"İranlı bir professor var — Seyid Məhəmməd Marandi. Prezident Rəisinin nüvə danışıqları üzrə məsləhətçisi olub. Gündə CNN-də, BBC-də və başqa tanınmış Qərb mediasında çıxış edir. Azərbaycanla bağlı da haradasa nəsə deyib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış ekspert Zöhrab İsmayıl qeyd edib.
O daha sonra bildirir: "Bizim saxta deputatlardan olan Rasim Müsabəyov isə buna Facebook-da rusca cavab verməyə çalışır.
Yazıram ki, niyə buna rusca cavab verirsən? Bacarırsansa, Biləcəridən o tərəfə çıx, ingiliscə cavab ver. Bacarmırsansa, heç olmasa Azərbaycan dilini öyrən və ana dilində cavab ver ki, camaat da başa düşsün.
Xətrinə dəyir…"











