"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     Sürücü maşında ola-ola oğurluq edənə .....                     Mehindən özünü “ulduz” kimi aparanlara: .....                     İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? .....                     Tipik Rusiya sxemi: .....                     Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi .....                     Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir .....                     Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Quru sərhədlər bu şəxslər üçün açıla bilər .....                     Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi .....                     AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi .....                 

"Burada artım da var, eyni zamanda sistemləşdirmə də mövcuddur" - pa
Tarix: 22-03-2026, 05:10 | Çap et

Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğləri müəyyən edilib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla Azərbaycanın dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün 1170 manat, yardımçı vəzifələr üçün 760 manat müəyyən edilib.

Həmçinin dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələri, dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə artım faizləri, eyni zamanda dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə aylıq vəzifə maaşlarının məbləği təsdiq edilib.

Qeyd edək ki, hazırda ölkədə dövlət qulluqçularının ümumi sayı 27 min 360 nəfərdir. Onlardan 8283 nəfəri qadınlardır. Ümumilikdə isə dövlət sektorunda çalışan vətəndaşların sayı 861,4 min nəfər təşkil edir.

Dövlət Statistika Komitəsinin son məlumatlarına əsasən, dövlət qulluqçularının orta aylıq əməkhaqqı 1971 manat səviyyəsindədir. Aparılan son islahatların bu göstəricilərə əlavə təsir göstərəcəyi, nəticədə əməkhaqqında müəyyən artımların baş verəcəyi proqnozlaşdırılır.

Mütəxəssislərin fikrincə, Prezident tərəfindən imzalanan son fərman ümumi sosial rifahın yaxşılaşmasına, vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə və əmək məhsuldarlığının artmasına müsbət təsir göstərə bilər.

Mövzu ilə bağlı Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, yeni yanaşma maaşların daha şəffaf və sistemli müəyyənləşdirilməsinə imkan verir və bu da dövlət qulluqçularının işinə müsbət təsir göstərə bilər:

"Bu məsələyə bütövlükdə müsbət yanaşılmalıdır. Çünki söhbət çoxşaxəli və ciddi bir prosesdən gedir. Burada həm dövlət qulluqçularına münasibət, həm əməkhaqqının nizama salınması, həm də qanunvericilik bazasının möhkəmləndirilməsi kimi vacib məqamlar yer alır.

Məhz buna görə məsələni bütöv şəkildə dəyərləndirmək daha doğru yanaşmadır. Bu məsələni bir neçə aspektdə dəyərləndirmək olar. Birincisi, dövlət qulluqçularının vəzifə maaşlarının bu şəkildə formalaşdırılmasıdır. Burada artım da var, eyni zamanda sistemləşdirmə də mövcuddur.

Hesab edirəm ki, bu düzgün formadır və aydınlıq gətirilir. Dövlət vəzifəli şəxslər öz vəzifə maaşlarını bilməlidir. Əvvəllər müəyyən baza hissəsi və əlavələr olurdu, indi isə aydın şəkildə “pəncərə prinsipi” tətbiq edilir – maaş açıq şəkildə göstərilir və həmin maaşa uyğun olaraq dərəcələr müəyyənləşdirilir".

Onun sözlərinə görə, bu yanaşma dövlət qulluqçularının işinin daha səmərəli olmasına xidmət edəcək:

"Dövlət qulluqçularına bu münasibət normal sayılmalıdır. Bildiyimə görə, bu dəyişiklik təxminən 30 mindən artıq şəxsi əhatə edəcək və bu, dövlət qulluqçularına münasibətin göstəricisidir. Ona uyğun olaraq dövlət qulluqçuları da öz vəzifələrini layiqincə yerinə yetirməlidir.

Dövlətin siyasəti vəzifəli şəxslərdən, məmurlardan asılıdır. Onlara bu cür diqqətin göstərilməsi vacibdir. Çünki onlar dövlətin həyata keçirdiyi siyasəti və funksiyaları icra edirlər.

Buna görə də daim diqqət mərkəzində olmalıdırlar. Ümumiyyətlə, insanların bütün kateqoriyaları diqqət mərkəzində olmalıdır, o cümlədən dövlət qulluqçuları da. Bu fərman vəzifə maaşlarının strukturunun müəyyənləşdirilməsi baxımından vacibdir. Hər kəs bilməlidir ki, hansı dərəcəyə aid vəzifədə, hansı kateqoriyada nə qədər maaş alacaq.

Hər kəs öz perspektivini, sabahını bilməlidir. Bu baxımdan texniki məsələlərin nizama salınması olduqca əhəmiyyətlidir".

O vurğulayıb ki, əməkhaqqı ilə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi də çox vacibdir:

"Bu məsələ daim diqqətdə saxlanılmalıdır. Artıq hər şey nizama salınır və qanun əsasında həyata keçirilir. Qanundan kənar heç kim əlavə addım ata bilməz.

Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, buna ümumi prosesin tərkib hissəsi kimi baxılmalıdır. Maaş və əməkhaqqı sistemində dəyişikliklər digər sahələrə də şamil olunmalıdır. Dövlət qulluğunda olmayan şəxslərin maaşları ilə bağlı da uyğun addımlar atılmalıdır. Bu, bütövlükdə dövlət siyasətinə çevrilməlidir.

Həm dövlət sektorunda, həm də qeyri-dövlət sektorunda, eləcə də təhsil və tibb müəssisələrində bu istiqamətdə yanaşmalar tətbiq olunmalı, hətta pilot layihə kimi nəzərdən keçirilməlidir. Digər sahələrə də aid edilməlidir.

Eyni zamanda, sosial təminat istiqamətində də addımlar atılmalıdır. Məsələn, veteran pulu, “uşaq pulu” kimi məsələlər də bu yeni yanaşmaya uyğun şəkildə nəzərdən keçirilməlidir.

Uzun zamandır müzakirə olunan məsələlərdən biri də maaşların hansı formada verilməsidir – aylıq, ayda iki dəfə və ya həftəlik. Dünyada tətbiq olunan sistemlər nəzərə alınmalı və Azərbaycan da əməkhaqqı sistemini bu təcrübələrə uyğunlaşdırmalıdır.

Əgər biz dünyanın bir hissəsi kimi inkişaf ediriksə, beynəlxalq normalar və prinsiplər bizdə də tətbiq olunmalıdır".

A. Nağı qeyd edib ki, bu məsələ ətrafında kimlərinsə spekulyasiya etməsi doğru deyil:

"Dövlətin müəyyən siyasəti var və bu siyasət məntiqli şəkildə həyata keçirilir. Bütün təbəqələr dövlətin diqqət mərkəzində olmalıdır və qəbul edilən qərarların müsbət tərəflərinə diqqət yetirilməlidir. Orada hər hansı neqativ məqam axtarmağın mənası yoxdur.

Dövlətin maraqlarına uyğun olaraq qəbul edilən qərarlara hörmət və diqqətlə yanaşmaq lazımdır".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Bu gün, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Bu gün, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Bu gün, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Bu gün, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Bu gün, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Bu gün, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Bu gün, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Bu gün, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Bu gün, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Bu gün, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Bu gün, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Bu gün, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Bu gün, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Bu gün, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Bu gün, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Bu gün, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Bu gün, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Bu gün, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Bu gün, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Bu gün, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Bu gün, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Bu gün, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Bu gün, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Bu gün, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Bu gün, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Bu gün, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Bu gün, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Bu gün, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Bu gün, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Bu gün, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Bu gün, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Bu gün, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Bu gün, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Bu gün, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Bu gün, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Bu gün, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Bu gün, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Bu gün, 12:09
AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Bu gün, 12:01
Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Bu gün, 11:57
Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir
Bu gün, 11:46
Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq - QƏRAR
Bu gün, 11:42
88 yaşını HƏBS QƏRARI altında keçirir... - HƏYATIN BELƏ ÜZÜ DƏ VAR...
Bu gün, 11:36
"Mən kuryeri tanımıram, mən “Yango”nu tanıyıram..." - GİLEY
Bu gün, 11:30
“Space” fəaliyyətini davam etdirir, optimallaşdırma aparılır - İcraçı direktor
Bu gün, 11:23
Paşinyan konsert verəcək - KİV
Bu gün, 11:22
Qalib gəlsək, Zəngəzur dəhlizinə imkan verməyəcəyik...
Bu gün, 11:20
Ağdamın yol polisinə yeni rəis təyin olundu - ƏMR
Bu gün, 11:14
Komitə olmayan dövlətlərin adını rəsmi bülletenlərə necə salır? – Fotofakt
Bu gün, 11:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru