Lukaşenkoya etdiklərimiz HARAMI OLSUN... .....                     Ağdam Sənaye Parkında yeni şirkət .....                     AMB “Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta”ya məcburi sərəncam verib .....                     Məsud Pezeşkiana hücumlar .....                     15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı .....                     Xalq artistinə qarşı külli miqdarda DƏLƏDUZLUQ: .....                     "DEDİ Kİ, OĞLUN MƏNİM ÜÇÜN QAZİ OLMAYIB..." .....                     Qadın verdiyi 20 min borcu istədi, şantaj edildi .....                     Putinin danışan dilindən sərt açıqlamalar .....                     “JOBS” MMC dələduzluqda İTTİHAM OLUNUR .....                     ŞƏHİD BACISININ TORPAĞI ZƏBT EDİLİB .....                     Vasitəçilər olmadan belə bir görüşün baş tutması böyük əhəmiyyətə malikdir .....                     Qalmaqallı imtahanda .....                     Milyardlarla vəsait Azərbaycandan xaricə belə çıxarılır .....                     “Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu .....                     Azərbaycanlı biznesmenlərdən rüşvət alan polis rəisləri kimdir? .....                     Bakı və İrəvan sülh sazişini mümkün qədər tez imzalamalıdır .....                     “Uşaqlarım da ondan qorxurdu”: İllərdir ərindən şiddət görən qadın ölümdən xilas oldu .....                     Daşnaklar Paşinyan üçün təhlükəyə çevrilib .....                     Tramp düyməyə basdı: Üç ölkə Moskva və Tehrana görə hədəfdə .....                     3 ölkə B-52 və qırıcıların iştirakı ilə təlim keçirdi .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 1095 manatdır .....                     Məktəblərin yüksəksürətli internetlə təmin olunmasına 2,4 milyon .....                     85 yaşlı direktor aylardır ki, işı çıxmır .....                     "Oğullarım əcnəbi xanımla ailə qurublar" .....                     "Danone" ləğv olunur .....                     "Rusiya Azərbaycan-Ermənistan sülh prosesindən kənarda qalıb, amma..." .....                     Türkiyə təkcə özünün yox... regionun da ŞƏKLİNİ DƏYİŞİR... .....                     Havanın yağmursuz olacağı gözlənilir .....                     ABSURD DALINCA ABSURD: nəqliyyatçıya maliyyə işləri həvalə olunur... .....                     “Qulp”un Aşıq Yediyarının səhhətində ciddi problem yaranıb .....                     Mehdiabadı KİM XARABA QOYUR? .....                     Ermənistanda Rusiya bazasının güllələnən hərbçisi xəstəxanaya yerləşdirilib .....                     Agentliyin 9 ölkədə tədbir keçirmək planı baş tutmadı .....                     Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlunun həbs müddəti uzadılıb .....                     Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirildi: 2 qəzet BİRLƏŞDİ .....                     Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb .....                     Rusiyada FACİƏ: azərbaycanlı öldü .....                     Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini mıəhkəmədə dindiriləcək .....                     “Təhsil qərarları yalnız rəqəmlərlə ölçülməməlidir!” .....                 

Hüseynov qardaşlarının `Afşaran-A` və `FAM-88` MÜƏMMASI - NARAZILIQ VAR!
Tarix: 8-03-2023, 09:10 | Çap et
Hüseynov qardaşlarının `Afşaran-A` və `FAM-88` MÜƏMMASI
Ötən yazımızda məlumat vermişdik ki, Azərbaycanda mənzil dələduzluğunun tarixi 90-cı illərdən ortaya çıxdı: tutulan-tutuldu, mənzili əlindən alınan və əli hər yerdən üzülənlər ölüb getdi... Amma onların ah-naləsi yerdə qalmadı. İstintaq orqanlarının, məhkəmələrin... binəva vətəndaşları zəlil günə qoyan dələduz MTK və ya MMC rəhbərləri ilə əlbirliyinin sonu həm də bu oldu ki, dövlətimizin məhkəmə-istintaq və hüquq sisteminə qara ləkə oldular, Azərbaycanın adı bir dəstə dələduzun sayəsində Avropa Məhkəmələrindən gəldi...

“Təzadlar”a şikayətə gəlib özünü od vurub yandırmaq həddində hiss edən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, M.Kazımovski küçəsi, ev 32/15, mənzil 22 ünvanında yaşayan Rüstəmov Seymur Qəzənfər oğlunu redaksiyanın hüquqşünası ilə birlikdə dinlədik. Sənədlərini öyrəndik. Məlum olur ki, vətəndaş reklamlarına aldandığı və Xırdalandakı “AFŞARAN-A” MMC-nin direktoru, əslən Biləsuvardan olan Hüseynov Fəxrəddin Balaxan oğlunun ofisinə gedir. Və tələb olunan məbləği verib mənzil alır. Bununla da MMC rəhbərliyi vətəndaşın həyatını zəhərə döndərir...Şikayətçi Rüstəmov Seymur Qəzənfər oğlu deyir: “...Bir il idi ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi istintaq idarəsinin rəisi Fərid Nağıyev şikayətimə baxıb bu dələduzlara cinayət işi başlamırdı. Və müstəntiq Ələsgər Qocaman isə açıqca deyir ki, bu dələduzları həbs etmək bir saatlıq işdir, amma mən neyləyim, rəis dələduzların hüquqlarını qoruyur, mənə göstəriş vermir...”.

Təsəvvür edin, məsuliyyətdən yayınmaq üçün “AFŞARAN-A” MMC-nin direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu bu MMC-ni ləğv etdirib əvəzində “FAM-88” MMC yaradıb və öz həmyerlisini və əməlinə şərik etdiyi Tağıyev Rafiq Nərçə oğlunu bu MMC-yə direktor təyin edib. İndi şikayətçilər qalıb iki direktorun əməlinin burulğanında. Deyir: “...İstərdim Biləsuvar sakinləri bilsinlər ki, bu Hüseynov qardaşları bir mənzili 3-5 adama satmaqla qanunsuz və Allahsız əməl tutmaqdadırlar... Hüseynov Fəxrəddin Balaxan oğlunun işi istintaqda, digər qardaşı Mehman Hüseynov eyni əməlin yolçusu, başqa bir qardaşı Elxan Hüsyenov isə bir mənzili bir neçə adama satdığı üçün məhkəmə hökmü ilə 16 il azadlıqdan məhrum edilib, hələ də cəza çəkir”, -deyən şikayətçi Rüstəmov Seymur Qəzənfər oğlunun Baş Prokuror Kamran Əliyevə yazdığı ərizəsində oxuyuruq:

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə!

Çox hörmətli Kamran müəllim!

Mən, Rüstəmov Seymur Qəzənfər oğlu 2021-ci ildə Sizə şikayət edərək əvvəlki adı “AFŞARAN-A” MMC olan, indiki “FAM-88” MMC-nin keçmiş direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu və hazırkı direktoru Tağıyev Rafiq Nərçə oğlunun qanunsuz əməlləri nəticəsində mənə külli miqdarda maddi zərər dəyməsini bildirmişəm. Mənim şikayətim Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaqı aparılan digər bir işə birləşdirilmiş və istintaq idarəsinin rəisi Fərid Nağıyev tərəfindən müstəntiq Ələsgər Qocamana həvalə edilmişdir. Lakin bir il ərzində İstintaq İdarəsi tərəfindən hər hansı bir tədbir görülmədiyindən 2022-ci ilin noyabr ayında Sumqayıt şəhərində vəkilim Mansur Osmanovla birlikdə Sizin qəbulunuzda olmuşam. Qəbulda olduğumuz vaxt bizə bildirdiniz ki, mənim işimi şəxsən nəzarətə götürəcəksiniz və bu barədə Korrupsiya İdarəsinin rəisinə tapşırıq verəcəksiniz, həmçinin mənə məlumat veriləcəkdir. Lakin İstintaq İdarəsinin rəisi Fərid Nağıyev bircə dəfə bizi qəbul edərək bildirdi ki, istintaq bütün tələb olunan hərəkətləri edəcəkdir, narahat olmayın. Və guya bununla bağlı Fərid Nağıyev müstəntiqə bütün göstərişlərini də vermişdir. Lakin “AFŞARAN-A” MMC-nin direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu açıq şəkildə bildirməkdədir ki, mən korrupsiyada “işimi görmüşəm” və s. Belə ki, şikayətimdə və sonradan verdiyim ifadəmdə göstərmişəm ki, “AFŞARAN-A” MMC-nin keçmiş direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu ilə aramızda bağlanmış 31.12.2016-cı il tarixli, 134 nömrəli müqavilə əsasında MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında 4-cü blok, 7-ci mərtəbədə yerləşən 231 nömrəli mənzili izolə olunmuş 2 (iki) otaqdan ibarət pay kimi 54152 (əlli dörd min yüz əlli iki) manat əvəzində mənə verməyi öz öhdəsinə götürmüş, lakin təqdim olunmuş maliyyə arayışına əsasən pulunu alsa da öhdəliklərini icra etməmişdir. Məndə olan həmin mənzilə aid bütün sənədlərin əsilləri müstəntiqə təqdim edilmişdir. Həmçinin sonradan adı dəyişərək “FAM-88” MMC olan “AFŞARAN-A” MMC-nin yeni direktoru Tağıyev Rafiq Nərçə oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vəzifə saxtakarlığına yol vermiş və mənə məxsus mənzili dəyərindən çox aşağı qiymətə, yəni təqdim edilmiş maliyyə arayışına əsasən 30944 (otuz min doqquz yüz qırx dörd) manata Məmmədov Teymur İldırım oğluna qanunsuz olaraq satmışdır. Məlum olur ki, bu iki MMC-lərin əməlləri və məqsədi bu imiş: əvvəlki ləğv edilir, sonra gələn direktor isə istədiyini edir, şikayətçiyə deyir ki, get mənzili keçmiş MMC-dən istə! Onların qurduğu oyun belədir! Sözügedən mənzillə bağlı hər hansı bir başqa istintaq orqanında və ya məhkəmədə mübahisə getməsə də, müstəntiq bildirir ki, 231 nömrəli mənzilin başqa şəxsə satılması, mənim həmin mənzildən imtina etməyim və pulumu geri almağım barədə guya ortada sənədlər var və onların əsli “FAM-88” MMC tərəfindən ona təqdim edilmədiyindən o, yəni müstəntiq hər hansı bir tədbir görə bilmir.

Hörmətli Kamran müəllim!

Yəni müstəntiqin sözündən belə çıxır ki, “FAM-88” MMC ona nə desə o da onu edəcək. Halbuki, Rüstəmov Seymurun və Hüseynov Fəxrəddinin və qeyrilərinin izahatları artıq alınmış, mövcud bütün sübutlar əsasında iş üzrə istintaq hərəkətləri davam etdirilə bilər və hətta mən zərərçəkmiş şəxs kimi tanına da bilərdim. Lakin bu indiyədək edilməyib.

Mən dəfələrlə Fəxrəddin Hüseynovun yanında, ofisində olmuş, ondan 73.808 manat, 32000 manat armaturlara görə olan digər borcunun və qanusuz olaraq başqa şəxslərə satılmış mənzillərimizin dəyərinin qaytarılmasını tələb etmişəm. Lakin Fəxrəddin Hüseynov öz havadarlarına çox arxayın olduğundan məni aldatmaqda davam edir, İstintaq İdarəsi isə buna göz yumur, açıq şəkildə onu müdafiə edir.

Artıq 1 ildən çoxdur ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 178.3.2., 308.1, 313 və 314-2.1-ci maddələri ilə istintaqı aparılan 212026308 saylı cinayət işi üzrə mən yalnız şahid qismində bir dəfə 2021-ci ilin dekabr ayında və 2022-ci ilin oktyabr ayının 8-də dindirilmişəm. Bütün bunlara baxmayaraq, zərərçəkmiş şəxs qismində də tanınmamışam. Nəticədə Fəxrəddin Hüseynov məsuliyyətə cəlb olunmamışdır.

Hörmətli cənab Baş Prokuror!

Onu da diqqətinizə çatdırıram ki, “FAM-88” MMC öz qanunsuz əməllərini ört-basdır etmək üçün mənə qarşı iddia tələbi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, yuxarıda adını çəkdiyim 231 saylı mənzilə aid olan 31.12.2016-cı il tarixli, 134 nömrəli müqavilənin etibarsız hesab edilməsini tələb etmiş, laki ifşa olunacağını dərk edərək, iddia tələbinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-751/2022 saylı, 08.04.2022-ci il tarixli qərardadı ilə “FAM-88” MMC-nin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardad vəkilim tərəfindən Cinayət işinə əlavə edilməsi üçün cinayət işini aparan müstəntiqə təqdim edilmişdir. Lakin yenə də hər hansı bir istintaq hərəkəti aparılmamışdır.

Cənab Baş Prokuror!

212026308 saylı cinayət işi üzrə şahid qismində cəlb edilmiş mən-Rüstəmov Seymur Qəzənfər oğlunun etibarından sui-istifadə edərək məni aldadan şəxslər “FAM-88” MMC-nin keçmiş direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu və hazırki direktoru Tağıyev Rafiq Nərçə oğludur. Mən həmin şəxslərdən şikayətçiyəm və onların CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini, həmçinin mənə vurulmuş maddi zərərin qaytarılmasını xahiş edirəm.

Aldığım məlumata görə, İstintaq İdarəsinin rəisi Fərid Nağıyev bu vəzifəsindən kənarlaşdırılıb və onu Mehman Hümmətov əvəz edib. Mehman müəllim haqqında xoş sözlər eşitməkdəyik. İnanıram ki, yuxarıda qeyd olunan cinayət işi ciddi araşdırılacaq və Hüseynov Fəxrəddin Balaxan oğlu və Tağıyev Rafiq Nərçə oğlunun əməllərinə hüquqi qiymət veriləcəkdir...

“Təzadlar”ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lukaşenkoya etdiklərimiz HARAMI OLSUN... - HƏR HALDA...
Bu gün, 16:03
Ağdam Sənaye Parkında yeni şirkət - Dəmir qapı istehsal edəcək
Bu gün, 16:01
AMB “Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta”ya məcburi sərəncam verib
Bu gün, 15:50
Məsud Pezeşkiana hücumlar - İran hakimiyyətinin köhnə prinsipləri
Bu gün, 15:41
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
Bu gün, 15:36
Xalq artistinə qarşı külli miqdarda DƏLƏDUZLUQ: - evini satmağa məcbur oldu
Bu gün, 15:35
"DEDİ Kİ, OĞLUN MƏNİM ÜÇÜN QAZİ OLMAYIB..." - Astara sakini oğluna əlillik dərəcəsi verilməməsindən şikayətçidir
Bu gün, 15:19
Qadın verdiyi 20 min borcu istədi, şantaj edildi - TƏFƏRRÜAT
Bu gün, 15:16
Putinin danışan dilindən sərt açıqlamalar
Bu gün, 15:14
“JOBS” MMC dələduzluqda İTTİHAM OLUNUR - VİDEO
Bu gün, 15:10
ŞƏHİD BACISININ TORPAĞI ZƏBT EDİLİB - Qusar sakini Pirverdiyevin qohumlarını ittiham edir
Bu gün, 15:07
Vasitəçilər olmadan belə bir görüşün baş tutması böyük əhəmiyyətə malikdir - Sərdar Cəlaloğlu
Bu gün, 14:02
Qalmaqallı imtahanda qalmaqallı SON
Bu gün, 14:00
Milyardlarla vəsait Azərbaycandan xaricə belə çıxarılır – Ruslar və yəhudilər…
Bu gün, 13:58
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTO
Bu gün, 13:50
Azərbaycanlı biznesmenlərdən rüşvət alan polis rəisləri kimdir? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 13:42
Bakı və İrəvan sülh sazişini mümkün qədər tez imzalamalıdır - Aİ
Bu gün, 13:39
“Uşaqlarım da ondan qorxurdu”: İllərdir ərindən şiddət görən qadın ölümdən xilas oldu - TƏFƏRRÜAT
Bu gün, 13:23
Daşnaklar Paşinyan üçün təhlükəyə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 13:03
Tramp düyməyə basdı: Üç ölkə Moskva və Tehrana görə hədəfdə – İrəvandan sürpriz rol
Bu gün, 13:01
3 ölkə B-52 və qırıcıların iştirakı ilə təlim keçirdi
Bu gün, 12:57
Azərbaycanda orta aylıq əməkhaqqı 1095 manatdır – Rəsmi
Bu gün, 12:55
Məktəblərin yüksəksürətli internetlə təmin olunmasına 2,4 milyon - SƏRF OLUNACAQ
Bu gün, 12:52
85 yaşlı direktor aylardır ki, işı çıxmır - İLGİNC
Bu gün, 12:42
"Oğullarım əcnəbi xanımla ailə qurublar"
Bu gün, 12:32
"Danone" ləğv olunur
Bu gün, 12:29
"Rusiya Azərbaycan-Ermənistan sülh prosesindən kənarda qalıb, amma..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 12:24
Türkiyə təkcə özünün yox... regionun da ŞƏKLİNİ DƏYİŞİR... - İNCƏLƏMƏ
Bu gün, 12:20
Havanın yağmursuz olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:14
ABSURD DALINCA ABSURD: nəqliyyatçıya maliyyə işləri həvalə olunur... - "Azəriqaz" şefi "GÜL VURUR"...
Bu gün, 12:08
“Qulp”un Aşıq Yediyarının səhhətində ciddi problem yaranıb
Bu gün, 12:01
Mehdiabadı KİM XARABA QOYUR? - BU NƏDİ BELƏ?
Bu gün, 11:58
Ermənistanda Rusiya bazasının güllələnən hərbçisi xəstəxanaya yerləşdirilib
Bu gün, 11:49
Agentliyin 9 ölkədə tədbir keçirmək planı baş tutmadı - TENDER LƏĞV EDİLDİ
Bu gün, 11:44
Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlunun həbs müddəti uzadılıb - AÇIQLAMA
Bu gün, 11:41
Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirildi: 2 qəzet BİRLƏŞDİ - FƏRMAN
Bu gün, 11:39
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 11:38
Rusiyada FACİƏ: azərbaycanlı öldü - HƏSSAS GÖRÜNTÜLƏR
Bu gün, 11:34
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini mıəhkəmədə dindiriləcək – 14 milyon manatlıq dələduzluq
Bu gün, 11:30
“Təhsil qərarları yalnız rəqəmlərlə ölçülməməlidir!” - Kamran Əsədov
Bu gün, 11:27
Mavritaniya, Zimbabve, Toqo və Nigerə həsəd aparan "milli" komanda: -Reytinqdə 3 "addım" geri getdik
Bu gün, 11:26
Liderlərin beş saatlıq görüşünün nəticəsi: sülh prosesində irəliyə daha bir addım - ŞƏRH
Bu gün, 11:24
Jurnalistika ixtisasında qabiliyyət imtahanı LƏĞV EDİLİR?
Bu gün, 11:22
Agentlik rüşvət əleyhinə idarəetmə sistemi ilə bağlı xidmət alır - FOTO
Bu gün, 11:21
İranın Zəngəzurla bağlı "qırmızı xətti" aradan qalxıb - Sabiq nazirdən sensasiya
Bu gün, 11:19
"Rusiya artıq bu hadisədən müəyyən nəticələr çıxarıb..." - partiya sədri
Bu gün, 11:17
Bakıda Baş plana qarşı çıxaraq tarixi binaları kimlər sökür? – “Dedilər ki, burada narkomanlar yaşayır...”
Bu gün, 11:05
İcra Hakimiyyətində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:02
Zelenski dilemma qarşısındadır
Bu gün, 11:00
Bakıda yeddi uşaq anasından şok əməl: əri həbsdə idi, özü də... - TƏFƏRRÜAT
Bu gün, 10:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru