BDU-nun rektoru Böyük Britaniyada sessiyada çıxış edib .....                     Fuad Nəcəflinin mətbuat işləri də KƏLLƏMAYALLAQDIR... .....                     Bakının sülhlə bağlı daha bir tələbi yerinə yetirilir .....                     Babək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub .....                     "Bu hakim eyni kökənli 4 müxtəlif işlə bağlı mənim əleyhimə qanunsuz qərarlar verib" .....                     Arxivdən Bakıya material ötürülüb? .....                     "Erməni xalqı fanatik erməni kilsəsinin girovuna çevrilib" .....                     Elçibəyin 24,5 min dollarlıq planı üzə çıxdı .....                     Rusiya üzərindəki “Hörümçək toru” .....                     Putinin yaxın zamanda Tehrana səfər edəcəyini gözləyirik .....                     "The British Council" Rusiyada arzuolunmaz elan edilib .....                     Adil Əliyevdən REAKSİYA: İttihamları dandı... .....                     BOKT sistemi İFLAS HƏDDİNDƏ... .....                     “AZSIĞORTA” ASC-də yeni təyinat olub .....                     Qazi TƏBİB-in verdiyi yeməkdən şikayətləndi .....                     Gəncə niyə kriminal şəhər kimi TANINIR? .....                     Küləyin törətdiyinə niyə cavabdeh oluram? .....                     Yasamal RİH-in şöbə müdirinə elektron qolbaq taxıldı .....                     Regionlarda kommunal xərclər üç dəfə azaldılsın! .....                     "Bakıxanov Trikotaj" ASC səhmdarlarını yığıncağa çağırır .....                     Naxçıvanda anasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub .....                     Manatın məzənnəsi haqda kritik proqnoz .....                     “Şüvəlan” ASC-də yığıncaq keçiriləcək .....                     Bakıda vəzifəli şəxslərin adından rüşvət alan sahibkar kimdir? .....                     Əmək müqaviləsi ləğv edilmiş işçilər... .....                     "Şirvan Mehmanxana" ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək .....                     Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? .....                     Onu erməni xalqı və ruspərəst müxalifət niyə müdafiə etmədi .....                     KAPİTAL BANK bax, belə problem yaradır .....                     Trampın İran siyasəti iflasa uğrayır? .....                     Vəzifədə olarkən ölən məmurlar: Virus, dəm qazı, qəza... .....                     Bakının o qərarından sonra... .....                     Marketdəki bu məhsullar təhlükə saçır .....                     Tramp və İlon Mask arasında münasibətlər gərginləşir .....                     Rusiyada azərbaycanlılara qarşı aşağılayıcı söz: “Oğlu…” .....                     Quru sərhədləri ilə bağlı mühüm açıqlama .....                     "Qardaşım özünü öldürsə, KİM CAVAB VERƏCƏK?" .....                     Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri .....                     "Məni Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar" .....                     "AUTODOC AS COMPANY" MMC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                 

Gözlər Xankəndidə: 10 ölkə Qarabağa niyə toplaşır? - GƏLİŞMƏ
Tarix: 3-06-2025, 08:55 | Çap et

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Darla Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvəsini müzakirə edib. Bildirilib ki, telefon danışığı əsnasında Pakistanın baş diplomatı “bu həftənin əvvəlində Azərbaycana səfəri zamanı göstərilmiş səmimi qonaqpərvərliyə görə xarici işlər nazirinə təşəkkür edib”.

“Hər iki nazir 2025-ci ilin iyul ayının əvvəlində Azərbaycanda keçiriləcək İƏT Zirvəsinin təfərrüatlarını, iştirakçılarını və mexanizmlərini müzakirə ediblər”, - press-relizdə diqqətə çatdırılıb.

Qeyd edək ki, İƏT-in 17-ci Zirvəsi 3-4 iyul tarixlərində Xankəndi şəhərində keçiriləcək. Builki mövzu davamlı inkişaf və iqlimə dayanıqlı iqtisadi əməkdaşlıq barədə olacaq

Qeyd edək ki, 2023-cü ilin noyabrında Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilib.

Beynəlxalq iqtisadi toplantının Xankəndidə təşkili əlamətdar hadisədir. Bu həm də Xankəndini diqqət mərkəzinə gətirir. 30 ildən çox separatizmə yuva olmuş bu Azərbaycan şəhərində heç bir rəsmi tədbir və yaxud beynəlxalq konfrans keçirilməyib. Ordumuz şəhəri xunta rejimindən təmizlədikdən sonra Xankəndidə qanuni idarəetmə qurulub.

1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlandırılıb.

Təşkilatın məqsədi davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin davamlı iqtisadi inkişafının təmin edilməsi, ticarətin liberallaşdırılması və region daxili ticarətin təşviqi, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsidir.

Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra - 1992-ci ildə təşkilata üzv olub. Hazırda mənzil-qərargahı Tehranda yerləşən İƏT-in 10 üzvü var - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan, İran.

İƏT-in kənd təsərrüfatı sahəsi; sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir.

1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransında müşahidəçi statusu alıb.

2023-cü ilin yanvarında təşkilata sədrlik Özbəkistandan Azərbaycana keçib. Azərbaycan “İƏT-ə üzv dövlətlər arasında ticarət əməkdaşlığına dair Çərçivə Sazişi”, “İƏT regionunda tranzit nəqliyyat haqqında Saziş”, “İƏT regionunda investisiyaların təşviqi və qorunması haqqında Saziş” kimi sazişlər imzalayıb. Bu sazişlərin məqsədi üzv dövlətlər arasında iqtisadi əməkdaşlığı gücləndirmək və daxili ticarəti inkişaf etdirməkdir. Nazirlər Şurasının 21-ci iclasında Bakıda İƏT Araşdırma Mərkəzinin yaradılması haqqında qərar qəbul edilib.

Qeyd edək ki, son illərdə dünyada regional əsaslı birliklərin fəallaşması və əhəmiyyətinin artması müşahidə olunur. Eyni coğrafi məkanda yerləşən dövlətlərin sərhəd və milli yaxınlığı əməkdaşlıq üçün geniş perspektivlər açır. Sərhədyanı regionların inkişafı, beynəlxalq ticarətə inteqrasiya, nəqliyyat və tranzit sahələrdə əməkdaşlıq iqtisadi inkişafa, mehriban qonşuluğa və fövqəladə vəziyyətlərdə qarşılıqlı yardıma yüksək imkanlar yaradır.

Hazırda İƏT-ə üzv olan ölkələrdə ümumilikdə 550 milyon əhali yaşayır. Bu o deməkdir ki, təşkilat həm region, həm də istehlakçı potensialı baxımından kifayət qədər ciddi potensiala malikdir. Bu potensialına görə təşkilatın böyük perspektivi olduğu hesab edilir. İƏT üzvləri arasındakı illik ticarət dövriyyəsi 76 milyard dollara çatır.

Azərbaycan təşkilatın demək olar ki, bütün üzvləri ilə sıx inteqrasiya, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi siyasəti yürüdür. Belə ki, Bakı Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla Asiyadan Avropaya yükdaşımaların təşkilini nəzərdə tutan Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində iqtisadi əlaqələrini genişləndirir. Ölkələrin nəqliyyat infrastrukturlarının inteqrasiyası istiqamətində çoxsaylı mühüm layihələr həyata keçirilməkdədir. Regionda marağı olan və faktiki rəqabət aparan Avropa İttifaqı, ABŞ və Çinin dəstəyini əldə edən layihənin inkişaf perspektivləri çox yüksək qiymətləndirilir.

Eyni zamanda Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə Avropaya yaşıl enerji dəhlizinin yaradılması üzərində işləyir. Üç ölkə arasında ötən ilin mayında bərpa olunan enerji mənbələrindən əldə olunan elektrik enerjisinin Azərbaycan üzərindən Avropaya ötürülməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

Azərbaycan İranla Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində uğurla əməkdaşlıq edir. Zaman-zaman yaranan fikir ayrılıqları və soyuqlaşmalara baxmayaraq, ölkələr arasında ticarət-iqtisadi əlaqələr dinamikdir. Maraqlıdır ki, Şimaı-Cənub Nəqliyyat Dəhlizinin əsas komponentlərindən biri olan Qəzvin-Rəşt-Astara dəmiryol xəttinin tikintisi məsələsi 2012-ci ildə İƏT çərçivəsində prioritet layihələrdən biri kimi tövsif edilib.

Nəhayət, Azərbaycanın Türkiyə və Pakistanla münasibətləri ictimai-siyasi, sosial, mədəni və iqtisadi həyatın bütün sahələrində yüksək sürətlə inkişaf edir. 44 günlük Vətən müharibəsi dövründə hər iki ölkənin Azərbaycana verdiyi birmənalı dəstək bu ilin mayında Hindistanın aqressiyası ilə üzləşən Pakistana münasibətdə Azərbaycan və Türkiyə tərəfindən sərgilənib. Ötən həftə Pakistanın baş naziri və Türkiyə Prezidenti Azərbaycana gəlib, Şuşada üç dövlətin rəhbərlərinin iştirakı ilə yüksək səviyyəli zirvə görüşü keçirilib, qarşılıqlı əməkdaşlıq və strateji müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsinə yönəlik mühüm qərarla qəbul edilib.

İƏT üzvü olan ölkələrdən İran, Pakistan və Əfqanıstan istisna olmaqla, qalanlarla Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində də dərin əməkdaşlıq əlaqələrinə malikdir.

Ticarət sahəsində Azərbaycan İƏT-in Ticarət və İnvestisiya Palatası (ECO CCI) vasitəsilə üzv ölkələr arasında ticarət maneələrinin aradan qaldırılmasına və qarşılıqlı investisiya imkanlarının artırılmasına dəstək verib. İƏT çərçivəsində azad ticarət sazişlərinin hazırlanması və gömrük prosedurlarının sadələşdirilməsi kimi təşəbbüslər Azərbaycanın iqtisadi maraqlarına xidmət edir. Ölkənin ixrac potensialı, xüsusilə qeyri-neft sektorunda, İƏT bazarlarında genişlənməyə imkan yaradır. Kənd təsərrüfatı məhsulları, sənaye malları və turizm sektoru Azərbaycanın İƏT ölkələri ilə ticarət əlaqələrində mühüm yer tutur.

İƏT zirvələrinin tarixinə nəzər yetirsək, bu tədbirlərdə həmişə üzv ölkələrin dövlət rəhbərlərinin iştirak etdiyini görürük. Bu baxımdan, İran prezidentinin azad olunmuş Xankəndinə gəlişi mühüm hadisə hesab oluna bilər.

İqtisadçı Eldəniz Əmirovun “Yeni Müsavat”a dediyinə görə, İƏT zirvəsinin Xankəndidə keçirilməsi daha çox siyasi mənaya malikdir: “Bunun iqtisadi yükündən daha çox siyasi yükü var. Azərbaycanın Xankəndi də daxil olmaqla, işğaldan azad olunmuş torpaqlarımız üzərində suveren hüquqlarının xüsusilə də region ölkələri, İran tərəfindən tanınması, qəbul edilməsi baxımından tədbirin əhəmiyyəti böyükdür. Ümumiyyətlə, təşkilat iqtisadi əməkdaşlıq məqsədilə yaransa da, həmişə daha çox siyasi əlaqələr baxımından əhəmiyyətə malik olub. Elə buna görə də qırx ildən çox yaşı olsa da, üzv dövlətlərin iqtisadi inteqrasiyasında əhəmiyyətli rol oynaya bilməyib, dövlətlər daha çox iki və bir neçə tərəfli münasibətlər çərçivəsində əməkdaşlıq edirlər. Yəni təşkilat daxilində əməkdaşlıq mümkün potensialının az bir hissəsini əhatə edir.

Bu baxımdan, üzvlərin birgə görüşlərinin intensivləşdirilməsinə ehtiyac var. Eyni zamanda bu görüşlərin effektivliyinin artırılması üçün ölçüləbilən nəticələrin əldə olunması vacibdir. Təbii ki, siyasi baxımdan hazırkı şəraitdə Türkiyə, Azərbaycan və Pakistan arasında olan əlaqələrin üst səviyyədə olması, İranın da regionda Azərbaycanın mövqeyini son dövrlərdə açıq şəkildə dəstəkləməsi, hesab edirəm ki, perspektivdə İqtisadi Əməkdaşlıq Təşkilatının 40 il öncə yaranarkən qarşıya qoyduğu hədəflərə çatması üçün münbit şərait yaradır”.

E.Əmirovun sözlərinə görə, sədrlik Azərbaycana keçdikdən sonra təşkilatın fəaliyyətində ciddi canlanma müşahidə edilir: “Azərbaycan təşəbbüskar ölkədir. Heç vaxt hansısa təşkilata üzvlük xatirinə üzv olmur, hansısa birliyə rəhbərlik dövründə aktiv təşəbbüsləri ilə onun fəaliyyətini gücləndirir. Elə Qoşulmama Hərəkatına rəhbərliyi dövründə Azərbaycanın bu qurumun inkişafına verdiyi töhfələri yada salmaq kifayətdir ki, ölkəmizin beynəlxalq müstəvidə üzərinə düşən öhdəlikləri necə böyük məsuliyyətlə icra etdiyini görmək mümkün olsun. Belə aktivliyi Azərbaycan BMT-dən başlayaraq, üzv olduğu 18 beynəlxalq təşkilat, tərəfdaşlıq etdiyi 12 beynəlxalq qurum çərçivəsində nümayiş etdirir: hər zaman təşəbbüskardır, müxtəlif problemlərin aradan qaldırılması istiqamətində konkret təkliflərlə çıxış edir, onların icrasına nail olur. Bu aktivlik İqtisadi Əməkdalıq Təşkilatına sədrliyi dövründə də açıq görünür”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BDU-nun rektoru Böyük Britaniyada sessiyada çıxış edib
Bu gün, 11:07
Fuad Nəcəflinin mətbuat işləri də KƏLLƏMAYALLAQDIR... - İLGİNC
Bu gün, 11:05
Bakının sülhlə bağlı daha bir tələbi yerinə yetirilir - Abramyan
Bu gün, 10:59
Babək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub - ƏMR
Bu gün, 10:54
"Bu hakim eyni kökənli 4 müxtəlif işlə bağlı mənim əleyhimə qanunsuz qərarlar verib" - BÜTÜN NAXÇIVANIN İZLƏDİYİ İŞ...
Bu gün, 10:51
Arxivdən Bakıya material ötürülüb? – İrəvan casus axtarır
Bu gün, 10:46
"Erməni xalqı fanatik erməni kilsəsinin girovuna çevrilib" - FAKT BUDUR!
Bu gün, 10:43
Elçibəyin 24,5 min dollarlıq planı üzə çıxdı – Sabiqlər toqquşdu, gerçək isə…
Bu gün, 10:40
Rusiya üzərindəki “Hörümçək toru” – Moskva mövqeyindən geri çəkiləcək?
Bu gün, 10:35
Putinin yaxın zamanda Tehrana səfər edəcəyini gözləyirik - Səfir
Bu gün, 10:34
"The British Council" Rusiyada arzuolunmaz elan edilib
Bu gün, 10:01
Adil Əliyevdən REAKSİYA: İttihamları dandı... - "Hadisə ilə heç bir bağlılığım yoxdur..."
Bu gün, 09:59
BOKT sistemi İFLAS HƏDDİNDƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:53
“AZSIĞORTA” ASC-də yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:50
Qazi TƏBİB-in verdiyi yeməkdən şikayətləndi - VİDEO
Bu gün, 09:48
Gəncə niyə kriminal şəhər kimi TANINIR? - ARAŞDIRMA
Bu gün, 09:41
Küləyin törətdiyinə niyə cavabdeh oluram? - GİLEY
Bu gün, 09:38
Yasamal RİH-in şöbə müdirinə elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
Bu gün, 09:32
Regionlarda kommunal xərclər üç dəfə azaldılsın! - Fazil Mustafa Zahid Orucu DƏSTƏKLƏDİ
Bu gün, 09:29
"Bakıxanov Trikotaj" ASC səhmdarlarını yığıncağa çağırır
Bu gün, 09:19
Naxçıvanda anasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 09:18
Manatın məzənnəsi haqda kritik proqnoz – Fərq az olsa da…
Bu gün, 09:15
“Şüvəlan” ASC-də yığıncaq keçiriləcək
Bu gün, 09:12
Bakıda vəzifəli şəxslərin adından rüşvət alan sahibkar kimdir? – ŞOK FAKTLAR
Bu gün, 09:12
Əmək müqaviləsi ləğv edilmiş işçilər... - Ekspert danışır...
Bu gün, 09:08
"Şirvan Mehmanxana" ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Bu gün, 09:04
Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 08:55
Onu erməni xalqı və ruspərəst müxalifət niyə müdafiə etmədi - səbəblər
Bu gün, 08:45
KAPİTAL BANK bax, belə problem yaradır - "Bu cür dələduzluqla..."
Bu gün, 08:41
Trampın İran siyasəti iflasa uğrayır? - GƏLİŞMƏ
Bu gün, 08:35
Vəzifədə olarkən ölən məmurlar: Virus, dəm qazı, qəza... - SİYAHI
Bu gün, 08:31
Bakının o qərarından sonra... - Rusiyanın casus yuvalarının sonu
Bu gün, 08:28
Marketdəki bu məhsullar təhlükə saçır – Üzərindəki yazıya baxın
Bu gün, 07:47
Tramp və İlon Mask arasında münasibətlər gərginləşir - “The Wall Street Journal”
Bu gün, 07:44
Rusiyada azərbaycanlılara qarşı aşağılayıcı söz: “Oğlu…” - NƏ BAŞ VERİR?
Bu gün, 07:03
Quru sərhədləri ilə bağlı mühüm açıqlama – Yay başladığı üçün…
Bu gün, 07:01
"Qardaşım özünü öldürsə, KİM CAVAB VERƏCƏK?" - İTTİHAM VAR...
Bu gün, 06:52
Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri - İLGİNC FAKTLAR
Bu gün, 06:42
"Məni Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar" - 9 qat dünya çempionundan şok MÜSAHİBƏ
Bu gün, 06:31
"AUTODOC AS COMPANY" MMC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:22
Şeyxin kürəkəni olan səfir azərbaycanlıları tədbirə buraxmayıb - İDDİA
Bu gün, 06:19
Parisin “konsul oyunu”: Cənubi Qafqaza yürüş, yoxsa Bakıya mesaj? - Fransa Ermənistanda yeni mövqe qazanmağa çalışır
Bu gün, 05:54
Araz Musayevdən sensasion müraciət: 'Azərbaycana gəlməyə qorxuram...' - Sifarişi verənlər azadlıqdadır?
Bu gün, 05:48
"O məzar mənim üçün məktəbdir, dərsdir, ibrətdir..."
Bu gün, 05:39
Lerikdə itkin düşmüş 35 yaşlı kişini öldürməkdə şübhəli bilinən qazi saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 00:05
“Vətən müharibəsində on min düşmən əsgəri “ağıllı tərpənərək” aradan çıxdı” - AKTUAL
Bu gün, 00:02
“Elə janrlar var ki, qulaq asmıram amma pisləmirəm də” - Ağamirzədən Hacı Aqil Məlikova ETİRAZ
Dünən, 21:39
Tanınmış həkim nazirliyi heçə saydı, video paylaşdı - VİDEO
Dünən, 21:34
Qərbi Azərbaycan İcmasından anlaşılmaz addım: Vəsiqə paylayan təşkilat? - NƏ BAŞ VERİR?
Dünən, 19:04
Kiyevə sülh lazım deyil - Rusiya Prezidenti
Dünən, 19:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru