımda R. Behbudov adına Mahnı Teatrında yubileyim keçirilmişdir. O vaxta qədər bir dəfə də olsa doğum günümü xüsusi qeyd etməmişəm. Sonralar 60 yaşım münasibəti ilə Azərbaycan Yazıçılar Birliyində, 70 yaşım münasibəti ilə Beynəlxalq muğam Mərkəzində yubileylərim keçirildi. 75 yaşımı bilərəkdən qeyd etmədim...
Bu dəfə üzvü olduğum təşkilatlara zəng edib bildirdim ki, mən doğum günümü bir də 80 yaşımda qeyd edə bilərəm... Əgər ömür vəfa etsə...
Buna baxmayaraq, səhər tezdən "Fesebook"u açanda əziz dostlarımın təbrik yazdıqlarını gördüm və bu mənə çox xoş oldu!
Təbrik yazan bütün Səmimi Dostlarıma minnətdaram!.."











