“Qurumlar icra hakimiyyətinə yönləndirir, başçısa bizi qəbul etmir” - Ağdamda NARAZILIQ
Tarix: 26-02-2021, 09:45 | Çap et
 “Qrad evi tamamilə yararsız vəziyyətə salıb, ailədə 5 nəfərik, 5 aydır ki, qapılarda qalmışıq. İki qohumdan hər birinin evində bir müddət qaldıqdan sonra kirayə evə köçmüşük, kirayəhaqqını ödəyə bilmirik. Nə evdə əməlli-başlı bərpa işləri aparırlar, nə də dəymiş zərərə görə dövlətin ayırdığı pulu ödəyirlər”.
İkinci Qarabağ Müharibəsi başlanan ilk günlərdən kəndləri Ermənistan Ordusu tərəfindən qrad atəşinə tutulub. Nəticədə yaşayış evləri və təsərrüfatlar dağıdılıb. O evlərdən biri də Ağdam rayonu, Qaradağlı kənd sakini Ramil İbadova məxsusdur.
DİA.AZ-ın məlumatına görə, Ramil İbadov danışır ki, 5 aydır evi dağılıb və o, hazırda ailəsiylə kirayədə, olduqca çətin şəraitdə yaşamaq məcburiyyətindədir. Onun sözlərinə görə, indiyədək dövlətdən aldığı yeganə dəstək 1000 manat məbləğində yardım olub. O isə hesab edir ki, bu yardım evi tamamilə yararsız hala düşmüş, əşyaları dağılmış ailə üçün uyğun deyil:
“Sentyabrın 28-də səhər saatlarında evimizə mərmi düşdü. Evin bir hissəsi, dam örtüyü, döşəmələr dağıldı, divarlar aralandı... Yaşamaq mümkün olmadığına görə əvvəl bir, sonra digər qohumun evinə sığındıq, daha sonra kirayə ev axtarmalı olduq və hazırda kirayədə yaşayırıq. Evimiz dağılandan sonra bir neçə dəfə komissiya gəldi, evə baxış keçirtdi. Birinci baxışda təmir-bərpa üçün materialların siyahısını tutmuşdular. Təsəvvür edin ki, 140 kvadratmetr sahəsi olan ev üçün cəmi 10 kiloqram "şpakilovka" yazmışdılar siyahıya... Mən razılaşmadım. Növbəti dəfə yenə gəldilər, siyahıda bir az materialı çoxaltdılar, söz verdilər ki, döşəməni, dam örtüyünü tam dəyişəcəklər. Ancaq yenə sözlərinin üstündə dayanmadılar. Tutduqları siyahı 140 kvadratmetr sahəsi olan bir evin təmir-bərpasının heç yarısını da əhatə etmirdi, siyahıdakı materiallar ən aşağı qiymətlə hesablanmışdı, üstəlik, çox keyfiyyətsiz materiallar idi. Məsələn, dam örtüyünə çox az material ayrılmışdı, bildirirdilər ki, dam örtüyünü təmir edərkən dağıntı zamanı yararsız vəziyyətə düşmüş hissələrdən də istifadə edəcəklər. Bu isə o demək idi ki, bir azdan o dam örtüyü yenidən başımıza uçacaqdı. Təqdim etdikləri təmir materialları siyahısından imtina etdik. Əgər o siyahıyla razılaşsaydım, o siyahı üzrə materiallar tükənəndən sonra yerdə qalan xeyli təmir-bərpa işlərinin materiallarını almaq öz üzərimə düşəcəkdi. Yanvar ayında mənə kart verildi, karta cəmi 1000 manat köçürülmüşdü”.
Ramil İbadov Prezidentin 14 dekabr 2020-ci il tarixli sərəncamının icra olunmasını tələb edir: “Həmin sərəncamla müharibə zamanı dağıdılmış və qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6 min manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat, digər ziyan dəymiş hər bir yaşayış evləri üzrə 1000 manat məbləğində maddi yardımın ödənilməsi nəzərdə tutulub. Bizə nə 6 min manat, nə də hər ailə üzvünə görə 1500 manatlar ödənilib. Hesab edin ki, pəncərəsinin şüşəsi qırılana da 1000 manat verilib, üstünə qrad düşmüş evimizə görə bizə də...” Ramil İbadov deyir, 2019-cu ildə yıxılaraq ayaqlarından travma alıb və o vaxtdan əmək fəaliyyətiylə məşğul ola bilmir. Hazırda 5 nəfərlik ailə anasının 250 manatlıq pensiyası ilə dolanır, evin kirayəsini ödəməkdə çətinlik çəkir. İstədiyi odur ki, ölkə başçısının sərəncamıyla nəzərdə tutulmuş pul yardımları ona və ailə üzvlərinə ödənilsin və dövlət evin tam təmir-bərpasını həyata keçirərək ailəni kirayədən xilas etsin:
“Evin dam örtüyü, döşəmələr tamamilə dağılıb, divarlar aralanıb... Dam örtüyünü saxlayan millər qırılıb. Tamamilə sökülüb daş hörgünün üstündən karkas beton tökülməli, yenidən dam örtüyü vurulmalıdır. Bunu özləri də baxış keçirəndə deyiblər”.
Ramil İbadov müxtəlif qurumlara müraciət edib. Həmin qurumlarsa vətəndaşı yerli icra hakimiyyətinə yönləndirir: “Məsələn, Nazirlər Kabinetinə yazıram, yönləndirir Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə, ordan da məktub gəlir ki, bəli, Prezidentin belə sərəncamı var, nəzərdə tutulmuş yardımların ev sahiblərinə bank vasitəsiylə ödənilməsinin təmin olunması yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Ağdam Rayon İcra Hakimiyyətinə gedirik, başçı qəbul etmir. Qarşımıza Ağdamın baş memarı çıxır. O da mənə üzərinə bir neçə təmir materialı yazılmış balaca kağıza verdi, dedi, razılaşsan da, razılaşmasan da, ayrılan material budur, vəssalam”.





|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Bu gün, 14:58 |
|
|
|
| • Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Bu gün, 14:52 |
|
|
|
| • Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Bu gün, 14:32 |
|
|
|
| • Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Bu gün, 14:30 |
|
|
|
| • Necə edək ki, aldanmayaq? - AKTUAL
Bu gün, 14:27 |
|
|
|
| • Ərzaq bahalaşacaq - AÇIQLAMA
Bu gün, 14:25 |
|
|
|
| • Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Bu gün, 14:20 |
|
|
|
| • Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Bu gün, 14:15 |
|
|
|
| • Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00 |
|
|
|
| • Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59 |
|
|
|
| • Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52 |
|
|
|
| • Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49 |
|
|
|
| • Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44 |
|
|
|
| • “Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41 |
|
|
|
| • Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29 |
|
|
|
| • Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14 |
|
|
|
| • Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
| • Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59 |
|
|
|
| • İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57 |
|
|
|
| • Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı – Vahid Ələkbərov 3-cüdür
Bu gün, 12:53 |
|
|
|
| • Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:47 |
|
|
|
| • “Nar” Kitab Gününü Salyanda qeyd etdi
Bu gün, 12:46 |
|
|
|
| • Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38 |
|
|
|
| • Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32 |
|
|
|
| • Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30 |
|
|
|
| • Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28 |
|
|
|
| • Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12 |
|
|
|
| • “Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09 |
|
|
|
| • "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04 |
|
|
|
| • "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00 |
|
|
|
| • Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53 |
|
|
|
| • “Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49 |
|
|
|
| • Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46 |
|
|
|
| • MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45 |
|
|
|
| • Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43 |
|
|
|
| • Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
| • “Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36 |
|
|
|
| • İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33 |
|
|
|
| • Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27 |
|
|
|
| • "Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09 |
|
|
|
| • Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06 |
|
|
|
| • İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00 |
|
|
|
| • Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55 |
|
|
|
| • Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53 |
|
|
|
| • Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46 |
|
|
|
| • Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44 |
|
|
|
| • Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40 |
|
|
|
| • "Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36 |
|
|
|
| • Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28 |
|
|
|
|