Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb .....                     Mayda ƏFV OLACAQ? .....                     Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? .....                     500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur .....                     "Onu kim ortaya salıb yaxşı bilirəm" .....                     Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? .....                     Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? .....                     Aİ liderlərinin sammitləri iflic olub .....                     Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? .....                     Necə edək ki, aldanmayaq? .....                     Ərzaq bahalaşacaq .....                     Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... .....                     Ermənistanda seçki öncəsi Rusiya izi güclənir .....                     Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb .....                     Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir .....                     Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm .....                     Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? .....                     Nazir aparat rəhbəri və müşavir təyin etdi .....                     “Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” .....                     Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib .....                     Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib .....                     Kənd təsərrüfatında maliyyə şumlaması .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Nazirdən yeni direktor təyinatı .....                     İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş .....                     Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı .....                     Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir .....                     “Nar” Kitab Gününü Salyanda qeyd etdi .....                     Kəmaləddin Kafarov millətə qənim kəsilib? .....                     Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib .....                     Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" .....                     Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     “Paşinyan Bakının əlaltısıdır” .....                     "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." .....                     "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" .....                     Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək .....                     “Premium Bank”ın dövlətə vergi borcu var .....                     Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu .....                     MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? .....                 

Nəqliyyat nazirliyi adına gizli yeyinti ünvanı... - Lisenziya üçün rüsumdan əlavə yığılan milyonlar hansı işlərə xərclənir?
Tarix: 18-07-2015, 09:35 | Çap et
Nəqliyyat nazirliyi adına gizli yeyinti ünvanı...
Azərbaycanda nəqliyyat müfəttişləri tərəfindən ayrı-ayrı sürücülərin sənədlərinin alınması, avtomobillərdən dövlət nömrə nişanlarının açılması və digər qanun pozuntuları halları artıb. Üstəlik, nəqliyyat müfəttişləri onların özbaşına hərəkətlərinə etiraz edən sürücülərə qarşı zorakılıq tətbiq edir, onları vəhşicəsinə döyürlər. Qaydalara əsasən isə müfəttişlərin maşınların nömrəsini açmağa, sürücülərin sənədlərini almağa ixtiyarı yoxdur. Onlar sənədləri yalnız yoxlaya bilərlər. Yük və sərnişin daşıyan sürücülərin borcudur ki, müfəttiş sənədi baxmaq üçün istədikdə təqdim etsinlər. Lakin sürücülər sənədləri təqdim etsələr də nəqliyyat müfəttişləri səlahiyyətlərini aşır və onlara qarşı xoşagəlməz hərəkətlərə yol verirlər. Nazir Ziya Məmmədov isə iddia edir ki, nəqliyyat müfəttişlərinin sürücülərə qarşı törətdiyi qanunsuzluqların qarşısı alınır. Amma nazirin söylədiklərinin əksinə olaraq bu günlərdə onun tabeliyindəki müfəttişlər daha bir qanunsuzluğa imza atıblar. Bu barədə müfəttişlərin zorakılığına məruz qalmış sürücü Elman Əhmədov mətbuata danışıb. O bildirib ki, iyulun 14-də saat 10:45 radələrində yaxın qohumunu avtovağzala aparıb. Onu yola saldıqdan sonra iki nəfər qəfil maşınına yaxınlaşaraq özlərini təqdim etmədən fiziki güc tətbiq ediblər: "Maşının açarlarını zorla əlimdən aldıqdan sonra özümü də itələyib yerə saldılar. Yıxılaraq əlimdən zədə aldım. Maşınımı isə qaçırdılar". Elman Əhmədov qeyd edib ki, ilk olaraq nə baş verdiyini anlamayıb. Daha sonra isə idarə etdiyi avtomobilin kimlər tərəfindən qaçırıldığını öyrənə bilib: "Mənim idarə etdiyim 10 PS 395 dövlət nömrə nişanlı maşınımı Nəqliyyat Nazirliyinin müfəttişlərinin qaçırdığını öyrəndim. Maşında olan əşyalarımın taleyi isə müəmmalıdır. Mən taksi fəaliyyəti ilə məşğul olmuram. Maşının qaçırılması ilə bağlı 102 Xidmətinə zəng etdim. Həmin zəngimdən sonra məni 40-cı Polis Bölməsinə dəvət edib izahat aldılar. Amma hələ də maşınımın harada olduğu və taleyinin necəliyindən xəbərim yoxdur". Apardığımız araşdırmalar göstərir ki, bu, Ziya Məmmədovun işçilərinin ilk özbaşınalığı deyil. Belə ki, ötən ilin sonlarında Bakının Nizami rayonunda Nəqliyyat Nazirliyinin müfəttişləri ilə sürücü arasında yaranan mübahisə bir müddət müzakirə mövzusuna çevrilmişdi. Məlumata görə, Kürdəmir rayon sakini, 23 yaşlı Mikayılov Nəsir Şirvan oğlu paytaxtda taksi fəaliyyəti ilə məşğul olarkən 4 nəfərin hücumuna məruz qalıb.Sürücü mülki geyimdə olan bu şəxslərin müştəri kimi maşına əyləşdiklərini bildirib. Qapılar bağlanan kimi "müştərilər" əvvəlcə sənəd, daha sonra isə lisenziyasız taksi fəaliyyəti göstərməsi üçün pul tələb ediblər. Sənədlərinin ələ keçməməsi üçün Nəsir avtomobilini məcburən səkiyə dırmaşdırsa da, bir fayda verməyib. Həmin şəxslər avtomobilin sənədini götürərək avtomobillə ərazidən uzaqlaşıblar. Eyni hal bu ilin fevral ayında da təkrarlanıb. Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsindən verilən məlumata görə, hadisə fevralın 26-da axşam saatlarında "Koroğlu" metrostansiyasının yaxınlığında qeydə alınıb. Şuşa rayonundan olan məcburi köçkün, 1978-ci il təvəllüdlü Şaiq Fərman oğlu Salahzadə polisə ərizə ilə müraciət edərək bildirib ki, 26 fevral 2015-ci il tarixdə saat təxminən 19 radələrində Heydər Əliyev prospekti 109 ünvanının qarşısında Nəqliyyat Departamentinin 3 əməkdaşı tərəfindən döyülüb. Ümumiyyətlə, nəqliyyat müfəttişləri tərəfindən sürücülərin döyülməsi halları kifayət qədərdir. Bu problemin yaranmasının kökündə isə taksi fəaliyyəti dayanır. Belə ki, nəqliyyat müfəttişləri ürəkləri istəyən şəxsin maşınına minib sürücünün taksi fəaliyyəti ilə məşğul olmasını bildirirlər. Qarşı tərəf buna etiraz edəndə tərəflər arasında mübahisə yaranır. Nəzərinizə çatdırmaq istəyirik ki, Nəqliyyat Departamentinin işçilərinin taksi sürücülərinə lisenziyanı dövlət rüsumundan baha qiymətə satması haqda dəfələrlə məlumat verilib. Əfsus ki, bu vaxta qədər heç bir tədbir görülməyib. Ölkədə korrupsiyaya qarşı mübarizə yeni başlayanda Nəqliyyat Departamentinin əməkdaşları taksi sürücülərinə lisenziya almaq üçün idarəyə getməyi məsləhət görürdü. Aradan bir müddət keçəndən sonra yenidən taksi sürücülərini lisenziyanı onlardan almağa məcbur edirlər. Sürücülərin dediyinə görə, həmin məbləği departamentin işçilərinə ödəməyən sürücülərə işləməyə imkan verilmir. Deyilənə görə, nəqliyyat müfəttişlərinin belə qanunsuz işlər görməsini nazir əmr edib. Lisenziyanın müddətindən bir gün keçən kimi isə taksi sürücüləri dərhal cərimələnir. Onu da qeyd edək ki, taksi fəaliyyəti üçün tələb olunan lisenziyanın dövlət rüsumu 18 manatdır. Buna baxmayaraq, taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən dövlət rüsumunun əvəzinə 57-60 manat alınır. Maraqlıdır ki, lisenziyanın aylıq pulunun ödənilməsi ilə bağlı qəbzin üzərində 18 manat yazılır, amma sürücülərdən əlavə "rüsum" tələb edilir. Bu azmış kimi, heç bir sürücünün tələbinə məhəl qoymadan onlardan istədikləri məbləği alırlar və etiraz edənlər nəqliyyat yetkililəri ilə üzləşməli olurlar. Paytaxtda taksi fəaliyyəti ilə məşğul olan minlərlə sürücünün olduğunu nəzərə alsaq Nəqliyyat Nazirliyinin büdcəsinə lisenziyalara görə alınan "rüsum"un hesabına milyonlarla manat vəsaitin daxil olduğu məlum olar. Həmin pulların hansı işlərə sərf edildiyi isə bəlli deyil. Nəqliyyat müfəttişlərinin özbaşına əməlləri həm taksi sürücüləri, həm də vətəndaşları boğaza yığıb. Təəssüf ki, nazir Ziya Məmmədov özünü qoçu ədəbsiz aparan müfəttişlərə qarşı heç bir tədbir görmür, ya da görmək istəmir. Görəsən, niyə? Biz inanırıq ki, islahatlar tezliklə Nəqliyyat Nazirliyinə də keçəcək və işçilərinin özbaşına əməllərinin qarşısını ala bilməyən nazir görəvdən alınacaq.

Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Bu gün, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Bu gün, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Bu gün, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Bu gün, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Bu gün, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Bu gün, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Bu gün, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Bu gün, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Bu gün, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Bu gün, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Bu gün, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Bu gün, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Bu gün, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14
Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01
Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59
İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57
Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı – Vahid Ələkbərov 3-cüdür
Bu gün, 12:53
Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:47
“Nar” Kitab Gününü Salyanda qeyd etdi
Bu gün, 12:46
Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32
Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30
Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12
“Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09
"Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04
"Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00
Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53
“Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49
Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46
MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45
Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36
İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33
Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27
"Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru