“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     Sürücü maşında ola-ola oğurluq edənə .....                     Mehindən özünü “ulduz” kimi aparanlara: .....                     İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? .....                     Tipik Rusiya sxemi: .....                     Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi .....                     Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir .....                     Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Quru sərhədlər bu şəxslər üçün açıla bilər .....                     Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi .....                     AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi .....                     Yenə də iş başında: KƏSİB DOĞRAYIR... .....                     Atalıq testindən qaçış, "narkotik damğası" .....                     Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq .....                     88 yaşını HƏBS QƏRARI altında keçirir... .....                     "Mən kuryeri tanımıram, mən “Yango”nu tanıyıram..." .....                     “Space” fəaliyyətini davam etdirir, optimallaşdırma aparılır .....                     Paşinyan konsert verəcək .....                     Qalib gəlsək, Zəngəzur dəhlizinə imkan verməyəcəyik... .....                     Ağdamın yol polisinə yeni rəis təyin olundu .....                     Komitə olmayan dövlətlərin adını rəsmi bülletenlərə necə salır? .....                     Dövlət qəzetinə yeni baş redaktor təyin olundu .....                     Vasif Müslümova yüksək vəzifə verildi .....                     Azərbaycanlı ailəyə AĞIR İTTİHAM: 13 nəfəri "istismar ediblər" .....                     Nə “xoşbaxtlığ”a qafiyə, nə də sənətdə özünə yer tapa bilməyən adam .....                     Daha bir şirkətin vergi borcu var .....                     196 ölkədə axtarışda olan "Qızıl adam": İnqilab Babayev saxlanıldı .....                     "Şərq qapısı" qəzetinin baş redaktoru vəzifəsindən azad edildi .....                     Karapetyanın partiyasının saxlanılan altı üzvü barədə qətimkan tədbiri seçilib .....                     Kirayə yaşayanlara pis xəbər: Qiymətlər qalxır .....                     Köçəryan narazılıq etdi, Putin dərhal tapşırıq verdi .....                     Paşinyanın keçmiş arvadı seçkilərdə onu dəstəkləyəcək .....                     Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi yenidən məhkəmə qarşısında .....                     Azərbaycanda özəl neft-qaz şirkətinə təyinat olub .....                     Naxçıvan susuz qalıb: VƏTƏNDAŞ DAD DEYİR... .....                 

“Leysan” effekti: 14 milyonluq yeyinti üzə çıxdı — FAKTLAR
Tarix: 10-04-2026, 11:17 | Çap et

Leysan Məmmədovun adı çəkiləndə təsəvvürdə dövlətə xidmət yox, büdcə vəsaitlərinin “leysan” kimi axıb talanması canlanır. Buna səbəb Hesablama Palatasının rəsmi audit sənədləri, illərlə yığılıb qalmış rəqəmlər və milyonlarla manatlıq “yeyinti” faktlarıdır.

"Demokrat.az xəbər verir ki, Gənclər və İdman Nazirliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinə rəhbərlik etdiyi 15 il ərzində Leysan Məmmədovun “imza” atmadığı tikinti qalmayıb. Şəmkirdən Astaraya, Sumqayıtdan Qəbələyə qədər ucalan olimpiya komplekslərinin hər kərpici bu maxinasiyalara “şahidlik” edib.

İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliklərinin yaradılması sadəcə idarəçilik islahatı deyildi. Bu addım illərdir yerli icra hakimiyyətlərində kök salmış korrupsiya mexanizmlərini, özbaşınalığı və büdcə talanını dayandırmaq, şəffaflığı bərpa etmək məqsədi daşıyırdı. Dövlət başçısının əsas hədəfi şəhid qanı ilə azad olunan torpaqlarda hər qəpiyin yerinə xərclənməsini təmin etmək idi. Lakin Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədovun fəaliyyəti bu ali məqsədlərə kölgə salan faktlarla gündəmə gəlib.

Leysan Məmmədovun adı bizə və hüquq-mühafizə orqanlarına heç də yad deyil. Gənclər və İdman Nazirliyində 15 il ərzində tikinti sektoruna rəhbərlik edən bu şəxsin fəaliyyəti Hesablama Palatasının audit hesabatlarında “yeyinti” və maxinasiya faktları ilə əks olunub. İddialara görə Olimpiya komplekslərinin inşasında milyonlarla manatın mənimsənilməsinə görə ölkədən çıxışına “stop” qoyulub. Görünən odur ki, Məmmədov öz “zəngin təcrübəsini” indi də Ağdam, Füzuli və Xocavənddə tətbiq etməyə başlayıb. Belə ki, onun rəhbərlik etdiyi qurumun fəaliyyətində aşkar olunan mənimsəmə faktları təmir-bərpa adı altında milyonlarla vəsaitin necə buxarlandığını ortaya qoyur.

Əsas ittihamlar ümumi dəyəri 25 milyon manatı ötən üç iri müqavilənin “Platin” MMC-yə həvalə edilməsi ilə bağlıdır. Ortada 25 milyon manatlıq üç nəhəng müqavilə və bu pulların idarə olunduğu maraqlı şəbəkə var. Tenderin qalibi “Platin” MMC adlı şirkətdir. Maraqlıdır ki, bu şirkətin rəsmi rəhbəri İsfəndiyar Məmmədov olsa da, iplərin qurum rəhbəri Leysan Məmmədovun oğlu Elnur Məmmədovun əlində olduğu deyilir. Yəni hər şey “ailə daxilində” həll edilir.

Sxemin ən heyrətamiz hissəsi isə evlərin kateqoriyalara bölünməsi zamanı üzə çıxır. Yüngül kosmetik təmirə ehtiyacı olan A kateqoriyalı evlərin kvadratmetri üçün ilkin olaraq 150 manat nəzərdə tutulduğu halda, sənədlərdə bu rəqəm 350 manata qaldırılıb. Hər kvadratmetrdə yaranan 200 manatlıq “süni fərq” dövlət büdcəsinə 14 milyon manatdan çox ziyan vurulması deməkdir.

Bundan əlavə, 2025-ci ilin yanvarında Ağdam şəhərində yaşayış massivlərinin tikintisi ilə bağlı keçirilən tenderlərdə daha sərfəli qiymət təklifləri olmasına baxmayaraq, “SMTS” MMC qalib elan edilib. Müqayisələr göstərir ki, digər şirkətlərin təklifləri ilə fərq ümumilikdə 8,5 milyon manatdan çoxdur ki, bu da dövlət büdcəsi üçün əlavə yük hesab olunur.

Nəticədə ortaya 20 milyon manatdan çox yoxa çıxan vəsait çıxır. Bu qədər pulun necə “əridiyini” görmək üçün uzağa getmək lazım deyil. Evlərin təmirə başlamazdan əvvəlki fotoları ilə indiki sənədləri üz-üzə qoyanda hər şey gün kimi aydın olur. Görəsən, bu qədər aşkar mənimsəməyə imza atanlar hansı məntiqlə hərəkət edirlər? Dövlətin vəsaitini bu qədər rahatlıqla şəxsi maraqlara qurban vermək sadəcə qanun pozuntusu deyil, həm də böyük məsuliyyətsizlikdir.

Görünür, bəziləri üçün Qarabağın bərpası müqəddəs vəzifə olmaqdan çıxaraq növbəti “tender poliqonu” və büdcə talanı fürsətinə çevrilib. İllərlə müxtəlif vəzifələrdə dövlətin milyonlarını mənimsəyələrin hələ də eyni ssenarilərlə hərəkət etməsi, quruculuq işlərinə kölgə salmaqdan başqa bir şey deyil. Amma unutmaq olmaz ki, şəhid qanı ilə alınmış o torpaqlarda qurulan hər bir binaya görə mənimsənilmiş hər qəpiyin hesabı gec-tez sorulacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Bu gün, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Bu gün, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Bu gün, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Bu gün, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Bu gün, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Bu gün, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Bu gün, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Bu gün, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Bu gün, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Bu gün, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Bu gün, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Bu gün, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Bu gün, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Bu gün, 12:09
AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Bu gün, 12:01
Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Bu gün, 11:57
Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir
Bu gün, 11:46
Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq - QƏRAR
Bu gün, 11:42
88 yaşını HƏBS QƏRARI altında keçirir... - HƏYATIN BELƏ ÜZÜ DƏ VAR...
Bu gün, 11:36
"Mən kuryeri tanımıram, mən “Yango”nu tanıyıram..." - GİLEY
Bu gün, 11:30
“Space” fəaliyyətini davam etdirir, optimallaşdırma aparılır - İcraçı direktor
Bu gün, 11:23
Paşinyan konsert verəcək - KİV
Bu gün, 11:22
Qalib gəlsək, Zəngəzur dəhlizinə imkan verməyəcəyik...
Bu gün, 11:20
Ağdamın yol polisinə yeni rəis təyin olundu - ƏMR
Bu gün, 11:14
Komitə olmayan dövlətlərin adını rəsmi bülletenlərə necə salır? – Fotofakt
Bu gün, 11:13
Dövlət qəzetinə yeni baş redaktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:05
Vasif Müslümova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:04
Azərbaycanlı ailəyə AĞIR İTTİHAM: 13 nəfəri "istismar ediblər" - TƏFƏRRÜAT
Bu gün, 10:53
Nə “xoşbaxtlığ”a qafiyə, nə də sənətdə özünə yer tapa bilməyən adam - Orxan Saffari yazır…
Bu gün, 10:51
Daha bir şirkətin vergi borcu var
Bu gün, 10:40
196 ölkədə axtarışda olan "Qızıl adam": İnqilab Babayev saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:37
"Şərq qapısı" qəzetinin baş redaktoru vəzifəsindən azad edildi - BUNDAN SONRA...
Bu gün, 10:29
Karapetyanın partiyasının saxlanılan altı üzvü barədə qətimkan tədbiri seçilib
Bu gün, 10:27
Kirayə yaşayanlara pis xəbər: Qiymətlər qalxır - BELƏ HARA GEDİRİK?
Bu gün, 10:23
Köçəryan narazılıq etdi, Putin dərhal tapşırıq verdi – Moskvada “baş erməni” dəyişdirilir
Bu gün, 10:22
Paşinyanın keçmiş arvadı seçkilərdə onu dəstəkləyəcək - “İravunk”
Bu gün, 10:20
Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:18
Azərbaycanda özəl neft-qaz şirkətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:16
Naxçıvan susuz qalıb: VƏTƏNDAŞ DAD DEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:04
“İclasda vidalaşmaq, halallaşmaq mövzusu olmayıb” - AÇIQLAMA
Bu gün, 09:50
Təhsil sistemində NƏLƏR BAŞ VERİR?.. - İLGİNC İDDİALAR
Bu gün, 09:45
Sevgilisini telefonda başqa qızla yazışmasını görən qadın döyüldü - MƏHKƏMƏ
Bu gün, 09:40
Azərbaycan neftinin qiyməti yenidən 115 dolları ötüb
Bu gün, 09:38
FHN-in keçmiş əməkdaşının cinayət işi: - 2 minə nazirliyə sürücü kimi işə düzəltmək vədi veribmiş
Bu gün, 09:36
Azərbaycan qlobal reytinqin “qırmızı zona”sında - AKTUAL
Bu gün, 09:34
Keçmiş iş yoldaşını küçədə döyən şəxs: - “Mənim işdən çıxarılmağıma sən səbəb oldun...”
Bu gün, 09:27
Bağça müdirəsi yol hərəkəti qaydalarını heçə saydı: Övladının həyatını təhlükəyə atdı - VİDEO
Bu gün, 09:24
“Bakı Neft Mədən Avadanlıqları” mənfəətini bölüşdürəcək
Bu gün, 09:15
Sahib Əliyev vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Bu gün, 09:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru