Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                 

Texniki Universitetin ADI DƏYİŞDİRİLSİN... - Müəllimlər TƏKLİF EDİR...
Tarix: 17-07-2023, 09:27 | Çap et
Texniki Universitetin ADI DƏYİŞDİRİLSİN...
DİA.AZ: - "Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalənin ƏVVƏLİ BURADA: Təhsil sistemində TEXNİKİ NASAZLIQ... - NAZİRİN NƏZƏRİNƏ...

Məqalənin davamında deyilir: "Humanitar fənlər haqqında ətraflı danışaq. Humanitar fənlər texniki ixtisaslar üçün tədris planlarının 2020-ci ildə təsdiq edilmiş son variantlarında demək olar ki, ümumi tədris saatlarının üçdə birini təşkil edir! Biz sovet dövründəki kimi “sovet ictimai xadimi” hazırlayırıq, yoxsa mühəndis kadrları? Əgər biz bakalavrlar üçün cəmi 4 illik tədris müddəti olan Bolonya sisteminə keçiriksə, bəs humanitar fənlər niyə saxlanılır? Tədris planlarının 2020-ci il versiyalarında humanitar fənlər bölməsi gözdən yayındırılmaq üçün “Ümumu fənlər bölməsi” adlandırılıb, ancaq bununla onların mahiyyəti dəyişməyib. Yadımızdadır ki, Sovet dövründə bütün ali təhsil müəssisələrinin bütün ixtisaslarında “Kommunist partiyasının tarixi”, “Siyasi iqtisad”, “Marksizm-Leninizm fəlsəfəsi”, “Elmi kommunizm” adlı siyasiləşdirilmiş fənlər var idi. Bu fənlərin hər biri 2 semestr tədris edilirdi və ixtisasından asılı olmadan hamı üçün ən əsas fənlər hesab edilirdi. 30 ildən artıqdır ki, Sovet sistemindən uzaqlaşsaq da, ali təhsildə Bolonya sisteminə keçsək də, hələ ali təhsilimiz bu fənlərin kölgəsindən xilas olmayıb. Yenə də texniki ixtisasların tədris planlarında Tarix, Fəlsəfə, İqtisadiyyat, Sosiologiya, Etika və estetika, Məntiq, Konstitusiya və hüquq, Politologiya və s. adlarla humanitar fənlər qalmaqdadırlar və tədris saatlarının xeyli hissəsini tuturlar. Məgər biz politoloq hazırlayırıq? 22 saat məhdudiyyəti ilə çox mühüm ixtisas fənlərini daxil etmək üçünsə tədris planlarında yer yoxdur!
Hələ bunlara əlavə olaraq, əvvəllər heç vaxt olmayan “Azərbaycan dili” fənni də əlavə olunub (???). Bu fənnin isə tarixi belədir. Müstəqilliyimizin ilk illərində, 90-cı illərin əvvəllərində texniki yönümlü universitetlərdə rus dilli tədris sektoru demək olar ki, ümumi qəbulun 30-40%-ni təşkil edirdi. O vaxtlar azərbaycan sektorunda sovet ənənəsi üzrə Rus dili fənni tədris edilirdi. Çoxlarında belə bir sual yaranırdı: “azərbaycan sektorunda rus dili tədris edilirsə, niyə bəs rus sektorunda azərbaycan dili tədris edilməsin?”. Və təcili olaraq, universitetlərdə Azərbaycan dili kafedraları yaradıldı, müəllimlər toplandı, rus sektorunun tədris planlarına “Azərbaycan dili” fənni daxil edildi. Sonra bir neçə ildən sonra azərbaycan sektorunda tədris planlarından “Rus dili” fənni məcburi fənn kimi çıxarıldı, rus sektoruna isə qəbul azaldı... Bəs Azərbaycan dili kafedraları necə olsun, müəllimlər necə olsun, işdən çıxarılsınlarmı? Sualın çox sadə cavabı tapıldı – azərbaycan sektorunda bakalavr tədris planlarına “Azərbaycan dili” fənni əlavə edilsin (???). Təbii sual yaranırdı ki, bəs orta məktəbdə bu tələbələr 11 il azərbaycan dili oxuyublarsa, texniki universitetdə niyə yenidən oxumalıdırlar və bu, onlara əlavə olaraq, nə verəcək? Çıxış yolunu da onda tapdılar ki, fənnin adını maskalayaraq, bir qədər dəyşdirmək lazımdır, məsələn, “İşgüzar azərbaycan dili”. Baxın, bizim nazirliyimiz Bolonya sisteminə belə keçir, texniki ixtisasların tədris planlarını belə mülahizələr əsasında formalaşdırır.
Digər tərəfdən, görünən odur ki, bizim ali təhsil sistemimiz Rusiyanın ali təhsil sisteminin dalınca sürünür. Bu da yəqin ki, 5-ci kolonun “fəaliyyəti” nəticəsində baş verir. Rusiya 2004-cü ildə Bolonya sisteminə daxil oldu, biz 2005-ci ildə daxil olduq. Bəs 2005-ci ilə qədər biz 14 il idi ki, müstəqil idik, niyə Bolonya sistemi haqqında düşünmürdük? İndi isə son ildə Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi nəticəsində Rusiya Federasiyası bütün Avropa qurumlarından qovulub, xaric edilib. Və Rusiya indi (pərt olmamaq üçün) üzünü Asiya və Afrika ölkələrinə döndərib. Bizi isə Avropadan qovan yoxdur ki. Amma biz də son aylar Elm və Təhsil Nazirliyinin vəzifəli şəxslərinin mediadakı çıxışlarından eşidirik ki, orta təhsilimizdə Sinqapur (???) sisteminin tətbiq edilməsinə hazırlıq gedir. Ayıb deyilmi? Bu məsələdə deyəsən, biz hətta Rusiyanı da qabaqlayırıq. İndi onlar bizim ardımızca gəlsinlər. Əgər nazirliyimizdə Asiya təhsil sisteminə keçməyi çox istəyirlərsə, heç olmasa, inkişaf etmiş ölkələrdən birini seçəydilər, məsələn Yaponiyanı və ya ən azı Çini, yoxsa Sinqapur haradan ağıllarına gəldi? Bəs növbəti dəfə papuasların təhsil sisteminə keçmək necə olar? Deməli, orta məktəbdə təhsil alan bir nəsil üşaqlarımızın da başını Sinqapur sistemi ilə aldadacaqlar? Ölkə üçün strateji, həyati əhəmiyyətli, taleyüklü belə qərarları kim qəbul edir? Elm və Təhsil Nazirliyində məsul vəzifələr tutan, yayın istisində də qara kostyum və qalstukda gəzən, xaricdə təhsil almış “gənc mütəxəssislərimiz”, yoxsa şəxsən magistr-nazirimiz Emin Əmrullayev? Onlar Sinqapur sistemini tətbiq etməklə hesabat verəcəklər ki, bir beynəlxalq səviyyəli “layihəni” də müvəffəqiyyətlə həyata keçirdik.
Maraqlıdır ki, əvvəl bizdə nazirlik Təhsil Nazirliyi adlanırdı, indi isə Rusiyada olduğu kimi – Elm və Təhsil Nazirliyi oldu. Onda heç olmasa Rusiyaya baxıb, orta təhsil sistemi üçün ayrıca Maarif Nazirliyi də yaradaydılar və o, yalnız uşaq bağçaları və məktəb sistemi ilə məşğul olaydı. Bu, pis olmazdı. Yoxsa, uşaq bağçalarından tutmuş, orta məktəblər, texniki-peşə məktəbləri, kolleclər, universitetlər və keçmiş Elmlər Akademiyasının elmi-tədqiqat institutlarına qədər hamısını yığıb, bir qazana töküblər. Yazıq nazir bu kolxozu necə idarə etsin, magistr Emin Əmrullayev olmasın, kim olur, olsun? Həm də magistr-nazir elmi-tədqiqat institutlarının aralarında hətta akademiklər də olan direktorlarına necə rəhbərlik edə bilər? Suallar və uyuşmazlıqlar çoxdur...
Bu yaxınlarda nazir Emin Əmrullayev çıxışlarının birində dedi ki, bakalavr təhsilinin müddətini 3 ilə endirmək lazımdır, çünki xarici ölkələrdə 3 illik bakalavriatura təhsili də var. Vəssalam... Gələcək “inkişafımızın” növbəti istiqaməti də anons edildi!
Onlar tədrisimizi birdəfəlik kökünü kəsmək üçün daha hansı yollar axtarıb tapacaqlar?
Orta təhsilimizin haqqında isə biz müzakirə açmaq istəmirik. Bu, çox böyük və çox da ağrılı bir məsələdir. Ali təhsilimizin səviyyəsizliyinin bir çox bəlalarının bünövrəsi orta təhsil sistemində qoyulur. Yenə bu yaxınlarda nazir Emin Əmrullayev çıxışlarının birində etiraf etdi ki, “bizim orta məktəblər şagirdlərə bilik vermir”. Hamıya məlumdur ki, məktəblilər orta təhsili az-çox yalnız repetitorların pullu xidməti sayəsində alırlar. Hamıya məlumdur ki, orta məktəbin ən azı 9, 10, 11-ci siniflərində, 3 il müddətində şagirdlər demək olar ki, dərsə getmirlər. Hərdən bir, hər sinifdə növbə ilə dərsə gəlirlər ki, kənardan baxanda məktəbdə şagird, dərs görüntüsü yaransın. Bu, hamıya məlumdur.
Deməli, 5-ci kolon öz tapşırıqlarını yaxşı icra edib və icra etməkdədir. Çox təəssüf...
Vilayət Vəliyev isə 4 ildir ki, həmin tapşırıqları öz rəhbərlik etdiyi universitet miqyasında “müvəffəqiyyətlə” yerinə yetirir. Ölkəmizin 30 ildən artıq bir dövrdə separatizmdən əziyyət çəkdiyi, separatizmə qarşı mübarizə apardığı bir dövrdə rektor Vilayət Vəliyev Azərbaycan Texniki Universiteti adında SEPARAT bir MUXTAR VİLAYƏT yaradıb və orada özünün icad etdiyi qanun-qaydaları tətbiq etməklə məşğuldur. Bu separat Muxtar Vilayətdə Azərbaycan qanunları və normativ sənədləri qüvvədə deyil, Vilayət qanunları qüvvədədir. Bu haqda ictimaiyyətə nə qədər məlumat veririksə, müvafiq vəzifəli şəxslər və əlaqədar dövlət təşkilatları bir maraqlanmırlar ki, bir gedək görək, yoxlayaq, bu müəllimlərin yazdıqları doğrudur, ya yalan?
Görək, Vilayət separatizminə nə vaxt son qoyulacaq...
Yəqin o vaxt ki, V.Vəliyev AzTU-nun əsas binasının üzərində olan “Azərbaycan Texniki Universiteti” yazısını sökdürüb, əvəzində “Vilayətin Muxtar Vilayəti” yazdırsın.


Hörmətlə,
Azərbaycan Texniki Universitetin
müəllimlərindən bir qrupu"

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov bu gün iclas keçirdi
Bu gün, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Bu gün, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Bu gün, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Bu gün, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00
Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48
Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru