Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                     Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                     Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? .....                     İranı kim idarə edir .....                     "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub .....                     Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb .....                     Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb .....                     "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" .....                     Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb .....                     Mayda ƏFV OLACAQ? .....                     Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? .....                     500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur .....                     "Onu kim ortaya salıb yaxşı bilirəm" .....                     Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? .....                     Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? .....                     Aİ liderlərinin sammitləri iflic olub .....                     Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? .....                     Necə edək ki, aldanmayaq? .....                     Ərzaq bahalaşacaq .....                     Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... .....                     Ermənistanda seçki öncəsi Rusiya izi güclənir .....                     Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb .....                     Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir .....                     Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm .....                     Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? .....                     Nazir aparat rəhbəri və müşavir təyin etdi .....                     “Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” .....                     Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib .....                     Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib .....                     Kənd təsərrüfatında maliyyə şumlaması .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Nazirdən yeni direktor təyinatı .....                     İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş .....                     Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı .....                     Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir .....                     “Nar” Kitab Gününü Salyanda qeyd etdi .....                     Kəmaləddin Kafarov millətə qənim kəsilib? .....                     Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib .....                 

Elnur Allahverdiyevin mandatı ləğv olunacaqmı? - FAKT ortadadır, amma...
Tarix: 2-02-2021, 09:23 | Çap et
Elnur Allahverdiyevin mandatı ləğv olunacaqmı?
Vətən müharibəsinin Bakının Yasamal rayonundan olan şəhidlərinin Qaradağdakı bir bataqlıqda dəfn olunması cəmiyyətdə qəzəb doğurub. Şəhidlərin çöllük-biyabanlıqda, qəbirlərin su damdığı yerdə torpağa tapşırılması həm ailələri tərəfindən etirazla qarşılanıb, həm xalq tərəfindən hörmətsizlik kimi qiymətləndirilib. Reportyor.info xəbər verir ki, ailələri onların nəşinin şəhərin II Fəxri Xiyabana köçürülməsini tələb etsə də, yekunda həmin qəbiristanlığın memorual kompleksə çevrilməsi qərarına gəlinib. Ağcabədinin deputatı Aqil Abbas belə şəhidlərə qarşı hörmətsizliyə səsini qaldırıb, amma Yasamalın deputatları şəhidlər haqda susdu.Rayonun hazırda 4 deputatı millət vəkili mandatı üzərində daşıyır. Amma onların bu hadisəyə görə tükü də tərpənmədi. Görəsən şəhidlərə qarşı bu laqeydlik haradandır? Bəlkə mandatı onlara verənlərdən qorxurlar? Əgər deputat şəhidə olan haqsızlığa belə göz yumursa, onun parlamentdəki fəaliyyəti nədən ibarətdir? Cumhuriyyet.az olaraq bildirək ki, Yasamalın deputatları – Erkin Qədirli, Elnur Allahverdiyev, Ülvi Quliyev və Səbinə Xasayevadır. Elnur Allahverdiyevin başı “Kontakte home” mağazalar şəbəkəsi ilə “qaz vurub, qazan doldurur”, Erkin Qədirli Avropa Şurasında moizə ilə çıxış edir, onun partiyasından Natiq Cəfərlini “udan” Səbinə Xasayevanı isə deputat kimi Yasamalda tanıyan belə yoxdur. Bələdiyyə üzvü olan xanımı “sehirli əllər” deputat təyin etdi və indiyə qədər səsini eşidən olmayıb. Üstəlik, 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən deputatdır. O, Qaradağda dəfn edilən Yasamal şəhidləri üçün daha çox fəal olmalıydı. E.Allahverdiyev dediyimiz kimi, biznesmen olaraq daha yaxşı tanınırlar.
Bildirək ki, Elnur Allahverdiyev haqqında Azərbaycan mediasında ilginc iddialar səslənib. Bu iddiaları cumhuriyyet.az olaraq “Kontakt Home və deputat Elnur Allahverdiyev haqda şok gizlinlər: fırıldaq, erməni izi, antiəliyevçilik…” başlıqlı yazmızda təqdim etmişdik. Amma yeni ortaya çıxan bir fakt E.Allahverdiyevi mandatdan məhrum edə bilər. Milli Məclisin deputatı, “Kontakt Home”nin sahibi Elnur Allahverdiyevin vaxtlə Sloveniyanın fəxri konsulu olduğu heç kimə sirr deyil. Hələ ötən il parlament seçkiləri ərəfəsində bu məsələ xarici ölkə qarşısında öhdəlik yaradan fakt kimi gündəmə gəlmişdi və MSK 27 yanvar 2020-ci il tarixində bununla bağlı rəsmi açıqlama verməyə məcbur olmuşdu. MSK o zaman XİN-in Dövlət Protokol İdarəsinin arayışı əsasında Elnur Allahverdiyevin Sloveniyanın fəxri konsul vəzifəsindəki fəaliyyətinin 29 dekabr 2019-cu ildə başa çatdığını bəyan etmişdi. Elnur Allahverdiyev də o zaman mətbuata açıqlama verərək məsələni bununla bitmiş saymışdı. Amma… Üstündən 1 il keçsə də ortada bunu təkzib edən fakt var və bu fakta XİN-in Dövlət Protokol İdarəsi cavab verməli, Mərkəzi Seçki Komissiyası Elnur Allahverdiyevin mandatının taleyi ilə bağlı aydınlıq gətirməlidir. Aşağıda Sloveniyanın rəsmi qəzetindən (Uradni list Republike Slovenije) Elnur Allahverdiyevin bu ölkənin fəxri konsulu vəzifəsindən azad edilməsi ilə bağlı arayışın saxta olduğunu, əslində namizədin parlament seçkilərində xarici ölkə qarşısında öhdəlik daşıyaraq qatıldığını sübut edir. Rəsmi qəzetin 12 iyul 2020-ci il tarixli buraxılışında Sloveniyanın baş naziri Yanez Yanşanın Elnur Allahverdiyev fəxri konsul vəzifəsindən azad olunması ilə bağlı qərarı dərc olunub. Qərarın altındakı tarix 4 iyun 2020-ci il kimi qeyd olunub. (https://www.uradni-list.si/glasilo-uradni-list-rs/vsebina/2020-01-1406/sklep-o-razresitvi-castnega-konzula-republike-slovenije-v-bakuju-v-republiki-azerbajdzan?h=zakon%20o%20dedovanju). Yəni belə çıxır ki, Elnur Allahverdiyevin seçkidən əvvəl fəxri konsulu vəzifəsinə xitam verilməsi ilə bağlı MSK-nın XİN-in Dövlət Protokol İdarəsinə istinad etdiyi arayış saxta olub, namizədin özünün hər hansı xarici ölkə qarşısında öhdəliyinin olmadığı barədə verdiyi məlumat həqiqəti əks etdirməyib. Elnur Allahverdiyevin parlament seçkisindən düz 4 ay sonra, yəni mandatı bir neçə ay cibində daşıdıqları sonra Sloveniya dövləti qarşısında öhdəliyinə son verilib. İndi isə Elnur Allahverdiyev deyir ki, MSK-ya təqdim olunmuş arayış XİN-in Dövlət Protokol İdarəsi tərəfindən yox, Sloveniya Respublikasının Azərbaycan Respublikasında yerləşən Konsulluğu və Türkiyədəki səfirliyi tərəfindən verilib və orada onun Fəxri Konsul vəsiqəsinin etibarlılıq müddətinin 29 dekabr 2019-cu il tarixdə bitdiyi, bu ölkə qarşısında heç bir öhdəliyinin olmadığı qeyd olunub. Deputat Elnur Allahverdiyevin özünün göndərdiyi cavabı təqdim edirəm: “Cavab olaraq bildirmək istəyirəm ki, Sloveniya Respublikasının Azərbaycan Respublikasında yerləşən Konsulluğunun məktubuna əsasən, Fəxri Konsul Vəsiqəmin etibarlılıq müddətinin 29.12.2019-cu il tarixdə bitdiyi qeyd olunmuşdur. 29 dekabr 2019-cu il tarixindən konsulluq fəaliyyətim dayandırılmışdır. Eyni zamanda, Türkiyə Respublikasında yerləşən Sloveniya Respublikasının Səfirliyi tərəfindən də Fəxri Konsul kimi Sloveniya Respublikası qarşısında hər hansı öhdəliyimin olmadığı göstərilmişdir”. Əsas sualın cavabı isə açıq qalır, Sloveniyanın baş naziri 2019-cu ilin dekabrında fəaliyyətinə xitam verilmiş fəxri konsulu vəzifəsindən necə azad edib? Yəqin ki, MSK və onun məsuliyyəti üzərinə yönəltdiyi XİN-in Dövlət Protokol İdarəsi aydınlıq gətirər, Sloveniya dövləti adından kim çıxış edib?
//Cumhuriyyet.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Bu gün, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Bu gün, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Bu gün, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Bu gün, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Bu gün, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Bu gün, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Bu gün, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Bu gün, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Bu gün, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Bu gün, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Bu gün, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Bu gün, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Bu gün, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Bu gün, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Bu gün, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Bu gün, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Bu gün, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Bu gün, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Bu gün, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Bu gün, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Bu gün, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Bu gün, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14
Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01
Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59
İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57
Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı – Vahid Ələkbərov 3-cüdür
Bu gün, 12:53
Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:47
“Nar” Kitab Gününü Salyanda qeyd etdi
Bu gün, 12:46
Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32
Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30
Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12
“Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09
"Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04
"Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00
Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53
“Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49
Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46
MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru