Bakı sözünü dedi: .....                     BDU-nun rektoru Böyük Britaniyada sessiyada çıxış edib .....                     Fuad Nəcəflinin mətbuat işləri də KƏLLƏMAYALLAQDIR... .....                     Bakının sülhlə bağlı daha bir tələbi yerinə yetirilir .....                     Babək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub .....                     "Bu hakim eyni kökənli 4 müxtəlif işlə bağlı mənim əleyhimə qanunsuz qərarlar verib" .....                     Arxivdən Bakıya material ötürülüb? .....                     "Erməni xalqı fanatik erməni kilsəsinin girovuna çevrilib" .....                     Elçibəyin 24,5 min dollarlıq planı üzə çıxdı .....                     Rusiya üzərindəki “Hörümçək toru” .....                     Putinin yaxın zamanda Tehrana səfər edəcəyini gözləyirik .....                     "The British Council" Rusiyada arzuolunmaz elan edilib .....                     Adil Əliyevdən REAKSİYA: İttihamları dandı... .....                     BOKT sistemi İFLAS HƏDDİNDƏ... .....                     “AZSIĞORTA” ASC-də yeni təyinat olub .....                     Qazi TƏBİB-in verdiyi yeməkdən şikayətləndi .....                     Gəncə niyə kriminal şəhər kimi TANINIR? .....                     Küləyin törətdiyinə niyə cavabdeh oluram? .....                     Yasamal RİH-in şöbə müdirinə elektron qolbaq taxıldı .....                     Regionlarda kommunal xərclər üç dəfə azaldılsın! .....                     "Bakıxanov Trikotaj" ASC səhmdarlarını yığıncağa çağırır .....                     Naxçıvanda anasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub .....                     Manatın məzənnəsi haqda kritik proqnoz .....                     “Şüvəlan” ASC-də yığıncaq keçiriləcək .....                     Bakıda vəzifəli şəxslərin adından rüşvət alan sahibkar kimdir? .....                     Əmək müqaviləsi ləğv edilmiş işçilər... .....                     "Şirvan Mehmanxana" ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək .....                     Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? .....                     Onu erməni xalqı və ruspərəst müxalifət niyə müdafiə etmədi .....                     KAPİTAL BANK bax, belə problem yaradır .....                     Trampın İran siyasəti iflasa uğrayır? .....                     Vəzifədə olarkən ölən məmurlar: Virus, dəm qazı, qəza... .....                     Bakının o qərarından sonra... .....                     Marketdəki bu məhsullar təhlükə saçır .....                     Tramp və İlon Mask arasında münasibətlər gərginləşir .....                     Rusiyada azərbaycanlılara qarşı aşağılayıcı söz: “Oğlu…” .....                     Quru sərhədləri ilə bağlı mühüm açıqlama .....                     "Qardaşım özünü öldürsə, KİM CAVAB VERƏCƏK?" .....                     Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri .....                     "Məni Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar" .....                 

MODERN SAVAŞI ilk tətbiq edən BAKI: Ukrayna təcrübəsi də yarandı... - Bundan sonra nə edəcəyik...
Tarix: 3-06-2025, 08:10 | Çap et

Xəbər verdiyimiz kimi, iki gün öncə Rusiyanın hərbi tarixinə şok kimi düşəcək hadisə yaşanıb. Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya ərazisində həyata keçirdiyi unikal və hədəfə çatmış bir dron əməliyyatı ilə strateji aviasiyaya ölümcül zərbə endirib.

Ukrayna kəşfiyyatı Murmansk və İrkutsk vilayətlərində yerləşən Olenya və Belaya hərbi hava bazalarına sızaraq kütləvi dron hücumu təşkil edib. Hücum nəticəsində 40-dan çox strateji bombardmançı - Tu-95 və Tu-22 M3 təyyarələri, eləcə də A-50 tipli erkən xəbərdarlıq (RLS) hava gəmisi sıradan çıxarılıb.

UTX-nin “Hörümçək” xüsusi əməliyyatı il yarımdan çox müddətə hazırlanıb. Məlumata görə, əməliyyata Ukrayna Prezidenti Vladimir Zelenski şəxsən nəzarət edib. Əməliyyatın ən diqqətçəkən və heyrət doğuran tərəfi isə dronların Ukrayna ərazisindən yox, birbaşa Rusiyanın həmin bölgələrin içindən buraxılmasıdır. Rusiya ərazisinə yük maşınları ilə gətirilən pilotsuz sistemlər bazaların yaxınlığında gizlədilərək, koordinasiyalı şəkildə aktivləşdirilib. Bu da Ukrayna kəşfiyyatının dərinlikdə işləmək qabiliyyətinin yüksək səviyyədə olduğunu göstərir. Əməliyyatın planlaşdırılması və icrası UTX rəhbəri general Vasili Malyukun rəhbərliyi altında həyata keçirilib.

Bildirilib ki, əməliyyat logistika baxımından son dərəcə mürəkkəb olub. Əvvəlcə UTX Rusiyaya dronları, sonra isə mobil taxta evləri göndərib. Daha sonra dronlar Rusiya ərazisində yük maşınlarına yerləşdirilən evlərin damları altında gizlədilib. Lazım olan vaxt evlərin damları uzaqdan idarə edilməklə açılıb və dronlar Rusiya bombardmançılarını yandırmaq üçün qalxıb. UTX-dəki mənbələr bildiriblər ki, bu tarixi əməliyyatda iştirak edən şəxslər çoxdan Ukrayna ərazisindədirlər.

Beləcə, klassik anlamda müharibə anlayışı artıq tarixdə qalmaqdadır. Məlum olur ki, quru qoşunlarının mühüm komponenti olan ağır zirehli texnika vahidləri və onların sayı əvvəlki kimi xüsusi önəm kəsb etmir. Nəzərə alsaq ki, Ermənistanın Azərbaycana qarşı rəsmən ərazi iddiası qalır, Bakı və Ankara müharibələrin sürətlə dəyişən bu xarakterinə qarşı hansı ön hazırlıqlar içindədir?

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi icmalçı Emin Həsənli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Ermənistan arasındakı 44 günlük savaş müharibəyə baxışı dəyişdi: “Müasir dronlardan tutmuş bir çox məsələlərə qədər II Qarabağ savaşı çox yanaşmaları dəyişdi. İndi də Ukrayna savaşı ilə bu proses davam edir. Bu savaş Rusiya ordusunun imicinə çox böyük zərbə vurdu. Ukrayna cəbhəsində savaş başlayana qədər dünyanın ikinci ordusu olan Rusiya ordusunda böyük əhval-ruhiyyə var idi ki, bir həftəyə qədər Kiyevi tutacaqlar, Ukraynanı işğal edəcəklər. Amma 3 ildən artıqdır ki, davam edən müharibədə bunun əksi göründü. Digər tərəfdən ordusu ilə daim qürur duyan Rusiyada xüsusi xidmət orqanlarına ciddi diqqət ayrılırdı. Hətta Rusiyanın daxilində hər hansı bir terror hadisəsi baş verəndə deyirdilər ki, bunu Rusiyanın özü təşkil edib, başqa yerdən gəlib bu ölkə daxilində terror hadisəsi həyata keçirə bilməzlər. Mən Şamil Basayevin rəhbərliyi ilə vaxtilə Rusiyanın müxtəlif ərazilərində həyata keçirilən terror hadisələrini nəzərdə tuturam”.

E.Həsənli dedi ki, zərbələr üçün istifadə edilən avadanlıqları, yük maşınlarını Rusiya ərazisinə yerləşdirmək bir nəfərin deyil, bir qrupun işidir: “Deməli, Rusiya xüsusi xidmət orqanları heç bir informasiya ala bilməyiblər. Hər bir ölkənin bu orqanının əsas işi ondan ibarətdir ki, bir hadisə törədilməmişdən əvvəl qarşısını alsın. Müharibə aparan dövlət bunu nəzərə almalıdır. Dünyada müharibə və təhlükəsizlik məsələlərinə baxış hər keçən zaman dəyişməkdədir. Necə ki, 18-19-cu əsrlərə qədər müharibəyə baxış başqa idi, orta əsrlərdə tam başqa cürdür, min illərlə at üzərində savaşlar gedib, qılınc, qalxan, nizələr təkminləşirdi. Daha sonra odlu silahlar-tanklar, toplar və s. işə düşdü.

XXI əsrdə isə texnologiya daha da sürətlənir. Əgər bu əsrdə 10 illərdən bir dəyişiklik olurdusa, bundan öncəki qədim zamanlarda yüz illər bəzən keçirdi. Yaşadığımız indiki əsrdə hər an dəyişiklik demək olar ki, baş verir. Müəyyən sahələrdə olduğu kimi, hərbi sahədə də silah-sursatın dəyişdirilməsi baxımından da dəyişikliklər olur. Bir daha qeyd etmək istəyirəm ki, müharibələrdə hər zaman kəşfiyat və əks-kəşfiyyatın da rolu çox böyük olur. Rusiya ilə bağlı son hadisə də onu göstərdi. Yəni müharibədə kompleksi aşmaq lazımdır. Rabitə vasitələrindən tutmuş artilleriya vasitələrinə qədər, quru qoşunlarından tutmuş xüsusi təyinatlılara qədər hər biri mühümdür".

Hərbi təhlilçi vurğuladı ki, Azərbaycan və Türkiyə daim analizlər aparır, müasir dünyanın çağırışlarına uyğunlaşır: “Məhz o təhlillər nəticəsində 44 günlük və bir günlük antiterror əməliyyatında taktiki, strateji və silahlar baxımından da parlaq qələbə qazandıq. Savaşlarda döyüş hazırlığı nə qədər önəmlidirsə, ağıl da bir o qədər önəmlidir. Türkiyə apardığı antiterror tədbirləri ilə onu göstərdi ki, zamanında çox doğru qərarlar verib. Son olaraq, Pakistan-Hindistan müharibəsində də biz bunun şahidi olduq. Azərbaycan, Türkiyə və Pakistan XXI əsrdə apardıqları müharibələrdə böyük üstünlükləri məhz dediklərimizi düzgün həyata keçirmələri sayəsində əldə ediblər. Hər üç ölkə bu istiqamətdə birgə addımlar atırlar. Laçındakı son üçlü görüş də çox qürurverici hal oldu. Hesab edirəm ki, Azərbaycan dövləti zamanın çağırışlarına cavab verən doğru addımları daim atır. Atılan addımlar dediklərimizi sübut etdi”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı sözünü dedi: - indi növbə Avropa İttifaqında
Bu gün, 11:29
BDU-nun rektoru Böyük Britaniyada sessiyada çıxış edib
Bu gün, 11:07
Fuad Nəcəflinin mətbuat işləri də KƏLLƏMAYALLAQDIR... - İLGİNC
Bu gün, 11:05
Bakının sülhlə bağlı daha bir tələbi yerinə yetirilir - Abramyan
Bu gün, 10:59
Babək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub - ƏMR
Bu gün, 10:54
"Bu hakim eyni kökənli 4 müxtəlif işlə bağlı mənim əleyhimə qanunsuz qərarlar verib" - BÜTÜN NAXÇIVANIN İZLƏDİYİ İŞ...
Bu gün, 10:51
Arxivdən Bakıya material ötürülüb? – İrəvan casus axtarır
Bu gün, 10:46
"Erməni xalqı fanatik erməni kilsəsinin girovuna çevrilib" - FAKT BUDUR!
Bu gün, 10:43
Elçibəyin 24,5 min dollarlıq planı üzə çıxdı – Sabiqlər toqquşdu, gerçək isə…
Bu gün, 10:40
Rusiya üzərindəki “Hörümçək toru” – Moskva mövqeyindən geri çəkiləcək?
Bu gün, 10:35
Putinin yaxın zamanda Tehrana səfər edəcəyini gözləyirik - Səfir
Bu gün, 10:34
"The British Council" Rusiyada arzuolunmaz elan edilib
Bu gün, 10:01
Adil Əliyevdən REAKSİYA: İttihamları dandı... - "Hadisə ilə heç bir bağlılığım yoxdur..."
Bu gün, 09:59
BOKT sistemi İFLAS HƏDDİNDƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:53
“AZSIĞORTA” ASC-də yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:50
Qazi TƏBİB-in verdiyi yeməkdən şikayətləndi - VİDEO
Bu gün, 09:48
Gəncə niyə kriminal şəhər kimi TANINIR? - ARAŞDIRMA
Bu gün, 09:41
Küləyin törətdiyinə niyə cavabdeh oluram? - GİLEY
Bu gün, 09:38
Yasamal RİH-in şöbə müdirinə elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
Bu gün, 09:32
Regionlarda kommunal xərclər üç dəfə azaldılsın! - Fazil Mustafa Zahid Orucu DƏSTƏKLƏDİ
Bu gün, 09:29
"Bakıxanov Trikotaj" ASC səhmdarlarını yığıncağa çağırır
Bu gün, 09:19
Naxçıvanda anasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 09:18
Manatın məzənnəsi haqda kritik proqnoz – Fərq az olsa da…
Bu gün, 09:15
“Şüvəlan” ASC-də yığıncaq keçiriləcək
Bu gün, 09:12
Bakıda vəzifəli şəxslərin adından rüşvət alan sahibkar kimdir? – ŞOK FAKTLAR
Bu gün, 09:12
Əmək müqaviləsi ləğv edilmiş işçilər... - Ekspert danışır...
Bu gün, 09:08
"Şirvan Mehmanxana" ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Bu gün, 09:04
Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 08:55
Onu erməni xalqı və ruspərəst müxalifət niyə müdafiə etmədi - səbəblər
Bu gün, 08:45
KAPİTAL BANK bax, belə problem yaradır - "Bu cür dələduzluqla..."
Bu gün, 08:41
Trampın İran siyasəti iflasa uğrayır? - GƏLİŞMƏ
Bu gün, 08:35
Vəzifədə olarkən ölən məmurlar: Virus, dəm qazı, qəza... - SİYAHI
Bu gün, 08:31
Bakının o qərarından sonra... - Rusiyanın casus yuvalarının sonu
Bu gün, 08:28
Marketdəki bu məhsullar təhlükə saçır – Üzərindəki yazıya baxın
Bu gün, 07:47
Tramp və İlon Mask arasında münasibətlər gərginləşir - “The Wall Street Journal”
Bu gün, 07:44
Rusiyada azərbaycanlılara qarşı aşağılayıcı söz: “Oğlu…” - NƏ BAŞ VERİR?
Bu gün, 07:03
Quru sərhədləri ilə bağlı mühüm açıqlama – Yay başladığı üçün…
Bu gün, 07:01
"Qardaşım özünü öldürsə, KİM CAVAB VERƏCƏK?" - İTTİHAM VAR...
Bu gün, 06:52
Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri - İLGİNC FAKTLAR
Bu gün, 06:42
"Məni Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar" - 9 qat dünya çempionundan şok MÜSAHİBƏ
Bu gün, 06:31
"AUTODOC AS COMPANY" MMC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:22
Şeyxin kürəkəni olan səfir azərbaycanlıları tədbirə buraxmayıb - İDDİA
Bu gün, 06:19
Parisin “konsul oyunu”: Cənubi Qafqaza yürüş, yoxsa Bakıya mesaj? - Fransa Ermənistanda yeni mövqe qazanmağa çalışır
Bu gün, 05:54
Araz Musayevdən sensasion müraciət: 'Azərbaycana gəlməyə qorxuram...' - Sifarişi verənlər azadlıqdadır?
Bu gün, 05:48
"O məzar mənim üçün məktəbdir, dərsdir, ibrətdir..."
Bu gün, 05:39
Lerikdə itkin düşmüş 35 yaşlı kişini öldürməkdə şübhəli bilinən qazi saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 00:05
“Vətən müharibəsində on min düşmən əsgəri “ağıllı tərpənərək” aradan çıxdı” - AKTUAL
Bu gün, 00:02
“Elə janrlar var ki, qulaq asmıram amma pisləmirəm də” - Ağamirzədən Hacı Aqil Məlikova ETİRAZ
Dünən, 21:39
Tanınmış həkim nazirliyi heçə saydı, video paylaşdı - VİDEO
Dünən, 21:34
Qərbi Azərbaycan İcmasından anlaşılmaz addım: Vəsiqə paylayan təşkilat? - NƏ BAŞ VERİR?
Dünən, 19:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru