"Rəsmi məlumat: Rusiya, “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə Azərbaycanla razılığa gəlib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra bildirir: "Rusiya, nəhayət ki, məntiqsiz inkardan, haqsız mövqeyindən əl çəkdi, əlaqələrin normallaşması üçün üzr istədi və kompensasiya məsələsi həll olundu.
Belə olması yaxşıdır, "coğrafiyamız taleyimizdir" - bunu daim ağlımızda tutub yaşamalıyıq. Münasibətlər normallaşmalıdir, qarşılıqlı maraqlar nəzərə alınmalı, Kreml də artıq böyük qardaş, ümümiyyətlə, qardaş olmadığını dərk və həzm edib, hörmət edəndə hörmət görəcəyini qavramalıdır.
Azərbaycan bütün təhlükələrə rəğmən "pro-rusiya" olmadı, bu çox yaxşıdır və bizim siyasət elə qurulmalıdır ki, dövlətimiz kənar təsirlərlə uyub heç vaxt "anti-rusiya" da olmasın..."











