"Dünyanın bir çox yerində davam edən “axmaqların savaşında” elə bir nöqtəyə gəlinib ki, artıq nüvə silahında istifadə çox real görünür..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra bildirir: "Allah uzaq eləsin, amma, belə ssenari ehtimalı xeyli artıb. Dünya, sanki, 1945-ci ilin avqustun əvvəlindəki durumdadır, o zaman faciə tək yapon xalqının başına gəldi, iki atom bombasından sonra yeni, ədalətsiz, qaliblərin kefi istəyən dünya düzəni quruldu. İndi isə faciə bir çox xalqları, coğrafiyanı əhatə edə bilər və bundan sonrakı dünya, 1945-ci ildən sonra qurulan dünyadan daha ədalətli olmayacaq, deməli, qurulacaq düzən də bir müddət sonra yeni faciələrə, müharibələrə səbəb olacaq..."











