ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                 

Eldar Mahmudovun həbsdəki komandasına mesajı: - “Məni satmayın!”
Tarix: 2-05-2018, 08:17 | Çap et
Eldar Mahmudovun həbsdəki komandasına mesajı:
Eldar Mahmudovun komandasına daxil olan sabiq MTN-çilərin işi üzrə məhkəmə prosesləri yekunlaşdı. Bakı Hərbi Məhkəməsində keçirilən proseslərdə Eldar Mahmudovun komanda üzvlərindən yalnız biri sabiq nazirin əleyhinə tövsif oluna biləcək ifadələr verdi. Qalanları isə Eldar Mahmudovun adını çəkmədilər, onun əleyhinə 1 kəlmə belə danışmadılar.

“Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, komanda üzvləri həbs olunandan sonra da Eldar Mahmudovun əlaqələri qalıb. Həbsdəki komanda üzvlərinə mesaj yollayan sabiq nazir onlara “məni satmayın” ismarıcı çatdırıb, ailələrinə hər cür dəstək vəd edib. Bildirib ki, onların tezliklə azadlığa çıxmaları üçün əlindən gələni edəcək. Sabiq nazirin bu mesajına, demək olar ki, 99 faiz əməl olundu. Eldar Mahmudovun generalları, onun tapşırıqlarının sözsüz icraçıları olan əlaltıları məhkəmə qarşısında adını çəkmədilər.

Beləliklə, sabiq nazir istintaqdan və məhkəmədən kənar qala bildi. Müşahidələr də göstərir ki, gələn məlumatlar gerçəklikdir. Eldar Mahmudov nazir postunu itirsə də, zəifləmiş duruma gətirilsə də, özünü qorumağı bacardı. O, həbsdə olan, azadlıqda qalan, bu gün də vəzifə daşıyan komanda üzvlərinə hələ də təsir imkanlarını saxlayır. Yazmışdıq, bir də xatırladaq ki, Eldar Mahmudov məhkəmədə sanki hakimlərlə hazırda dəmir qəfəsdə olan əlaltılarının arasında dayanmışdı.

Ötənlərdə bu haqda yazdıqlarımızdan sitat: “10 iyul 2017-ci ildə Bakı Hərbi Məhkəməsində, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi, polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə V.Ələkbərovun polkovnik rütbəsindən məhrum edilməsi ilə bağlı da xüsusi qərardad çıxarıb. Məhkəmənin hökmü ilə V. Ələkbərovun əmlakı müsadirə edilərək, zərərçəkmiş iş adamı Akif Qurbanova verilib. Digər zərərçəkmiş şəxslərin isə mülki iddiası təmin edilməyib. Bundan başqa, məhkəmə sabiq nazir Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərib. V.Ələkbərovun məhkəməsində E.Mahmudov və M.Şıxəliyev barəsində xüsusi qərardad çıxarılandan sonra Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimləri Akif Çovdarov və digərlərinin işi üzrə prosesdə çox böyük narahatlıq keçirməyə başladılar. Səbəb isə o idi ki, Akif Çovdarov aylardır davam edən sükutu pozub aksenti dəyişmişdi. O, üstüörtülü, işarəli, göz-qaşlı, şəhadət barmağını yuxarı qaldıraraq fikirlərini izah etmək taktikasını hər şeyi olduğu kimi çılpaqlığı ilə danışmaq taktikasına güzəştə getmişdi. Dedikləri də bir anın içində günün 1 nömrəli mövzusuna çevrilib hakimiyyəti silkələdi".

Yəni komandası Eldar Mahmudovun barəsindəki xüsusi qərardada bu şəkildə təpki belə verməkdən çəkinmədi.

Eldar Mahmudov üçün “Axilles dabanı”na çevrilən yalnız MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev oldu.

Bakı Hərbi Məhkəməsində Elçin Quliyevin və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin işi üzrə keçirilən proseslər zamanı mərkəz rəhbəri sabiq rəhbərinə qarşı istifadə edilə biləcək ifadələr işlədirdi. Lakin həmin ifadələr üzrə araşdırmalar aparılıb konkret nəticəyə gəlinmədi. Elçin Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edildilər. Bundan öncə nazirliyin Nəqliyyat və Energetika sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Akif Çovdarov və 3 işçisinin, İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovun və Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi Mirəziz Əsgərovun ayrı-ayrılıqda məhkəmələri keçirilmişdi. Aralarında daha 3 MTN generalının da olduğu, 12 nəfərin mühakiməsi də bir müddət əvvəl sona çatdı. Elçin Quliyevdən savayı sabiq nazirin komanda üzvlərindən kimsə əleyhinə danışmadı. Ötən ilin noyabrında həbs olunan sabiq MTN-çi, Eldar Mahmudovun köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudovun onun əleyhinə ifadə verdiyi bildirilsə də, sonradan bu məlumat təsdiqini tapmadı. Vüqar Mahmudov bu gün də istintaq altındadır.

Ümumilikdə isə 2015-ci il oktyabrın 17-də MTN-dəki əməliyyatla başlayan həbslər, istintaq və məhkəmə prosesləri Eldar Mahmudovun bir addımlığına qədər uzansa da, bu günə qədər onun həbsi ilə nəticələnməyib. Ona 2015-ci ilin oktyabrından - işdən çıxarılandan sonra dəymirdilər. İstintaqa çağırıb dindirmirdilər. 2017-ci ilin noyabrına qədər taleyi qeyri-müəyyən olaraq qalırdı. Yada salaq ki, 2016-cı ilin oktyabrında baş prokuror Zakir Qaralov Eldar Mahmudovun həbs olunması ehtimalı barədə sualı cavablandırmışdı.

Demişdi ki, ləğv olunmuş MTN əməkdaşları haqda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində də istintaq davam edir. Bütövlükdə istintaq 280 epizod üzrə aparılır.

Sitat: “Artıq bilirsiniz ki, həmin cinayət işlərindən biri məhkəməyə göndərilib, digərləri üzrə istintaq davam edir. İstintaqın sonunda kimin həbs olunub-olunmayacağı bəlli olacaq. Prokurorluq orqanlarının ümdə vəzifələrindən biri də vətəndaşlarımızın ərizə və şikayətlərinə baxılmasıdır. Müraciətlər araşdırılır, müvafiq tədbirlər də görülür. Kimin məsuliyyəti varsa, o, məsuliyyətdən kənarda qalmayacaq”.

E.Mahmudov 2 il sonra - 2017-ci ilin noyabrında istintaqa çağırılaraq dindirildi və sərbəst buraxıldı. Maraqlıdır ki, Eldar Mahmudovun özü bu günə qədər haqqında səslənən ittihamlara cavab verməyib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Bu gün, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Bu gün, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39
Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru