"2022-ci ildə Rusiya Ukraynaya təcavüzə başlayanda Avropa passiv idi. Amma Bayden administrasiyası Avropanı Ukraynanı müdafiə etməyə cəlb etdi..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.
O daha sonra bildirir: "Sonra Tramp gəldi və Ukraynanı dəstəkləməkdən vaz keçərək avropalıları Rusiya ilə üz-üzə qoydu. İndi də Tramp həm Avropanı, həm də müsəlman ölkələrini İrana qarşı müharibəyə qoşulmağa sövq etməyə çalışır. Sonuncular isə başa düşür: Trampdan sonra gələcək yeni administrasiya onları İranla təkbətək qoyacaq. ABŞ-ın cari simasını anlayaraq, heç kəs həriflənmək istəmir..."











