Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                     “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi .....                     Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi .....                     Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib .....                     Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi .....                     İranda ETİRAZLAR BAŞLADI: .....                     Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır .....                     Sabah bəzi yerlərdə az yağış yağacaq... .....                     Hüquqşünasdan ağır sözlər: .....                     Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? .....                     "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? .....                     Bakıda falçı evini satan qadının başına OYUN AÇDI .....                     Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... .....                     Afət həmkarlarına MEYDAN OXUDU: .....                     “Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. .....                     "Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" .....                     Ermənistan ordusunda 8 yaralı .....                     Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ .....                     İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib .....                     Naxçıvanda vətəndaşlara YENİ TƏLƏ: `Cibimizi soyurlar...` .....                     Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə... .....                     Holdinqin aqrar biznesinə yeni rəhbər təyin edilib .....                     London Azərbaycanın nəqliyyat dəhlizinə qoşulur .....                     Tramp Moskva və Pekini bombalamaqla hədələyib .....                     Nazirliyin 5 milyonluq tenderi ləğv edildi .....                     “Ks Baku”da qanun HƏRLƏYƏN YOXDUR... .....                 

Vüqar Səfərli Əli Həsənovu "baqaja qoyacaqmı"? - O, həbsindən az əvvəl “mənlik nə var ki” deyirmiş...
Tarix: 16-01-2021, 09:30 | Çap et
Vüqar Səfərli Əli Həsənovu "baqaja qoyacaqmı"?
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) təsis olduğu gündən mediada yeni ziddiyətlərin əsası qoyuldu. Media qurumları ilə Fond rəhərliyi arasında daim müxtəlif məsələlərə görə narazılıqlar yaranırdı.

Bəzən, bu qalmaqallar mətbuat səhiflərinə də çıxır, "yuxarıdan" edilən təzyiqlərdən sonra yığışdırılırdı. Narazılıqlar əsasən qəzetlərin media layihələrində iştirakına imkan verilməməsi, jurnalistlər arasında keçirilən müsabiqələrdə yol verilən ədalətsizliklər, mənzillərin ehtiyac üzrə paylanmaması və s. ibarət idi.

KİVDF-yə qarşı ittihamların xarakteri 2013-cü ildən - jurnalistlər üçün Bayılda, Salyan yolu 22 ünvanda inşa edilən birinci bina istifadəyə veriləndən sonra dəyişdi. Artıq Fond rəhbərliyi korrupsiyada, israfçılıqda, mənimsəmələrdə ittiham edilməyə başladı. Çünki 155 mənzilli binanın tikintisinə büdcədən 22.5 milyon manat vəsaitin xərclənməsi barədə Fondan verilən açıqlama heyrət və qəzəb doğurmuşdu.

Bu rəqəm orta hesabla büdcəyə iki, üç otaqlı mənzilin 140-145 min manata başa gəlməsi demək idi. 2013-cü ilin bazar qiymətləri ilə hesablasaq, çəkilən xərcin dəyəri azı 3-4 dəfə şişirdilmişdi.

Bakıda bina tikən məşhur tikinti şirkətlərindən birinin sahibi o zaman mətbuata bildirmişdi ki, 22.5 milyon manata 155 mənzilli 4 bina tikib təhvil verə bilər, üstəlik, sakinlərə məktəb də hədiyyə edər. Özünün qazancına gəldikdə, iş adamı 1.5-2 milyon manat təmiz mənfəət əldə etməyin mümkün olduğunu vurğulamışdı.

"Bir halda ki, bina dövlət sifarişi ilə jurnalistlə üçün tikilir, deməli torpağa və nəzarətçi qurumlara heç bir "haqq" ödənilməyəcək. Belə olan halda təmir də daxil olmaqla bir kvadrat metr orta hesabla 350-400 manata başa gəlir", - iş adamı qeyd etmişdi.

Bu qalmaqaldan sonra Fond 255 mənzilli ikinci və üçüncü binanın tikintisinə çəkilən xərcləri ictimaiyyətə açıqlamadı. Prezidentin müvafiq sərəncamlarından məlum olur ki, binaların hər birinə 38-40 milyon manat vəsait ayrılıb. Mənzillər paylandıqdan sonra jurnalistlər binada dövlət vəsaitlərinin necə amansızlıqla talan edilməsinin əyani şahidi oldular. Çünki evlər istisnasız olaraq ən keyfiyyətsiz tikinti materialları ilə təmir edilmişdi. Döşəmələr betonun üzərinə düzülmüş keyfiyyətsiz laminatdan ibarət idi. Divarları isə bazarda 2-3 manata satılan divar kağızları bəzəyirdi. Hamam aksesurları, kombilər, boru xətləri, qapılar da Çinin ən ucuz məhsullarından idi.

Sonradan məlum olmuşdu ki, binanın tikintisi zamanı Fondun rəhbəri Vüqar Səfərli Çinə səfər edib həftələrlə orada qalaraq, bu keyfiyyətsiz, amma ucuz materialların alınıb Azərbaycana göndərilməsini təşkil edibmiş.

Nəticədə jurnalistlərin az-çox maddi imkanı olanları mənzilləri yenidən təmir etməyə məcbur oldu, bu zaman binaların həyətində ürəkağrıdan mənzərə yaranmışdı. Çünki hər gün həyətdə təmir zamanı evdən çıxarılan - Vüqar Səfərlinin Çindən gətirdiyi tikinti materiallarından ibarət "dağ" yaranırdı.

Jurnalistlər büdcəyə milyonlara başa gələn bu materialları bir gün də istifadə etmədən söküb zibilliyə atırdılar. Korrupsiyanın fəsadları binalarda bu gün də özünü göstərir. Liftlərdə tez-tez problemlər yaranır, kommunikasiya şaxtaları düzgün quraşdırılmadığından, küləkli havada evlərdə uğultudan dayanmaq olmur, pəncərələr də küləyə davam gətirmir. Binanın fasadına vurulan üzlüklər tez-tez qopub tökülür.

Binalarda 600-dən artıq ailə məskunlaşsa da, market, aptek yoxdur, bankomat, "Bakubus" kartlarını yükləyən aparat isə bir neçə ay əvvəl qoyulub. Çünki birinci binada bu ehtiyac üçün nəzərdə tutulan ilk mərtəbə Prezidentin keçmiş köməkçisi, Vüqar Səfərlinin hamisi Əli Həsənov tərəfindən zəbt edilmiş, təxminən min kvadratdan artıq yer onun "Kaspi" Təhsil Mərkəzinin sərəncamına verilmişdi.

Qeyd edək ki, binanın çardağı da eyni məqsədlə Həsənovun ailə şirkətinin istifadəsində idi. Bundan əlavə jurnalistlərin həmin ərazinin qarşısına çıxışı qadağan edilmişdi. Blokların qapıları bağlanmış, giriş və çıxışa şlaqbaumlar qoyulmuşdu. Media nümayəndələrinin etirazları isə heç bir nəticə verməmişdi.

Görünür, binadakı mənzillərini satan jurnalistlərin sayının artması həm də bu problemlərlə bağlıdır.

İndi gələk KİVDF-də büdcə pullarının necə, hansı üsullarla talan edilməsinə. Prokurorluğun yaydığı məlumatda oğurluğun əsas istiqamətləri təsvir edilir. Amma bəzi məqamların aydınlaşdırılması vacibdir.

Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il avqusutun 28-də KİVDF-də baş verən qanunsuzluqlarla bağlı cinayət işi açıb. Bir neç gün sonra Vüqar Səfərli Fondun rəhbəri vəzifəsindən çıxarılıb. Bu müddətdə cinayət işi üzrə istintaq hərəkətləri aparılıb, o cümlədən ev verilən jurnalistlərin əksəriyyəti İdarədə dindirilib. Binaları "Protoks" MMC inşa edib, onun rəhbəri Məmmədov Nadir Məhərrəm oğlu da Vüqar Səfərli ilə birgə həbs edilib, hər ikisinə qarşı eyni maddələrlə ittiham irəli sürülüb.

Məlumatlı mənbə "AzPolitika.info"-ya bildirib ki, əslində "Protoks" MMC dolayısı ilə Əli Həsənova məxsusdur, çünki şirkətin səhmlərinin 51 faizi onun qohumlarından birinin adınadır. Şirkətin 49 faizinin formal sahibi isə Əli Həsənovun yaxın dostu, Moskvada yaşayan milyonçu, iş adamı Mehrac Babayevə məxsusdur. Lakin bizə verilən məlumata görə, Mehrac Babayevin bu işlərdəki iştirakı formal xarakter daşıyıb.

Yəni tikintilərə, vəsaitlərin köçürülməsinə, paylanmasına, alqı-satqı məsələlərinin hamısına keçmiş şöbə müdiri bilavasitə rəhbərlik edib. O, dəfələrlə tikinti aparılan əraziyə gəlib, işin gedişatı ilə yerində maraqlanıb.

Vüqar Səfərli ilə birlikdə həbs edilən Nadir Məmmədova gəldikdə, internet resurlarında onun haqqında foto və məlumat yoxdur, MMC rəhbəri olsa da, heç zaman Vüqar Səfərli, Əli Həsənovla bir araya gəldiyini göstərən görüntülər ortaya çıxmayıb. Güman etmək olar ki, N. Məmmədov "Protoks" MMC-nin formal rəhbəridir. Hətta ola bilsin ki, elə Əli Həsənovun 51 faiz paya formal sahiblik edən qohumudur.

Prokurorluğun yaydığı məlumatda adıçəkilən şirkətin mənimsələrdə iştirakı belə təsvir edilib: "...2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyəri müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə “Protoks” MMC-nin bank hesablarına köçürüb, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəyib. Qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib, şəxsən təsdiq etməklə, vəzifə saxtakarlığı da törədib..."

Prokurorluğun məlumatında dövlət vəsaitlərinin həm də ağılasığmaz icarə xərcləri altında mənimsənildiyi qeyd olunur. Bildirilir ki, Vüqar Səfərli büdcə pullarından yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qazandırmaq məqsədi ilə onların mülkiyyətində olan binanı icarəyə götürüb.

"Yaxın şəxslər" deyərkən söhbət Əli Həsənovdan, mülkiyyət isə onun ailəsinin mülkiyyətində olan Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən "Mətbuat evi"-nin binasından gedir. KİVDF həmin binanın 3-cü mərtəbəsini ağır şərtlərlə icarəyə götürərək 2011-2019-cu illər ərzində Həsənova 812 min manat məbləğində vəsait ödəyib. Prokurorluq bu əməllə Fond rəhbərinin dövlət büdcəsinə külli miqdarda ziyan vurduğu qənaətinə gəlib.

Mötəbər məlumatlı mənbə isə iddia edir ki, Vüqar Səfərli KİVDF-yə cinayət işi açıldıqdan sonra istintaqla fəal əməkdaşlıq edib, mənimsədiyi pulların bir hissəsini dövlət büdcəsinə qaytarıb.

Bundan sonra bir qədər rahatlıq tapan V.Səfərli deyirmiş: “Mənlik nə var ki? Mən qaytardım. Getsin öz problemini həll etsin...”

Söhbət kimdən gedir, əlbəttə ki, aydındır.

Xatırladaq ki, prokurorluğun məlumatında V.Səfərlinin yol verdiyi mənimsəmələrlə bağlı da qeydlər var: "...Fond rəhbəri 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi “Futbol+Qol” qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəyib. Eyni zamanda 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 105 min manat məbləğində pul vəsaitini israf edib".

Yeri gəlmişkən, V.Səfərlinin özünə məxsus olan, aztirajlı media orqanlarına ən yüksək məbləğlər ayırması daim tənqid hədəfinə çevrilib. Eyni zamanda bayram tədbirlərinin keçirildiyi şadlıq saraylarına hədsiz böyük məbləğlər (45-60 min manat arası) ödənişlər etməsi (əslində silinməsi -red) də narazılıq mənbəyi olub. Çünki tədbirlərdə ortabab səviyyədə bayram süfrəsi açılmasına rəğmən KİVDF-nin büdcəsindən bu məqsədlə iri məbləğlər silinib.

Buna baxmayaraq, sona qədər bu "ənənələr" davam etdirilib, media səhəsini kurasiya edən Əli Həsənov da bu narazılıqlara susqun qalıb.

Bütün bunlar öz yerində. Bəs jurnalistlər üçün 3 binanın tikintisindən nə qədər vəsait mənimsənilib?

Mötəbər mənbə xəbər verir ki, Vüqar Səfərlidən, əslində isə Əli Həsənovdan geri – dövlət büdcəsinə qaytarması tələb olunan vəsait 26 milyon manat (!) təşkil edir. Lakin keçmiş şöbə müdiri yaxasını ələ vermək istəmədiyindən Vüqar Səfərlinin həbsi qaçılmaz olub.

Şübhəsiz ki, istintaqa bütün mənimsəmə mexanizmləri və onun arxasında duran şəxslər məlumdur. Vüqar Səfərlinin istintaqa artıq həbsdə verəcəyi ifadədən sonra həbslərin əhatə dairəsinin genişlənəcəyi ehtimalı isə çox yüksəkdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Bu gün, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Bu gün, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Bu gün, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Bu gün, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Bu gün, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Bu gün, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Bu gün, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Bu gün, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Bu gün, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Bu gün, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Bu gün, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Bu gün, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Bu gün, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Bu gün, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Bu gün, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Bu gün, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Bu gün, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Bu gün, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Bu gün, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Bu gün, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Bu gün, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Bu gün, 11:44
Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Bu gün, 11:31
Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Bu gün, 11:28
Afət həmkarlarına MEYDAN OXUDU: - “Toy bazarında nömrə birəm”
Bu gün, 11:17
“Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. - “Johovurd”
Bu gün, 11:13
"Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" - Elçin Alıoğlu yazır...
Bu gün, 11:09
Ermənistan ordusunda 8 yaralı - Biri polkovnik-leytenantdır
Bu gün, 11:05
Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ - GƏLİŞMƏ
Bu gün, 11:01
İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib – Gizli görüş
Bu gün, 10:58
Naxçıvanda vətəndaşlara YENİ TƏLƏ: `Cibimizi soyurlar...` - Fuad Nəcəfli ƏNCAM ETMƏLİDİR...
Bu gün, 10:55
Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə... - TƏFƏRRÜAT
Bu gün, 10:49
Holdinqin aqrar biznesinə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:45
London Azərbaycanın nəqliyyat dəhlizinə qoşulur - AKTUAL
Bu gün, 10:41
Tramp Moskva və Pekini bombalamaqla hədələyib - CNN
Bu gün, 10:39
Nazirliyin 5 milyonluq tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 10:37
“Ks Baku”da qanun HƏRLƏYƏN YOXDUR...
Bu gün, 10:20
"Ermənistan Elektrik Şəbəkələri"nin ofisində axtarışlar siyasi motivlidir - “Taşir” Şirkətlər Qrupu
Bu gün, 10:13
ETSN-nin NƏZƏRİNƏ: Lənkəranda camaatı boğurlar... - NARAZILIQ VAR...
Bu gün, 10:12
Paytaxtın mənzil bazarındakı qiymətlər payızdakı artıma hazırlaşır - Bir yandan sökürlər, bir yandan tikirlər...
Bu gün, 09:50
Göyçə gölü sahilində 900-dən çox mülk yoxlanılır... -Baş pokuror
Bu gün, 09:42
Fərid Əhmədov Mirsaleh Seyidovu HƏDƏFƏ ÇEVİRİBMİ? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:36
Fermerə 95 minlik dələduzluq edən “Hacı Telman”la bağlı QƏRAR
Bu gün, 09:20
Azərbaycanda krediti 5 faizlə də vermək olar: - İKİ YOL
Bu gün, 09:16
Ekspert Elnur Fərzəliyev Rieltor kursları açdı - DİQQƏT!
Bu gün, 09:11
Bakını anti-ABŞ blokuna qoşmaq riski - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:04
Moskvadan iki mühüm mesaj: Bakı üçün “yaşıl işıq” yandı, qərar dəyişdi - NƏ BAŞ VERİR?
Bu gün, 09:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru