Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? .....                     "Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" .....                     Jurnalist Ağaddin Babayev vəfat edib .....                     EKSPERTLİK MƏRƏZİ... .....                     Rövşən Nəcəf təcili müdaxilə etməzsə... .....                     Oğluna güvənən direktorun yeni macəraları .....                     Zəngəzur dəhlizi: fürsət pəncərəsi, yoxsa təhlükəli səhv? .....                     Azərbaycana yay fəsli daxil olub .....                     İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı? .....                     Ağsuda səhiyyə sistemi İFLİC DURUMDA .....                     "Diplom almaq çətinləşdirilməlidir" .....                     Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? .....                     Olmayan nəticəyə yatırılan milyonlar .....                     Neftçala təhsili kimə həvalə olunub? .....                     Bu müharibə Azərbaycanın turizminə NECƏ TƏSİR EDƏCƏK? .....                     Paşinyanın Türkiyə səfəri: Sülhə doğru addım, yoxsa siyasi alver? .....                     “Sağlığında özü mənə vəsiyyət etmişdi” .....                     Amerikadakı erməni diasporu Paşinyanı “diktator” adlandırdı .....                     İran Azərbaycanda İsrail bazası “tapıb”: Tehranın Araz sahillərində “sionist” axtarışı .....                     İsraildən şok XƏBƏRDARLIQ .....                     Ağ Ev lideri İrana diplomatiya üçün maksimum iki həftə vaxt verib .....                     İnternetsiz İran: “Starlink” də kömək etməyəcək .....                     DTX-nın Qaxda keçirdiyi əməliyyatla bağlı daha bir AÇIQLAMA .....                     "Şaurma və kolaya 20 lari verirsən... .....                     Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: “Elçi də göndərmək istədi, razı olmadıq” .....                     İranda qaçaqmalçılıq və “Mossad” bazaları: .....                     Paşinyan Türkiyəyə səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə ümid edir .....                     “Daşnaksütyun”un regional ofislərində həbslər başlayıb, .....                     Təhsildə etimad böhranı: .....                     “Bəzi müğənnilər özlərini göstərmək üçün xaricə gedir!” .....                     Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru barədə qərar verilib .....                     “Vaxtın 1 ay qısaldılmasının izahatını da vermirlər” .....                     Azərbaycanda məşhur provayder ləğv olundu .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verib .....                     "Abituriyent atestatla tanınmayan bir universitetdə təhsil alır, ölkəyə qayıdanda diplomunu tanıda bilmir" .....                     Şirkətin borcu 13 milyon manatı ötdü .....                     Əməliyyat olunan Əli Mirəliyevin səhhəti NECƏDİR? .....                     "Öləndən sonra başdaşıma "Xalq artisti" yazılması lazım deyil" .....                     “Bakı Süd Co” MMC cərimələndi .....                     Azərbaycanda həbs edilən icra başçıları .....                 

“Azur” qanunlara deyil, zora bel bağlayır - Məmur oğlu məhkəmənin qərarını niyə saymır?
Tarix: 9-01-2023, 08:51 | Çap et
“Azur” qanunlara deyil, zora bel bağlayır
Bu ilin yayında dərc olunan “Sahibkarı belə müflis etdilər – Milyon yarımlıq QALMAQAL” (BURADAN OXU) məqaləsində sahibkar Anar Qəribovla “Azur” ticarət mərkəzinin rəhbərliyi arasında baş verən münaqişədən bəhs etmişdik. Polisə, prokurorluğa, məhkəməyə edilən şikayətlər problemin həllinə kömək etməyib. Hesab olunurdu ki, mediaya müraciət hər iki tərəfə sərf edən həll yolunu tapmağa kömək edəcək. Lakin…

– Məhkəmə prosesi hələ də davam edir, – Anar Qəribov deyir. – Amma bu dəfə sizə hakimlərin işə yanaşması ilə deyil, Xətai rayon probasiya şöbəsinin Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərara münasibəti ilə bağlı müraciət edirəm.

Sahibkar son hekayəsini davam etdirməzdən öncə oxucuya qısaca olaraq xatırladaq ki, Anar Qəribov dörd il əvvəl ticarət mərkəzində 1285 kvadratmetr sahəni icarəyə götürüb, yarım milyon manata yaxın sərmayə qoyaraq onu təmir etdirib, avadanlıq və geyim əşyalarının alışına isə bundan da artıq pul xərcləyib. Amma onun “Famous Brands” mağazası açılan kimi mərkəzin sahibləri icarə haqqını dəfələrlə artırıblar. Bu da tərəflər arasında bağlanmış on illik müqavilənin şərtlərinə ziddir.

Tərəflər arasındakı münaqişə müxtəlif instansiya məhkəmələrində həll olunduğu bir vaxtda bina sahibləri mühafizəçilərə mağazanın sahibini və işçilərini ticarət mərkəzinə buraxmamağı tapşırıblar, yenicə təmir olunan mağazanı alt-üst ediblər, bütün geyim və avadanlıqları isə toplayaraq rütubətli zirzəmiyə atıblar və nəticədə onlar yararsız vəziyyətə düşüb. Sahibkarın ziyanının böyük hissəsini bank kreditləri təşkil etdiyi nəzərə alınsa, bir milyon yarım manata yaxın məbləğ onu ağır yük altında salıb.

– Məsələ ondadır ki, Bakı Apellyasiya Məhkəməsi 2021-ci ilin martında ticarət mərkəzinin səhmdarlarına yekun qərar qəbul olunana qədər “Famous Brands” mağazasının ərazisində hər hansı təmir işlərinin aparılmasını qadağan edib, – Qəribov hekayəsinə davam edir. – Cəmiyyətdəki mövqeyindən asılı olmayaraq məhkəmənin hökmü hamı üçün məcburidir. Bu, birbaşa vəzifəsi məhkəmə hökmlərinin icrasını təmin etmək olan probasiya xidməti üçün ikiqat məcburidir.

“Azur” qanunlara deyil, zora bel bağlayır

Amma hər şey başqa cür baş verdi. Məlum oldu ki, mərkəzin sahibləri üçün məhkəmə qərarının dəyəri icarədarın şikayəti qədər əhəmiyyətsizdir. Məhkəmə icraçıları isə onların dediyi ilə oturub-dururdular. Sanki dövlət öz vətəndaşlarının hesabına onları məhkəmə qərarlarının deyil, kiminsə ərköyün övladlarının şıltaqlığının icrası üçün saxlayır.

Məhkəmə icraçıları dəfələrlə ticarət mərkəzinə baş çəkiblər, mağazanın ərazisində çəkiliş aparıblar, müvafiq akt tərtib ediblər və hətta mərkəzin səhmdarlarına məhkəmə qərarının pozulmasına görə daşıdıqları məsuliyyət barədə xəbərdarlıq ediblər. Amma xəbərdarlığın əksinə olaraq, səhmdarlar Fuad Rzayev və Babək Babayev nəinki mağazanın bütün pəncərə və qapılarını söküblər, hətta divarları da uçurublar. Bununla bağlı şikayətlər cavabsız qalıb. Məhkəmə icraçıları qaydanı pozanları hətta yaşadıqları ünvanda və iş yerlərində də tapa bilməyiblər. Baxmayaraq ki, Bakıda istənilən orta məktəb şagirdi belə bir problemi asanlıqla həll edə bilər. Babayev şəhərin demək olar ki yarısında göydələnlər tikən məşhur “Yeni Həyat” şirkətinin sahibidir, “Azərenerji” ASC-nin rəhbəri Balababa Rzayevin oğlu Fuad Rzayev haqqında isə danışmağa da dəyməz. Məhkəmə icraçıları onları “axtarışa verməklə” işlərini bitmiş hesab ediblər. Halbuki, heç kim bu dərəcədə tanınmış simaları axtarmağa hazırlaşmırdı. Tezliklə axtarış tamamilə dayandırıldı.

Qəribov səhmdarların qanunun əlifbasına əsasən hələ də ona məxsus olan keçmiş mağazasında konkret olaraq harada və nəyi sındırdıqlarını, köçürdüklərini, dəyişdiklərini dəfələrlə məhkəmə icraçılarına göstərib. O, xatırladıb ki, məhkəmənin qərarına bu cür saymazyana münasibətə görə mərkəzin sahibləri cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Lakin məhkəmə icraçıları gəliblər, gediblər, icarəyə verilən ərazinin yenidən qurulması isə davam edib. Bu gün orada yeni obyekt istifadəyə verilmək üçün hazırdır. Baxmayaraq ki, əvvəlki icarədarla bağlı problem hələ də həll olunmayıb.

Sahibkar qəzəblidir: necə olur ki, məhkəmə icraçıları məhkəmə qərarını icra edə bilmirlər? Düzdür, heç kim ona bundan açıq şəkildə imtina etdiyini demir. Lakin məmurların hərəkətləri, daha doğrusu, hərəkətsizliyi təkcə sahibkarın hüquqlarının deyil, həm də məhkəmə qərarının kobud şəkildə pozulmasına gətirib çıxarır.

– Bu yerdə istər-istəməz düşünürsən: belə məhkəmə icraçıları olan Xətai rayonunda təkcə mənim işimdə deyil, ümumiyyətlə, digər qanun pozucularına qarşı da ədalətli qərar olacaqmı? – sahibkar ritorik olaraq soruşur.

Bəli, məhkəmənin qərarı icra olunmalıdır və bunun üçün icraçılara bütün lazımi səlahiyyətlər verilib. Məhkəmə hökmünün sistematik şəkildə pozulması halları aşkar edildikdə, icraçılar təqsirkarlara qarşı cinayət işinin başlanması üçün işi Ədliyyə Nazirliyinin istintaq idarəsinə verməlidirlər. Məlum səbəblərdən Qəribovun istintaqa o qədər də inamı yoxdur. Amma qayda belədir. Yeri gəlmişkən, sahibkar iddia edir ki, artıq üçüncü ildir Xətai rayonunda aparılan istintaq eyni şəxslərlə bağlı olan xeyli qanun pozuntuları ilə bağlı materialların toplanmasına yekun vura bilmir. Ancaq bu, başqa mövzudur.

Qəribov il ərzində Xətai rayon probasiya idarəsinə, Probasiya Baş İdarəsinə, Ədliyyə Nazirliyinə, Ədliyyə Nazirliyi yanında Apellyasiya Şurasına dəfələrlə yazılı müraciət etdiyini təsdiq edən sənədləri yenidən göstərir. Dövlət qurumları qəti şəkildə susur. Düzünü desək, biz də təəccübləndik. Doğrudanmı heç olmasa formal cavab da yoxdur? Məsələn, “aldıq”, “araşdırırıq” və ya buna bənzər hansısa digər cavab… Belə bir şey mümkündürmü?

– Əgər sizin işinizdə təqsirləndirilən şəxslərdən biri yüksək vəzifəli məmurun yaxın qohumudursa, məsələn, “Azərenerji”nin rəhbəri Rzayevin oğludursa, bəli, mümkündür, – acı təcrübə səbəbindən müdrikləşən iş adamı cavab verir. – Təəssüflər olsun ki, belə hallarda aidiyyəti dövlət qurumlarının nümayəndələri çox vaxt şikayətçilərə deməyə söz tapmırlar…

Bu mövzuda ilk məqalə dərc olunandan sonra ticarət mərkəzinin sahiblərinə Anar Qəribovun dediklərinə münasibət bildirmək xahişi ilə müraciət etdik. Bu dəfə isə hüquqşünas-iqtisadçı, tanınmış vəkil Əkrəm Həsənovdan onun sözlərinə münasibət bildirməyi xahiş etdik. O, sahibkarın təqdim etdiyi materiallarla tanış olduqdan sonra dedi:

– Sahibkarın nəql etdiyi hadisə təkcə onun dərdinə şərik olmaq hissi deyil, həm də böyük təəssüf doğurur. Bu, bir daha nümayiş etdirilir ki, Azərbaycanın məhkəmə-hüquq sistemində ciddi problemlər var. Dövlət başçısı bütün tribunalardan məmurları, xüsusən də məhkəmə və hüquq-mühafizə orqanlarını biznesə mane olmamağa, əksinə, kömək etməyə çağırır. Amma özbaşnalıqlar hələ də davam edir. Bəzi hallarda bu özünü müdaxilələrdə, digər hallarda isə müdaxilə etməməkdə göstərir. Meyar isə çox vaxt qanun deyil, şəxsi maraqlar olur: bəzi hallarda pul, bəzi hallarda qohumluq əlaqələri. Nəticədə, Azərbaycan hələ də cəlbedici investisiya mühiti yaratmaqdan uzaqdır. Biznesə ancaq kağız üzərində dəstək verilir, sahibkarlar da bunu yaxşı bilir. Mülkiyyət hüquqlarının, müqavilələrin müdafiəsi, məhkəmə qərarlarının icrası və son nəticədə sağlam rəqabət yoxdur. Bütün bunlar isə bazar iqtisadiyyatının əsasını təşkil edir. Nəticədə biz təşəbbüskar insanları itirə bilərik. Onlarsız iqtisadi inkişaf mümkün deyil.
//PRESSKLUB.AZ//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? - İNCƏLƏMƏ
Bu gün, 09:17
"Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" - deputat
Bu gün, 09:15
Jurnalist Ağaddin Babayev vəfat edib
Bu gün, 09:12
EKSPERTLİK MƏRƏZİ... - Əcəb işə düşmüşük...
Bu gün, 09:10
Rövşən Nəcəf təcili müdaxilə etməzsə... - NHMT sədri MÜRACİƏT ETDİ
Bu gün, 09:05
Oğluna güvənən direktorun yeni macəraları - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:48
Zəngəzur dəhlizi: fürsət pəncərəsi, yoxsa təhlükəli səhv? - GƏLİŞMƏ
Bu gün, 07:41
Azərbaycana yay fəsli daxil olub
Bu gün, 06:53
İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı? - Görünəni odur ki...
Bu gün, 06:48
Ağsuda səhiyyə sistemi İFLİC DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:44
"Diplom almaq çətinləşdirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:29
Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? - MÜDAFİƏ NAZİRİNƏ MÜRACİƏT
Bu gün, 06:25
Olmayan nəticəyə yatırılan milyonlar - ARAŞDIRMA
Bu gün, 06:21
Neftçala təhsili kimə həvalə olunub? - İTTİHAM VAR...
Bu gün, 06:18
Bu müharibə Azərbaycanın turizminə NECƏ TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 06:06
Paşinyanın Türkiyə səfəri: Sülhə doğru addım, yoxsa siyasi alver? - İNCƏLƏMƏ
Bu gün, 06:03
“Sağlığında özü mənə vəsiyyət etmişdi” - Atasının bütün əsərlərinin sahibi olacaq
Bu gün, 06:00
Amerikadakı erməni diasporu Paşinyanı “diktator” adlandırdı - “RİA Novosti”
Bu gün, 05:55
İran Azərbaycanda İsrail bazası “tapıb”: Tehranın Araz sahillərində “sionist” axtarışı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 05:52
İsraildən şok XƏBƏRDARLIQ - “Kameraları söndürün, İran izləyir”
Bu gün, 05:50
Ağ Ev lideri İrana diplomatiya üçün maksimum iki həftə vaxt verib
Bu gün, 05:46
İnternetsiz İran: “Starlink” də kömək etməyəcək - NƏ BAŞ VERİR?
Bu gün, 00:03
DTX-nın Qaxda keçirdiyi əməliyyatla bağlı daha bir AÇIQLAMA - "Dövlətimizin prinsipiallığı..."
Bu gün, 00:00
"Şaurma və kolaya 20 lari verirsən... - Qalanını özünüz hesablayın"
Dünən, 23:55
Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: “Elçi də göndərmək istədi, razı olmadıq” - BELƏ HARA GEDİRİK?
Dünən, 23:52
İranda qaçaqmalçılıq və “Mossad” bazaları: - İraq və Əfqanıstan yolları
Dünən, 18:04
Paşinyan Türkiyəyə səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə ümid edir - KİV
Dünən, 18:03
“Daşnaksütyun”un regional ofislərində həbslər başlayıb, kütləvi aksiyalarla bağlı xəbərdarlıq edilib
Dünən, 17:59
Təhsildə etimad böhranı: - Builki imtahan sualları əvvəlki illərlə müqayisədə daha çətin idi
Dünən, 17:57
“Bəzi müğənnilər özlərini göstərmək üçün xaricə gedir!” - Şou əhlinin yay planları
Dünən, 17:51
Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru barədə qərar verilib
Dünən, 17:45
“Vaxtın 1 ay qısaldılmasının izahatını da vermirlər” - Tələbələr narazıdır
Dünən, 17:41
Azərbaycanda məşhur provayder ləğv olundu
Dünən, 17:33
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verib
Dünən, 17:27
"Abituriyent atestatla tanınmayan bir universitetdə təhsil alır, ölkəyə qayıdanda diplomunu tanıda bilmir" - NƏ ETMƏLİ?
Dünən, 17:25
Şirkətin borcu 13 milyon manatı ötdü - Sahibkara "stop" qoyuldu
Dünən, 17:19
Əməliyyat olunan Əli Mirəliyevin səhhəti NECƏDİR? – Özündən AÇIQLAMA
Dünən, 17:15
"Öləndən sonra başdaşıma "Xalq artisti" yazılması lazım deyil" - ETİRAZ
Dünən, 17:11
“Bakı Süd Co” MMC cərimələndi - Ölkədən 35 min dolları qanunsuz çıxardı
Dünən, 17:08
Azərbaycanda həbs edilən icra başçıları - SİYAHI
Dünən, 17:06
“QIZIM İNTİHAR ETMƏYİB, BUNA MƏCBUR EDİBLƏR” – Paytaxt sakinindən Baş prokurora müraciət
Dünən, 17:00
Öz gözündə tiri görməyən Putin... - ŞƏRH
Dünən, 16:55
“Baku Medical Plaza”nın həkimi Günel Məmmədlidən ŞİKAYƏT - BU NƏDİ BELƏ?
Dünən, 16:50
Məntəqə komissiyalalarının tərkibində dəyişiklik mümkündür - MSK sədri AÇIQLADI
Dünən, 16:40
Naxçıvan Ağciyər Xəstəlikləri Dispanserinə baş həkim təyin edilib - ƏMR
Dünən, 16:32
Ermənistan yenidən reallığı təhrif edir - "...hücum etməmək prinsipinə ciddi əməl edir"
Dünən, 16:22
Azərbaycanda DSK sədri vəfat edib
Dünən, 16:19
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 16:15
Naxçıvanın muxtariyyəti ləğv edilir, doğru qərardır - partiya sədri
Dünən, 16:13
Mərkəzi Bank yenə “Palladium”un cərimələnməsini istədi - Bu dəfə 2 milyondan çox vəsait...
Dünən, 16:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru