Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                 

ERMƏNİ İLƏ AİLƏ QURAN AZƏRBAYCANLI QADININ ETİRAFI
Tarix: 16-08-2012, 12:18 | Çap et
ERMƏNİ İLƏ AİLƏ QURAN AZƏRBAYCANLI QADININ ETİRAFI

TOLERANTLIQ NÜMUNƏSMİ?!

Tolerantlıq mövzusunu işləyərkən məni hər zaman bir sual düşündürüb: “görəsən, cəmiyyət kimlərə qarşı və nə qədər tolerant ola bilər?” Başqa sözlə desək, insan nələrə və kimlərə dözümlü olmalıdır, tolerantlığın sərhədi harada bitir? Axı biz hamıya və hər bir əmələ dözümlülük nümayiş etdirə bilmərik. Bütün bunları götür-qoy edərək yeni bir yazını hazırlayarkən virtual aləmdə təsadüfən bir qadınla tanış oldum. İnternet vasitəsilə mütəmadi olaraq yazışmağa başladıq. Məlum oldu ki, o, bir zamanlar azərbaycanlı ailəsində dünyaya göz açsa da, sonrakı taleyini erməni millətindən olan bir gənclə bağlayıb, onunla ailə qurub, dünyaya övladlar gətirib. Bu addım həmin qadını doğulub boya-başa çatdığı ailəsindən, anasından, qardaşlarından, bacısından ayırıb. O, indi də Dağlıq Qarabağda yaşayır. O Qarabağda ki, minlərlə günahsız azərbaycanlının qanı bahasına ermənilər tərəfindən işğal olunub. Kim bilir, bəlkə də Gülzar həmin ərazilərdə yaşayan yeganə azərbaycanlıdır? Əlbəttə ki, əsirlikdə olan yüzlərlə həmvətənindən fərqli olaraq o, sevdiyi həyat yoldaşının, canının bir parçası olan övladlarının yanındadır, torpağında göz açdığı Qarabağda özü seçdiyi taleyi yaşayır. Bu qisməti heç kim onun əlindən ala bilməz. Lakin bir həqiqət danılmazdır ki, Gülzar ona can verən anasını, həyatının ən şirin anlarını paylaşdığı əzizlərini, bir sözlə, keçmişini itirib. Kim bilir, bəlkə də əbədiyyətə qədər? Maraqlıdır, görəsən, gənclik həvəsinə görə, hətta onun adını məhəbbət qoysaq belə, doğmalarını, uşaqlıq xatirələrini, həmvətənlərini, millətini, adət-ənənələrini, vətənini dəyişməyə dəyərmi? Etiraf edim ki, cümlənin sonunu hisslərimə qapılaraq yazdım. Axı Gülzar vətənini dəyişməyib, Dağlıq Qarabağ tarixən Azərbaycan torpağı olub və nə vaxtsa öz sahibinə qayıdacaq. Hələliksə reallıqla barışmalıyıq. Azərbaycanlı qadın erməni ailəsinin gəlinidir və bizi özünə düşmən bilən ermənilər üçün əsgər böyüdür.

Əziz oxucular, Gülzarın fikirlərini kiçik ixtisar və redaktə ilə sizlərə təqdim edirəm. Onun atdığı addımın tolerantlıq nümunəsi, fədakarlıq, xəyanət, səhv və ya qismət olduğuna siz qərar verin.

- Atam öləndə beş yaşım var idi. Anam Ağdam rayonu Mərzili kəndindən Füzuli rayonunun Qacar kəndində yaşayan nənəmin evinə köçdü. O, hər il üzüm tədarükü mövsümündə Saruşen kolxozunda işləyirdi. Mən də onun yanında olurdum. O vaxtlar milli məsələ yox idi. Hamı bir-birinə qarşı mehriban idi.

On yeddi yaşım olanda mən həmin kolxozda işləyən 27 yaşlı Slaviklə tanış oldum. Birinci gündən hiss elədim ki, məndən xoşu gəlir, amma mən ona fikir vermirdim. O, mənə sevgi məktubları yazır, erməni qızları ilə göndərirdi. Mən heç birini oxumurdum, cırıb atırdım. O isə xəbər göndərirdi ki, nə olursa olsun, mən səni almalıyam. Bir gün qabağımı kəsib mənə eşq elan elədi. Özümü itirdim. Amma onun bu hərəkəti xoşuma gəlmişdi. Yavaş-yavaş ona isinişməyə başladım. Ürəyimdə qorxurdum ki, bizimkilər onu qəbul etməzlər. Çünki başqa millətdən idi. Ona görə də bu məsələni heç kimə danışmırdım. Kimsə anama pıçıldamışdı ki, qızın filankəslə gizli görüşür. Anam məni yanına çağırıb dedi: “Bizdə azərbaycanlı oğlan başqa millətdən qız ala bilər, amma azərbaycanlı qız başqasına gedə bilməz”. Hər şeyi dandım, dedim ki, yalan deyirlər. Anam mənə inandı. Amma biz yenə də Slaviklə xəlvətdə görüşürdük. Belə davam eləyə bilməzdi. Biz sezon qurtaran kimi kəndimizə qayıdırdıq, bir-birimizdən ayrılırdıq. Düzdür, Slavik tez-tez bizim kəndə gəlirdi, amma məni görüb geri qayıdırdı, görüşə bilmirdik.

Bir gün sözləşib Slavikin Stepanakertdə (qeyd: Xankəndidə) yaşayan əmisigilə qaçdıq. Elə bilirdik bizi tapan olmayacaq. Səhəri gün qardaşlarım dostları ilə məni tapıb geri qaytardılar. Slavikin üstünə bıçaq çəkmişdilər ki, məndən əl çəksin.

15 günə qədər anamgil məni evimizdə kilidlədilər, eşiyə buraxmadılar. Hətta döydülər də. Tələb edirdilər ki, Slavikin məni zorla qaçırdığı haqda dilimdən kağız verim. Çox fikirləşdikdən sonra canımı dişimə sıxıb dedim: “yox, istəmirəm ki, onu tutsunlar, mən onu sevirəm”. Bir müddət Slavikdən uzaq düşdüm. Ailəm mənim hər addımıma göz qoyurdu. Slavik bir neçə dəfə məni qaçırmaq istədi, ancaq alınmadı.

Hərdən biz tərəflərə yolu düşəndə mənə zəng vururdu, imkan düşəndə danışırdıq. Sonra məlum hadisələr başladı. Mən Slavikin təklifi ilə evdən qaçdım. O, bu dəfə məni Əsgərana apardı. Çox qorxurdum. Geri qayıda bilməzdim, hara gəldiyimi də bilmirdim. Ara qarışdığından ailəm məni tapa bilmədi.

... İndi dörd uşaq anasıyam - Gennadi, Aşot və Hayk əsgərliyi başa vurublar və ataları ilə Stepanakertdə, Şuşada tikintilərdə işləyirlər. Qızım Vera da böyüyüb. Mən indi anamı yaxşı başa düşürəm. Erməni oğlana qoşulub qaçanda anamın nələr çəkdiyini hiss eləyirəm. Tam səmimiyyətlə deyirəm. Mənim üçün gəlinimin millətinin əhəmiyyəti yoxdur. Təki oğlumla bir-birini sevsinlər. Düzünü deyim ki, gəlinimin birinin azərbaycanlı olduğunu çox istəyərdim, amma bu mümkün deyil. Çünki arada bu qədər qan tökülüb. Bildiyimə görə, Azərbaycanda erməniləri bir nömrəli düşmən gözündə görürlər, onlara işğalçı deyirlər. Amma Rusiyada, başqa ölkələrdə bu gün də beynəlmiləl ailələr qurulur. Mən buna çox sevinirəm. Düzü, istəməzdim ki, öz qızım azərbaycanlıya getsin. Çünki o, erməni qızıdır, deməli, düşməndir. Mən nə dediyimi yaxşı bilirəm. Ancaq Slaviklə ailə qurduğuma görə də peşman deyiləm. Taleyimlə barışmışam. Qonşulardan da narazı ola bilmərəm. Onlar mənim azərbaycanlı olduğumu bilirlər. Çoxları mənimlə məsləhətləşir. Cavan qızlar məndən biş-düz öyrənir. Düzdür, müharibənin qızğın vaxtlarında bizim üçün də çox çətin oldu, tez—tez yerimizi dəyişməli olurduq, amma indi mənə bir acı söz deyən də yoxdur.

İki təzə otaq tikmişik, yavaş-yavaş evi təmir edirik. Hər şey yaxşıdır. Lakin qardaşlarım, bacım və anam üçün çox darıxıram. Mən onları Aşağı Divanallarda qoymuşam. Kiçik qardaşımın Jdanovda (qeyd: Beyləqanda) evi var idi. Bəlkə ordadırlar, bəlkə də Bakıda? Mən onların yerini bilmirəm. Amma onlar bilirlər ki, biz Saruşendə yaşayırıq. Atamın birinci arvadından altı oğlu olmalıdır. Onları tanımıram. Amma doğmalardan iki qardaşım, bir bacım var. Hamısı üçün çox darıxıram. Yaşım artdıqca onları daha çox yada salıram. Gecələr yuxuma girirlər. Hərdən təkliyə çəkilib ağlayıram. Övladın öz yeri var, ananın, bacı-qardaşın yerini isə heç nə ilə əvəz eləmək olmur. Anam iki böyük uşaqlarımı kiçik yaşlarında görüb, o biri oğlumla qızımdan xəbəri yoxdur. Ən çox anam üçün darıxıram. Yerini bilsəydim, quş olub yanına uçardım. İndi lap çox qorxuram. Qorxuram ki, bu dünyada bir daha onların üzünü görə bilməyəcəm. O dünyada isə onlar məni çətin ki, bağışlasınlar.

Son söz əvəzi:

Yazışma zamanı Gülzar mənim jurnalist olduğumu bilib, əzizlərinin adlarını bir-bir sadaladı. O, hərdən fərqinə belə varmadan ermənicə “matağım”, yəni “əzizim” deyə könlümü oxşamağa çalışırdı. Çünki əzizlərini tapacağıma çox inanırdı. Məlum səbəblərdən həmin insanların adlarını çəkməsəm də, araşdırmam davam edir. Ümidvaram ki, o insanlardan heç olmasa biri ilə əlaqə yarada biləcəyəm və bu haqda geniş bir məqalə yazmaq imkanım olacaq. Hələliksə onu qeyd etmək istəyirəm ki, heç kim bu yazıya görə məni qınamağa tələsməsin. Ən azı ona görə ki, həqiqət danılmazdır: qəhrəmanım Dağlıq Qarabağdan olan Azərbaycan vətəndaşı ilə ailə qurub və acılı-şirinli həyat yolunu özü seçib. Azərbaycanda və onun ayrılmaz parçası olan Qarabağda bu cür ailələr az deyil, sadəcə, onlar haqda məqalə yazmaq cəsarət tələb edir.

Odur ki. gəlin fərqli fikirlərə qarşı tolerant olmağı bacaraq. Çünki bizim fikrimiz də kimin üçünsə fərqli görünə bilər.

Könül Aypara

O.M.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov bu gün iclas keçirdi
Bu gün, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Bu gün, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Bu gün, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Bu gün, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00
Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48
Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru