Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib .....                     “Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” .....                     Azərbaycan neftinin qiyməti 110 dolları ötüb .....                     İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib .....                     Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik .....                     Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… .....                     Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ .....                     Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı .....                     Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? .....                     Tramp danışıqlar masasını pozmağa çalışır?.. .....                     Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? .....                     KİÇİK marketlərə böyük ZƏRBƏ .....                     Rusiya və Çinə görə ABŞ böhrandadır .....                     Nazirlər Kabineti NİYƏ SUSUR? .....                     AzəriQaz-da müəmmalı kadr siyasəti .....                     Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? .....                     TENDER BAZARINDA “Leysan” effekti .....                     Azərbaycan bank sektorunun uğurları və riskləri .....                     “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ .....                     Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir .....                     "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" .....                     Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması .....                     "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı .....                     “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?” .....                     İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək .....                     Bərdədə kütləvi ağac qırğını iddiası .....                     İranın nüvə silahı olmayacaq .....                     ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb .....                     Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ .....                     Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? .....                     Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR .....                     Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir .....                     Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                 

Hazırlanmasına səkkiz yüz min manatdan çox vəsait ayrılmış portal niyə aktiv deyil, İnam Kərimov, Aqil Quliyev? - HƏQİQƏTƏN DƏ...
Tarix: 20-01-2023, 08:01 | Çap et
Hazırlanmasına səkkiz yüz min manatdan çox vəsait ayrılmış portal niyə aktiv deyil, İnam Kərimov, Aqil Quliyev?
“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeli bir qurumdur. Rəsmi internet portalında özlərinin də qeyd etdikləri kimi əsas missiyaları dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdir. Səhmdar Cəmiyyət hazırda Bakı və Abşeron ərazisində bayramlarda “Kənddən Şəhərə” yarmarkaları təşkil edir ki, güya burada birbaşa fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçirilir. Habuki burada da qiymətlər paytaxtın bazarlarındakı qiymətlərlə heç nə ilə fərqlənmir.

Apardığımız araşdırmalar zamanı əldə etdiymiz məlumata görə “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti bir də rayon xəstəxanalarının ərzaqla təchizat işini həyata keçirir. İl ərzində bu xəstəxanaların ərzaq məhsulları ilə təmin edilməsinə nə qədər vəsait ayrıldığı heç kimə bəlli deyil. Çünki Səhmdar Cəmiyyət bunu heç bir tender keçirmədən, gizlin şəkildə həyata keçirir və ərzaq məhsullarının hansı qiymətlərə alınması ictimaiyyətə bəlli olmur.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınmasını həyata keçirmək üçün portal yaratmaq niyyətinə düşüb. Qurumun 27.01.2022-ci il tarixdə sözügedən portalda yerləşdirdiyi bildirişdə göstərilir.

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2021-ci il 22 dekabr tarixində “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalının (bundan sonra – Portal) hazırlanması xidmətlərinin satınalınması üzrə keçirilmiş açıq tenderdə “Smart Solyuşns Group” MMC qalib gəlmiş və həmin şirkətlə 708 000,00 (yeddi yüz səkkiz min manat 00 qəpik) AZN məbləğində, “06” yanvar 2022-ci il tarixli 06/01-22 nömrəli satınalma müqaviləsi bağlanmışdır.

Tenderin 22.11.2021-ci il tarixdə yekunlaşmış şərtlər toplusunun çatdırılma müddətində isə göstərilir ki, 1-3,5,6,8,10 və 12-ci bəndlərdə qeyd edilən iş və xidmətlər 01 mart 2022-ci il tarixə qədər və daha tez müddət ərzində, digər bəndlərdə qeyd olunanlar 2022-ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulmalıdır. Amma artıq 2023-cü ilin yanvar ayı olmasına baxmayaraq “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması elektron portalı hələ də fəaliyyətə başlamayıb.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti portalın hazırlanmasına ayırdığı vəsaitdən əlavə iki dəfə də tender keçirib.

Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması məqsədilə yaradılan elektron portal ilə əlaqədar olaraq 2022-ci il may-iyun (30 gün) tarixlərində ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması zamanı iştirak qaydaları, elektron portalda qeydiyyat, zəruri sənədlərin, məlumatların yerləşdirilməsi üzrə satınalan təşkilatların, satıcıların maarifləndirilməsi xidmətinin keçirilməsinin təşkilati işlərinin və promo məhsulları ilə təmin edilməsinin satın alınması məqsədi ilə 13.05.2022-ci il tarixdə açıqlanmış məlumata görə “Aqrar tədarük və təchizat” ASC “ADMEDİA.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 46 191.1 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

11.11.2022-ci il tarixdə verilmiş məlumatda isə “Aqrar tədarük və təchizat” ASC ilə “XCO” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 83 968.8 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı göstərilir. Bu tenderdə isə “Aqrar tədarük və təchizat” ASC “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” məqsədilə yaradılan elektron portalın istifadəsi ilə bağlı olaraq 2022-ci il oktyabr-dekabr (30 gün) ayları ərzində növbəti modullar üzrə elektron portalda qeydiyyat, zəruri sənədlərin yerləşdirilməsi, tərəflər arasında müqavilələrin bağlanması və alqı-satqı əməliyyatlarının aparılması üzrə satınalan təşkilatların və satıcıların maarifləndirilməsi məqsədi ilə tədbirin təşkili xidmətlərinin təmin edilməsinin satın alıb.

Elan olunmuş məlumatlardan da görsəndiyi kimi, “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması elektron portalının hazırlanması xidmətlərinin satın alınması və təşkilatların və satıcıların maarifləndirilməsi məqsədi ilə tədbirin təşkili xidmətlərinin təmin edilməsinə ümumi olaraq 838 159 manat dövlət vəsaiti xərcləyib. Məlumatlardan da görsəndiyi kimi elektron portalda oktyabr-dekabr ayları ərzində zəruri sənədlərin yerləşdirilməsi və tərəflər arasında müqavilələrin bağlanması və alqı-satqı əməliyyatlarının aparılması nəzərdə tutulub.

Amma dövlət orqanlarının rəsmi internet resursları üzərindən apardığımız araşdırmalar zamanı “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin səkkiz yüz min manatdan çox vəsait ayırdığı elektron portalın fəaliyyəti ilə bağlı heç bir məlumat əldə edə bilmədik. Qurumun tedaruk.gov.az portalının yaxın zamanda aktiv olacağı göstərilir.

Buradan suallar ortaya çıxır. Səkkiz yüz min manatdan çox dövlət vəsait ayrılmış elektron portal niyə fəaliyyət göstərmir? Bir elektron portalı bir il ərzində aktivləşdirmək bu qədərmi çətindir? “06” yanvar 2022-ci il tarixli 06/01-22 nömrəli satınalma müqaviləsinin şərtləri niyə vaxtında icra olunmayıb? Yoxsa əlavə vəsaitin ayrılmasına ehtiyac yaranıb?

Qeyd edək ki, “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Aqil Quliyevdir. Dövrü mətbuatda onun Kənd Təsərrüfatı naziri İnam Kərimovun ən yaxın adamlarından biri olduğu barədə çoxsaylı məlumatlar yayılıb. Artıq bir il keçməsinə baxmayaraq səkkiz yüz min manatdan çox dövlət vəsaitin ayrıldığı elektron portalın niyə fəaliyyət göstərməməsinin səbəbi də məhz onlardan sorulmalıdır.

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16
Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06
Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00
Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:54
Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44
Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41
Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33
Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48
TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45
Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49
ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48
Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46
Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41
Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru