Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? .....                     Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? .....                     Aİ liderlərinin sammitləri iflic olub .....                     Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? .....                     Necə edək ki, aldanmayaq? .....                     Ərzaq bahalaşacaq .....                     Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... .....                     Ermənistanda seçki öncəsi Rusiya izi güclənir .....                     Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb .....                     Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir .....                     Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm .....                     Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? .....                     Nazir aparat rəhbəri və müşavir təyin etdi .....                     “Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” .....                     Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib .....                     Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib .....                     Kənd təsərrüfatında maliyyə şumlaması .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Nazirdən yeni direktor təyinatı .....                     İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş .....                     Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı .....                     Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir .....                     “Nar” Kitab Gününü Salyanda qeyd etdi .....                     Kəmaləddin Kafarov millətə qənim kəsilib? .....                     Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib .....                     Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" .....                     Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     “Paşinyan Bakının əlaltısıdır” .....                     "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." .....                     "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" .....                     Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək .....                     “Premium Bank”ın dövlətə vergi borcu var .....                     Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu .....                     MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? .....                     Nazirliyin tenderini yenə həmin şirkət uddu .....                     Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI .....                     “Söz vermişdim qızımı xaricdə oxudacam” .....                     İrəvanın bir ayağı yenə “gor”da .....                     Kür çayı bu rayonda bəndi uçurdu .....                 

Qanun nələri tələb edir, QİÇS-lə Mübarizə Mərkəzi necə “xırdalayır”? - FAKTLAR
Tarix: 17-02-2021, 09:15 | Çap et
Qanun nələri tələb edir, QİÇS-lə Mübarizə Mərkəzi necə “xırdalayır”?
Bir neçə gündür dövrü mətbuatda Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən keçirilmiş tenderlərlə bağlı məlumatlar yayılmaqdadır. Məlumatlarda mərkəzin müqavilə bağladığı şirkətlərin satınalmalar haqqında qanunverciliyin tələblərin cavab verməsə də, tenderlərin qalibi elan olunduğu bildirilir.

Aktualinfo.org tenderlərin keçirilməsində yol verilmiş qanun pozuntularına aydınlıq gətirilməsi barədə hələ fevralın 10-da Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Tender Komissiyasına müraciət etmişdir.Mərkəzdən redaksiyaya verilmiş cavaba keçməzdən öncə keçirilmiş tenderlərin bəzilərini diqqətinizə çatdırmaq istərdik.

Birdəfəlik kontraseptivlərin satın alınması üzrə 08.02.2021-ci il tarixdə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 199500 manat dəyərində satınalma müqaviləsi “KİP SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KİP SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.08.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, QAFQAZ, ev 1A, qanuni təmsilçisi kimi isə Məmmədova Könül Malik qızı qeyd olunub.

Reyestr məlumatlarından da göründüyü kimi, QİÇS-lə Mübarizə Mərkəzi beş ay əvvəl yaradılmış MMC ilə satınalma müqaviləsi bağlayıb. Dövlət Vergi Xidmətinin məlumatlarında 24 dekabr 2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış, 10 manat nizamnamə kapitalı olan “Resta-LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti də Məmmədova Könül Malik qızının adına yaradıldığı bildirilir.

Əyani vəsaitlərin satın alınması üzrə 02.12.2020-ci il tarixdə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 30 000 manat dəyərində satınalma müqaviləsi “AZİMUT CO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZİMUT CO” Məhdud Məsuliyyətli Cəmiyyətinin 05.02.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, MƏHƏMMƏD HADİ, ev 23/37, m. 2, qanuni təmsilçisi kimi isə Quliyev Rasim İbrahim oğlu qeyd olunub.

Qeyd edək ki,QİÇS-lə Mübarizə Mərkəzi 04.02.2019-cu il tarixdə mətbəə malları üzrə 194 100 manat dəyərində satınalma müqaviləsini də Quliyev Rasim İbrahim oğlunun qanuni təmsilşisi olduğu “TALİON-33” MMC ilə bağlayıb. MMC 07.09.2018-ci il tarixdə dövlət qeydiyyayına alınıb. hüquqi ünvanı kimi SURAXANI RAYONU, ƏMİRCAN ŞTQ, NEFTÇİ (ƏMİRCAN QƏS.), ev 3, DALAN 2 göstərilib.

Birdəfəlik kontraseptivlərin satın alınması üzrə 01.07.2020-ci il tarixdə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 60 940 manat dəyərində satınalma müqaviləsi “ALKON-111” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ALKON-111” Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.09.2018-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ŞƏRİFZADƏ, ev 80, m. 6, qanuni təmsilçisi kimi isə Sosnovtseva Yelena Marlenovna qeyd olunub.

Qeyd edək ki, QİÇS-lə Mübarizə Mərkəzi “ALKON-111” MMC ilə 04.02.2019-cu il tarixdə idarənin xərcləri üzrə 78 000 manat, sair xərclər üzrə isə 110 000 manat dəyərində satınalma müqaviləsi bağlamışdır.

Dövlət Vergi Xidmətinin məlumatlarında 10 yanvar 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış, 5 manat nizamnamə kapitalı olan “AA MONOLİT TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti də Sosnovtseva Yelena Marlenovnanın adına yaradıldığı bildirilir.Yalnız hüquqi ünvan kimi SURAXANI RAYONU, NEFTÇİ (ƏMİRCAN
QƏS.) ev 3, DALAN 2. göstərilib. Maraqlı burasıdır ki, Quliyev Rasim İbrahim oğlunun qanuni təmsilşisi olduğu “TALİON-33” MMC-nin hüquqi ünvanı ilə Sosnovtseva Yelena Marlenovnanın qanuni təmsilçisi olduğu “AA MONOLİT TİKİNTİ” MMC-nin hüquqi ünvanları üst üstə düşür,yəni hər iki MMC-nin SURAXANI RAYONU, NEFTÇİ (ƏMİRCAN QƏS.) ev 3, DALAN 2. ünvanda yerləşdiyi göstərilir. Bu isə göstərilən MMC-lərin qanuni təmsilçilərinin bir-birinə yaxın şəxs olduğunu göstərir.

Birdəfəlik kontraseptivlərin alınması üzrə 18.03.2020-ci il tarixdə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 199 500 manat dəyərində satınalma müqaviləsi “ASAVEM” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Tədbirlə əlaqədar mal materialların alınması üzrə 18.03.2020-ci il tarixdə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 199 560 manat dəyərində satınalma müqaviləsi “LOFGBO”Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LOFGBO” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.02.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, 10-CU XREBTOVİ, ev 67, qanuni təmsilçisi kimi isə İmranov Fərid Bakir oğlu qeyd olunub. Reyestr məlumatlarından da göründüyü kimi, QİÇS-lə Mübarizə Mərkəzi fevral ayında yaradılmış MMC ilə mart ayında satınalma müqaviləsi bağlayıb.

Malların özünəməxsus çapı və hazırlanması işlərinin satın alınması üzrə 18.03.2020-ci il tarixdə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 170 200 manat dəyərində satınalma müqaviləsi “TEPİRASİNO HOLDİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TEPİRASİNO HOLDİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin 17.02.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SABUNÇU RAYONU, SABUNÇU ŞTQ, YEFİM SARATOVETS (SABUNÇU), ev 15,qanuni təmsilçisi kimi isə Nuriyev Samir Qəyyum oğlu qeyd olunub. Reyestr məlumatlarından da göründüyü kimi, QİÇS-lə Mübarizə Mərkəzi fevral ayında yaradılmış MMC ilə mart ayında satınalma müqaviləsi bağlayıb.

Nəşr materiallarının alınması üzrə 18.03.2020-ci il tarixdə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 129 799.5 manat dəyərində satınalma müqaviləsi “JUST LİFE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Dəftərxana və təsərrufat mallarının satın alınması üzrə 17.03.2020-ci il tarixdə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 100 000 manat dəyərində satınalma müqaviləsi “SƏBA 77” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “JUST LİFE” və “SƏBA 77” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin 13.02.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-lərin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, 11-Cİ XREBTOVİY, ev 67, qanuni təmsilçisi kimi isə Bağırov Yusif Dadaş oğlu qeyd olunub. Reyestr məlumatlarından da göründüyü kimi, QİÇS-lə Mübarizə Mərkəzi fevral ayında yaradılmış MMC ilə mart ayında satınalma müqaviləsi bağlayıb.Həm də bir gün fərq olmaqla 229 799.5 manat dəyərində.

QİÇS-lə Mübarizə Mərkəzinin diqqət çəkən tenderlərindən biri də sair xərclər üzrə 190 000 manat dəyərində satınalma müqaviləsinin 04.02.2019-cu il tarixdə “RETAL GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmasıdır.

Qeyd edək ki,kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RETAL GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.01.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ŞƏRİFZADƏ, ev 154, m. 25, qanuni təmsilçisi kimi isə Kərimova Xavər Telman qızı qeyd olunub.Reyestr məlumatlarından da göründüyü kimi, QİÇS-lə Mübarizə Mərkəzi yanvar ayında yaradılmış, fevral ayında isə cəmi 5 manat nizamnamə kapitalı olan MMC ilə 190 000 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Dövlət Vergi Xidmətinin məlumatlarında 4 Oktyabr 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış, 5 manat nizamnamə kapitalı olan, hüquqi ünvanı YASAMAL RAYONU,ŞƏRİFZADƏ ev 80 m.6 göstərilən “RADİANT-MNQ” Məhdud Məsuliyyətli Cəmiyyəti də Kərimova Xavər Telman qızının adına yaradıldığı bildirilir. Bu isə o deməkdir ki,hüquqi ünvanı kimi BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ŞƏRİFZADƏ, ev 80, m. 6 göstərilən “ALKON-111” MMC -nin qanuni təmsilçisi Sosnovtseva Yelena Marlenovna ilə “RETAL GROUP” MMC-nin təmsilçisi Kərimova Xavər Telman qızı da bir-birilərini tanıyır.Bu isə o deməkdir ki,”ALKON-111″ MMC,”AZİMUT CO”MMC və “RETAL GROUP” MMC QİÇS-lə Mübarizə Mərkəzində bir nəfər tərəfindən idarə olunur və 2019-2020-ci illərdə 5 manat nizamnamə kapitalı olan bu tanış MMC-lərlə 663 040 manat dəyərində satınalma müqavilələri bağlanılıb.

Qeyd edək ki, tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına da şərait yaradır.Odur ki,bu kimi hallara qanun yol vermir. Lakin yuxarıda qeyd etdiyimiz kimi QİÇS-lə Mübarizə Mərkəzi bir nəfərə məxsus 2 MMC ilə ayrı -ayrı işlərin satınalması üzrə bir neçə müqavilə,bir ünvanda qeydiyyata alınmış ayrı-ayrı MMC-lərlə isə bir neçə satınalma müqaviləsi bağlanılmışdır ki,bu da tenderlərin formal olaraq keçirildiyi və bir nəfər tərəfindən idarə olunduğunu deməyə əsas verir. Göründüyü kimi bununla da qısa bir zamanda dövlət qeydiyyatına alınmış MMC-lərin ixtisas göstəricilərinin müəyyən edilməsi və analoji işlərdə təcrübəsinin olub,olmaması,maddi texniki bazasının, maliyyə, bank təminatlarının alınması kimi qanunun tələblərinə riayət edilməmişdir.

“Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi iki ay əvvəl yaradılmış bu MMC-lərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.

Qeyd edək ki,bu MMC-lər barəsində açıq mənbələrdə adlarından başqa hər hansı bir məlumat yoxdur. Bu MMC-lərin heç birinin analoji işlərdə təcrübəsinin olmaması, yalnız QİÇS-lə Mübarizə Mərkəznin sifarişlərinin qalibi olmaları onu göstərir ki. tenderlərin keçirilməsi mərkəzdə bir nəfər tərəfindən idarə olunur və yaxın şəxslərlə müqavilə bağlanıb. Bir neçə ay ərzindəyaradılmış və barələrində heç bir məlumat olmayan,cəmi 5 manat nizamnamə kapitalı olan MMC-lərlə ümumi dəyəri bir neçə milyon manat satınalma müqavilələrinin formal olaraq bağlanılması, dövlət vəsaitlərinin minimum dərəcədə təyinatından kənarlaşdırılmasından başqa bir şey deyildir.

Bütün bu göstərdiklərimizə isə QİÇS-lə Mübarizə Mərkəzi bir neçə cümlə ilə cavab verib,münasibət bildirib. Sözügedən cavabda deyilir:

Sizin ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, tender komissiyası tender.gov.az saytında elan verilmiş tenderlə bağlı tenderin dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçirilməsinə nəzarət edir. Satınalmaların nəticələri bu Qanunun 25.1 -1-ci maddəsində nəzərdə tutulan müddət başa çatdıqdan sonra qiymət təklifinin ardıcıllığına uyğun olaraq, dövlət satınalmalarının vahid internet portalı vasitəsilə avtomatik müəyyən olunur və satınalmalar haqda Qanuna uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə göndərilir və oradan alınan cavab məktubundan sonra müqavilə bağlanaraq rəsmi olaraq tender.gov.az saytında məlumatlar yerləşdirilir. Daha ətraflı məlumat üçün ora müraciət edə bilərsiniz.

Burada Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmədovanın diqqətinə çatdırmaq istərdik ki, Tender Komissiyyası əgər tenderin dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçirilməsinə nəzarət edirsə, onda “Dövlət Satınalmaları Haqqında”Qanunun 35.1-ci maddəsində (tender prosedurası tender komissiyası tərəfindən müəyyən olunmuş yerdə və vaxtda tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş prosedurlara müvafiq olaraq aparılır və tender təklifləri daxil olduqları ardıcıllıqla açılır ) göstərilən müddəalar nə üçündür?

Digər tərəfdən bildirmək istərdik ki,tender prosedurlarında “Dövlət Satınalmaları Haqqında”Qanunun 6-cı maddəsi satınalma prosedurlarının istənilən mərhələsində malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin tender komissiyası tərəfindən müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün tətbiq olunur. Diqqətlə oxuyun,məhz tender komissiyası tərəfindən, başqa qurum tərəfindən yox. Maraqlıdır görəsən QİÇS-lə Mübarizə Mərkəzi satınalma müqaviləsi bagladığı,bir ay öncə dövlət qeydiyyatına alınmış MMC-lərin ixtisas göstəricilərini necə müəyyən edib? Əgər bunu QİÇS-lə Mübarizə Mərkəzinin iddia etdiyi kimi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həyata keçirirsə,onda hansı əsaslarla?

QİÇS-lə Mübarizə Mərkəz “Dövlət Satınalmaları Haqqında”Qanunun 25.1 -1-ci maddəsini bizə xatırlatlatmaq qeyd edir ki, Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi barədə elan tender təkliflərinin qiymətləndiriləcəyi gündən azı 20 bank günü əvvəl dövlət satınalmalarının vahid internet portalı vasitəsilə dərc olunur.

Bunlar aydın məsələdir ki,tender keçirilməmişdən 20 bank günü əvvəl elan olunur. Amma 30 -40 bank günü əvvəl yaradılmış malgötürənlərin,(podratçıların) tenderdə iştirakına icazə verilirmi? Mərkəzin Tender Komissiyasına “Dövlət Satınalmaları Haqqında”Qanunun aşağıdaki maddələrini də diqqətlə oxumalarını tövsiyyə edərdik.

22.1-1. Satınalan təşkilat satınalmaların aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkilini təmin edir.

27.1. Satınalan təşkilat satınalma prosedurlarının başlanılmasından əvvəl satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini hesablayır və təsdiq edir. Bir mənbədən satınalma üsulunun tətbiq edildiyi hallar istisna olmaqla, satınalan təşkilat tərəfindən satınalmaların ehtimal olunan qiyməti təsdiq olunmadan satınalma prosedurlarına başlanıla bilməz. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin hesablanması üsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

50-3.2.5. təqdim olunan sənədli sübutlar da daxil olmaqla, malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin qiymətləndirilməsi üçün tətbiq olunan meyarlar və prosedurlar;

50-3.2.12. malgöndərənlərin (podratçıların) elektron satınalmada qeydiyyatının son müddətinə və qeydiyyatına dair tələblər;

Amma, QİÇS-lə Mübarizə Mərkəznin cavab məktubundan belə çıxır ki, tenderdən bir ay əvvəl yaradılmış MMC-lərlə müqavilə bağlamağı onlara İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tövsiyyə edir və göstərilən qiymətləri də avtomatik təyin edir. Həm də eyni ünvanda,eyni şəxsin adına yaradılmış ayrı-ayrı MMC-lərlə.
Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Bu gün, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Bu gün, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Bu gün, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Bu gün, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Bu gün, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Bu gün, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Bu gün, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Bu gün, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14
Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01
Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59
İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57
Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı – Vahid Ələkbərov 3-cüdür
Bu gün, 12:53
Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:47
“Nar” Kitab Gününü Salyanda qeyd etdi
Bu gün, 12:46
Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32
Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30
Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12
“Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09
"Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04
"Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00
Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53
“Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49
Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46
MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45
Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36
İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33
Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27
"Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru