Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) açıqladığı son videoməlumatda keçmiş PA şefi Ramiz Mehdiyevin evindən çıxan milyonların əksi cəmiyyətdə böyük rezonans doğurub. "DİA-AZ" xəbər verir ki, sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olan bu olaya reaksiya verənlər arasında keçmiş diplomat Xeyrəddin Qoca da var.
Sabiq konsulun özünün sosial şəbəkə hesabında paylaşdığı statusun maraq doğuracağını zənn edib, təqdim edirik:
"Vəzifəli şəxslər oğurluqla, rüşvətlə əldə etdikləri pulları xarici banklarda saxlamaq istəyirlər, qoymursunuz! Ramiz Mehdiyev kimi evdə karton qutularda saxlayırlar, gəlib müsadirə eləyirsiniz! Bəs, bu "yazıqlar" pulları harada saxlasınlar?"











