Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     Sürücü maşında ola-ola oğurluq edənə .....                     Mehindən özünü “ulduz” kimi aparanlara: .....                     İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? .....                     Tipik Rusiya sxemi: .....                     Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi .....                 

Mehdiyevin hakimiyyətdə qalmasının səbəbi Rusiya tərəfindən göstərilən təzyiqlər idi - Cümşüd Nuriyevdən İLGİNC İDDİALAR
Tarix: 15-02-2026, 06:42 | Çap et

"Həyata keçirilən əməliyyat Dövlət Təhlükəsizliyi Xidmətinin son illərdə apardığı tədbirlər arasında xüsusi yer tutur. Bu əməliyyatı DTX-nın son beş ildə həyata keçirdiyi ən pik və ən mürəkkəb əməliyyatlardan biri kimi qiymətləndirirəm".

Bu sözləri "Sherg.az" a açıqlamasında siyasi elmlər doktoru Cümşüd Nuriyev deyib.

Politoloq hesab edir ki, DTX-nın bu əməliyyatı uzunmüddətli hazırlıq, geniş operativ məlumat bazası və ciddi koordinasiya tələb edən, yüksək səviyyədə planlaşdırılmış və dəqiqliklə icra olunmuş bir prosesdir:

"İllər boyu Ramiz Mehdiyev siyasi sistemdə toxunulmaz fiqur kimi qəbul edilirdi. Xarici ölkələrdən, xüsusilə Rusiyadan gələn yüksək səviyyəli nümayəndələrin onunla birbaşa əlaqə saxlaması, qeyri-formal münasibətlərin mövcudluğu barədə iddialar da uzun müddət müzakirə mövzusu olub. Rusiyanın yüksək vəzifəli şəxsləri Azərbaycana gələndə birbaşa Ramiz Mehdiyevin evinə gəlirdilər. Onun təhlükəsizliyini birbaşa Rusiyanın təhlükəsizlik orqanları təmin edirdi. Ramiz Mehdiyevin uzun müddət hakimiyyətdə qalmasının səbəbi də məhz Rusiya tərəfindən Azərbaycana göstərilən təzyiqlər idi".

Cümşüd Nuriyev deyib ki, Ramiz Mehdiyevlə sövdələşmədə adı keçən baş nazirin birinci müavini Abbas Abbasov, Azərbaycan müxalifətinin liderliyinə iddia edən Əli Kərimlinin adının siyahıda olması təsadüfi deyil. Onun sözlərinə görə, hər üçünün ermənilərlə qohumluqları var:

“İstintaq materiallarında adları hallanan şəxslərin fərqli siyasi və ictimai çevrələrə mənsub olmaları məsələnin miqyasının genişliyinə dəlalət edir. Burada məqsəd müxtəlif təsir rıçaqlarından istifadə etməklə daxili siyasi proseslərə yön vermək cəhdləridir. Ramiz Mehdiyev özü erməni mənşəlidir. Digər iki şəxsin isə xanımlarının bir tərəfi ermənidir”.

C. Nuriyev qeyd edib ki, siyahıda adları çəkilən bəzi şəxslərin ictimai-siyasi fəaliyyətdə tanınmış və təcrübəli olması məsələyə əlavə diqqət yönəldir:

“Qənimət Zahid və Fuad Qəhrəmanlı ictimai-siyasi mühitdə tanınan şəxslərdir. Onların adının bu siyahıda olmasını heç cür anlaya bilmirəm. Fuad Qəhrəmanlının Dövlət İdarəçilik Akademiyasını bitirib, dövlət idarəçiliyi sahəsində təhsil alıb, siyasi proseslərdə aktiv iştirak edən bir fiqur olub. Onun bu xəyanətə cəlb edilməsi məsələnin sadə və təsadüfi hadisə olmadığını düşündür. Xaricdə fəaliyyət göstərən və “söyüş müxalifəti” kimi təqdim olunan qruplardan fərqli olaraq Qənimət Zahid daha çox peşəkar mövqeyi ilə tanınan şəxs hesab olunurdu. Belə savadlı və təcrübəli kadrların dövlət maraqları istiqamətində deyil, hakimiyyət dəyişikliyi məqsədi güdən qüvvələrlə əlaqələndirilməsini isə təəssüf doğuran hal kimi qiymətləndirirəm. Əli Kərimlinin isə bu xəyanətdə iştirakı təəccüb doğurmur. 1995-ci ilin mart ayında dövlət çevrilişinə cəhd zamanı Əli Kərimli Amerikada FBİ, CİA-nin yüksək səviyyəli adamları ilə görüşlər keçirmişdi. Bu adam 30 ildir dövlətin əleyhinə işləyir. O vaxtları Heydər Əliyevi, indi isə İlham Əliyevi "yıxmaq" istəyir. Onun üçün müqəddəs heç nə yoxdu. Danışanda millətçilikdən, dövlətçilikdən danışır. Halbuki Xalq Cəbhəsini də dağıdan elə Əli Kərimli olmuşdu. Rəhmətlik Elçibəyi satdı, o vaxtı hökumət daxilində qarşıdurma yaradıb, İskəndər Həmidov-Elçibəy qarşıdurması, İskəndər Həmidov-Pənah Hüseyn qarşıdurmasının səbəbkarı da məhz Əli Kərimli idi" .

Politoloq qeyd edib ki, ölkənin təhlükəsizliyinin təmin olunması Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası və “Milli təhlükəsizlik haqqında” qanunla tənzimlənir:

“Bu sənədlərdə konkret olaraq xüsusi xidmət orqanlarının, o cümlədən Dövlət Təhlükəsizliyi Xidmətinin və Əks Kəşfiyyat Xidmətinin əsas vəzifəsi Azərbaycanın daxili və xarici təhdidlərdən qorunması kimi müəyyənləşdirilib. Konsepsiyaya uyğun olaraq Azərbaycan həm regionda, həm də Avropa istiqamətində təhlükəsizlik və əməkdaşlıq sahəsində ciddi fəaliyyət həyata keçirir və bu, dövlətin dayanıqlığının əsas sütunlarından biri hesab olunur. Sabiq nazir Eldar Mahmudovun dövründə bu qurumun özü Azərbaycan üçün bir təhlükə idi. Açıq alver baş alıb gedirdi. Sonrakı islahatlar və struktur dəyişiklikləri isə xidmətin funksional fəaliyyətinin bərpasına yönəldi. Əli Nağıyev DTX-ya rəhbər təyin edildikdən sonra qurumun əsas vəzifələrinə qayıtdığı, operativ fəaliyyətin gücləndirildiyi və təhlükəsizlik tədbirlərinin daha sistemli həyata keçirildiyi müşahidə olunur. Əli Nağıyevin peşəkar təhlükəsizlik strukturlarında fəaliyyət təcrübəsi də bu prosesdə rol oynayır. Onun 1990-cı illərin əvvəllərində xüsusi təyinatlı bölmələrdə çalışması təhlükəsizlik sahəsində praktiki təcrübəyə malik olduğunu göstərir. Həyata keçirilən əməliyyatlar uzun müddət ərzində aparılan müşahidə və araşdırmaların nəticəsi kimi təqdim olunur. Bu cür əməliyyatlar adətən səssiz şəkildə planlaşdırılır, kifayət qədər sübut bazası toplandıqdan sonra ictimailəşdirilir".

C. Nuriyevin sözlərinə görə, Azərbaycan üçün ən böyük təhlükə risklərdən sığortalanmaq, potensial risklərin əvvəlcədən neytrallaşdırılmasıdır:

" Dövlət təhlükəsizliyi sahəsində prioritet məsələ risklərin vaxtında aşkarlanması və qarşısının alınmasıdır. Müvafiq qurumların fəaliyyəti də məhz bu istiqamətə yönəlib və təhlükəsizlik mexanizmlərinin preventiv işləməsi dövlət sabitliyinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan müxtəlif istiqamətlərdən təzyiq və təsir cəhdləri ilə üzləşə bilir. Tarixən regional rəqabət və qarşıdurmalar müxtəlif vasitələrlə aparılıb. Bu baxımdan, təhlükəsizlik orqanlarının əsas vəzifəsi yalnız açıq təhdidləri deyil, dolayı təsir və təxribat ehtimallarını da nəzərə almaqdır. Ona görə də dövlət strukturlarının fəaliyyəti həm daxili sabitliyin qorunmasına, həm də xarici müdaxilə risklərinin minimuma endirilməsinə yönəlib. Bizim üçün ən böyük təhlükə hesab edilən Cənub və Şimal qonşumuz bizə qarşı təxribatları ermənilərin əli ilə edirdilər. Artıq Ermənistandakı hökumət onların orbitindən çıxıb deyə içimizdəki erməni əsilli şəxslər, ermənilərin kürəkəni olan adamların əli ilə təxribatlar planlayırlar. Sizə onu da deyim ki, Ramiz Mehdiyevin rəhbərliyi ilə vaxtı ilə Ermənistandan gətirilən və “milliləşdirilən”, “türkləşdirilən” ermənilər var və bu planın arxasında çox təhlükəli məqsəd dayanır. Bilirsiniz ki, Qərbi Azərbaycan İcması çox yaxşı təşkilatlanıb və hər zaman da dövlətin yanında olublar. Ramiz Mehdiyevin məqsədi bu təşkilatlanmadan istifadə edib “yeraz”–“bakıaz” qarşıdurması yaratmaq, onları müxtəlif məsələlərdə ittiham edərək nüfuzdan salmaq və ölkə daxilində parçalanma mühiti formalaşdırmaqdır. Bu, Ermənistandakı ‘Daşnaksütyun’ partiyası üçün də əhəmiyyətli məsələdir. Eyni zamanda ermənilərin əli ilə Azərbaycanda öz siyasətlərini həyata keçirmək istəyən şimal qonşumuz üçün də strateji əhəmiyyət daşıyır. Yaxşı ki, prezident İlham Əliyev çox ağıllı bir giriş elədi və Amerika ilə yaxınlaşaraq balanslı siyasət yürütməyi bacardı. Hesab edirəm ki, DTX tezliklə Ramiz Mehdiyevin arvadının hüquq mühafizə orqanlarında vəzifə tutan yaxın qohumunun vasitəsilə "milliləşdirilən", "türkləşdirilən" erməniləri də ifşa edəcək”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Bu gün, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Bu gün, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Bu gün, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Bu gün, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Bu gün, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Bu gün, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Bu gün, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Bu gün, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Bu gün, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Bu gün, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Bu gün, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Bu gün, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Bu gün, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Bu gün, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Bu gün, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Bu gün, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Bu gün, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Bu gün, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Bu gün, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Bu gün, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Bu gün, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Bu gün, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Bu gün, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Bu gün, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Bu gün, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Bu gün, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Bu gün, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Bu gün, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Bu gün, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Bu gün, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Bu gün, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Bu gün, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Bu gün, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Bu gün, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Bu gün, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Bu gün, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Bu gün, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Bu gün, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Bu gün, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Bu gün, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Bu gün, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Bu gün, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Bu gün, 12:09
AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Bu gün, 12:01
Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Bu gün, 11:57
Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir
Bu gün, 11:46
Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq - QƏRAR
Bu gün, 11:42
88 yaşını HƏBS QƏRARI altında keçirir... - HƏYATIN BELƏ ÜZÜ DƏ VAR...
Bu gün, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru