"İranda baş verən müharibə artıq başladığı gündən region üçün böyük təhlükə yaratdı. Əgər bu səbəbdən Bakı səmasında bir həyəcan siqnalı verilərsə insanların evakuasiyası üçün sığınacaqlarımız varmı?" "DİA-AZ xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış ekspert Elnur Fərzəliyev qeyd edib.
O daha sonra bildirir: "Məncə çox az. Metrostansiyalar və yeraltı keçidlər evakuasiya üçün müvəqqəti sığınacaq ola bilər. Amma bu yalnız mərkəzdə yaşayanlar üçündür. Bəs yeni tikili binaların avtoparkları sığınacaqlar üçün yararlıdırmı ? Oda tam deyil.
Həyət evlərində yaşayanlar üçün isə bu tip hadisələrdə sığınacaqlar kimi haradan və necə istifadə edəcəklərini deyə bilmərəm. Biz niyə bu tip fors-major hadisələrə hazır deyilik? Gərək nə isə olsun ondan sonramı başliyaq tikdiklərimizi söküb yenidən lazımi formada tikməyə?"











