Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı .....                     Faytonçu Nazim niyə efirlərə çıxmır? .....                     Azərbaycanda mənzillər .....                     Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... .....                     "Aygünün qızı böyüyüb, vay ölənin halına" .....                     Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? .....                     Azərbaycan Ermənistandan nələri tələb edir? .....                     Rəsul Quliyev Azərbaycana qayıdır? .....                     Regionda sülh mühiti artıq formalaşır .....                     İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib .....                     “Bizə atəşkəs yox, sülh lazımdır” .....                     İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur .....                     Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi .....                     FHN 7 ədəd avtomobil alır .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar .....                     Venesiyada küçənin adı görün NƏDİR .....                     İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib .....                     33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU .....                     17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı .....                     “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır .....                     Bakının köhnə avtobus DƏRDİ .....                     "Mən onu ölümlə heç vaxt hədələməmişəm" .....                     AZTV `Ovçu Pirim`in verilişini bağladı .....                     “Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq .....                     Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib .....                     “Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” .....                     Azərbaycan neftinin qiyməti 110 dolları ötüb .....                     İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib .....                     Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik .....                     Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… .....                     Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ .....                     Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı .....                     Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? .....                     Tramp danışıqlar masasını pozmağa çalışır?.. .....                     Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? .....                     KİÇİK marketlərə böyük ZƏRBƏ .....                     Rusiya və Çinə görə ABŞ böhrandadır .....                     Nazirlər Kabineti NİYƏ SUSUR? .....                     AzəriQaz-da müəmmalı kadr siyasəti .....                 

VASİF TALIBOVUN XARABA QOYDUĞU NAXÇIVAN
Tarix: 3-09-2012, 13:58 | Çap et
VASİF TALIBOVUN XARABA QOYDUĞU NAXÇIVAN

MR-DƏ MİNLƏRLƏ EV BOŞ QALIB

Naxçıvan Statistika Komitəsinin bu ilin ilk yarısına olan məlumatına görə, muxtar respublika əhalisinin sayı 420 min nəfəri keçib.

Bəzi yerli hüquq müdafiəçiləri isə bu rəqəmin reallığı əks etdirmədiyini bildirirlər. Onlar hesab edirlər ki, işsizlik və hüquqsuzluq üzündən əhalinin yarıdan çoxu Naxçıvanı tərk etmək məcburiyyətində qalıb. İddialara görə, Naxçıvanı tərk edənlərin çoxu da iş axtarmaq üçün qonşu Türkiyəyə üz tuturlar. Qonşu ölkəyə üz tutanların əksəriyyətinin isə, kənd əhalisi olduğu söylənir. Hüquq müdafiəçilərinin verdikləri məlumatlara görə, ən çox boşalmaya Şərur rayonunun sərhədyanı kəndləri məruz qalıb.

ALIŞAR KƏNDİ...

Belə kəndlərdən biri kimi də Alışar kəndinin adı çəkilir. İranla həmsərhəd olan bu kənd Şərurun rayon mərkəzindən 4 km aralıda yerləşir. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Sakinlər deyir ki, əkin üçün su tapa bilmədiklərindən və örüş torpaqları məmurlar tərəfindən zəbt olunduğundan nə əkinçiliklə, nə də heyvandarlıqla dolanışıqlarını təmin edə bilirlər. Onların deməsinə görə, ümid qalır qonşu ölkəyə - Türkiyədə fəhləliyə.

Alışar kəndində danışırdılar ki, əhalinin 50-60 faizi dolanışıq ucbatından ailəliklə kəndi tərk ediblər. Bunu elə, yolboyu qapısı qıfıllı evlərdən də görmək mümkündür. Ancaq Alışarda bu mənzərə ilə təzad yaradan bir halla da rastlaşdıq.

ALIŞARDA ONLARLA EVİN QAPISI BAĞLI QALSA DA...

Orada tanış olduğumuz Zülal Salahov kiçik ailəsi ilə kəndin girəcəyində paslı, dəmir vaqonda yaşayır. O, kənddə onlarla ev boş olsa da həmin dəmir vaqona sığınıb. Deməsinə görə evləndikdən sonra iş tapa bilmədiyindən ailəsini də götürüb İstanbula gedibmiş. İstanbulda uzun müddət şərurluların yaşadığı məhəllədə kirayədə olub. Qanunsuz miqrant olduqlarından günlərin bir günü ailəsi ilə birlikdə geriyə, Naxçıvana deportasiya olunublar. İndi, Türkiyə tərəfinin onlara qoyduğu qadağa müddətinin bitməsini gözləyirlər ki, təkrar İstanbula qayıtsınlar. Zülal Salahov deyir ki, kəndə geri dönən gündən işsizdir. Evi olmadığı üçün bu dəmir vaqonu özünə müvəqqəti yaşayış yeri seçib :

В«ZİBİLXANALARDAN DƏMİR YIĞIB APARIB SATIRAM...В»

В«İş tapa bilmirəm. Hansı şəraitdə yaşadığımızı görürsünüz. Zibilxanalardan dəmir yığıb satıram, birtəhər dolanırıq. İndi hansı zəmanədir ki, vətəndaş В«budkaВ»da yaşayır. Özləri də Avropaya inteqrasiyadan danışırlar. Dövlət bizə kömək eləmir. Dövlət bizə iş versin işləyək. Uşaqları dolandıra bilmirəmВ».

Zülal Salahov da digər həmkəndliləri kimi Alışarın boşalmasının səbəbini işsizlikdə və məmurların özbaşınalığında görür:

В«ÖRÜŞLƏRİMİZ ƏLİMİZDƏN ALINIB...В»

В«Örüşlərimiz əlimizdən alınıb, məmurlar tərəfindən əkilib. Ona görə də heyvan saxlaya bilmirik. Tək örüşlərimizi əlimizdən almayıblar. Kəndin stadionuna da göz dikiblər. Stadionun ərazisini də əkiblər. Araz qulağımızın dibindən keçir, əkinlərimiz susuzluqdan quruyub. Mən 120 manat xərc çəkib qarğıdalı əkmişəm. Görün susuzluqdan nə günə düşüb. Az-çox gələn suyu da icra nümayəndəsi, bələdiyyə sədri, onların yaxınları öz əkinlərini suvarırlar. Bizim kimi yetim-yesir də qalırıq susuz. Ən yaxşı yerləri özləri əkirlər. Ona görə də hamı kənddən qaçır. Təkcə bizim kiçik məhəllədə 20-dən çox ailə qapısını bağlayıb Türkiyəyə gedibВ».

Sakinlər kənddə içməli suyun olmamasından da şikayət edirlər. Onlar deyir ki, bir il öncə kəndə su çəkilib. Ancaq kranlardan cəmi 15 dəqiqə su gəlib. Kənd sakini Saleh Orucov:

В«VASİF TALIBOV GEDƏN KİMİ SU KƏSİLDİВ»

В«Gördüyünüz kranlardan kənddə onlarladır. Açılışında Ali Məclisin sədri Vasif Talıbov da iştirak edirdi. Vasif Talıbov gedən kimi su kəsildi. O gündən hələ də su vermirlər. Heç kim də maraqlanmır. İçməli suyu qonşu kəndlərdən gətiririk. Dərdimizi kimə deyək bilmirik? Məktəbdə su quyusu qazıblar. Keyfiyyətsiz, qurdlu su çıxır quyudan. Uşaqlar da məcbur qalıb içirlər həmin suyuВ».

Hüquq müdafiəçisi Həkimeldostu Mehdiyev də Naxçıvandakı kəndlərin boşalmasının əsas səbəbini işsizlikdə görür:

В«ALIŞARDA KİMSƏ ÖLƏNDƏ ONU ƏSGƏRLƏR GƏLİB BASDIRIRLAR...В»

В«Bu çox aktual və ciddi mövzudur. Bu gün həqiqətən də Naxçıvan boşalıb. Bunun səbəbi işsizlikdir. Kəndli əkə bilmir, imkan vermirlər. Yaxşı yerləri məmurlar zəbt eləyib. İstanbulda bir məhəllə var, ora şərurluların məhəlləsi deyirlər. Şərurdan ailəlikcə köçənlər orada qalırlar. Orada doğulan uşaqlar məktəbə də getmirlər. Bu çox acınacaqlıdır. Alışar kəndinin vəziyyəti lap acınacaqlıdır. Orada biri öləndə mərhumu basdırmağa adam da tapılmır. Əsgərlər gəlib basdırırВ».

Məsələyə münasibət öyrənmək üçün Alışar kənd icra nümayəndəsi Həsən Məmmədovla əlaqə saxladıq. Həsən Məmmədov kəndin boşalması, əkin sahələrinin məmurların qohumları tərəfindən zəbt olunması haqda deyilənləri təkzib etdi:

В«YALAN SÖZLƏRDİ, KƏND BOŞALMAYIBВ»

- В«Yalan sözlərdi. Kənd boşalmayıb. Stadionu da heç kim əkməyib. Uşaqlar orada futbol oynayırlar. İçməli su problemimiz də yoxdu. Artezianlardan su çəkilib kəndəВ».

- Mən özüm də şahidi oldum ki, kənddə onlarla ev boşdur. Hiss olunur ki, uzun müddətdir oralarda yaşamırlar.

- В«Camaat kənddədirВ».

- Bəs, boş evlər kiminkidir?

- В«İmkanlı adamlar uşaqları üçün Bakıya, Türkiyəyə köçənlərin evlərini alır, hələlik orada yaşamırlar. Evlənəndən sonra köçəcəklər. Ona görə boşdurВ».

Kəndin bələdiyyə sədri Nurulla Salmanov da icra nümayəndəsinin dediklərini təsdiq edir:

В«O torpaqlar örüş deyil. Bələdiyyənin balansında olan torpaqlardır. Növbə ilə kənd camaatına verilir, əkirlər. Oranı əkənlər heç kimin qohumu deyillərВ». \ Azadlıq Radiosu \










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16
Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06
Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00
Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:54
Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44
Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41
Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33
Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48
TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45
Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru