Arxivdən Bakıya material ötürülüb? .....                     "Erməni xalqı fanatik erməni kilsəsinin girovuna çevrilib" .....                     Elçibəyin 24,5 min dollarlıq planı üzə çıxdı .....                     Rusiya üzərindəki “Hörümçək toru” .....                     Putinin yaxın zamanda Tehrana səfər edəcəyini gözləyirik .....                     "The British Council" Rusiyada arzuolunmaz elan edilib .....                     Adil Əliyevdən REAKSİYA: İttihamları dandı... .....                     BOKT sistemi İFLAS HƏDDİNDƏ... .....                     “AZSIĞORTA” ASC-də yeni təyinat olub .....                     Qazi TƏBİB-in verdiyi yeməkdən şikayətləndi .....                     Gəncə niyə kriminal şəhər kimi TANINIR? .....                     Küləyin törətdiyinə niyə cavabdeh oluram? .....                     Yasamal RİH-in şöbə müdirinə elektron qolbaq taxıldı .....                     Regionlarda kommunal xərclər üç dəfə azaldılsın! .....                     "Bakıxanov Trikotaj" ASC səhmdarlarını yığıncağa çağırır .....                     Naxçıvanda anasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub .....                     Manatın məzənnəsi haqda kritik proqnoz .....                     “Şüvəlan” ASC-də yığıncaq keçiriləcək .....                     Bakıda vəzifəli şəxslərin adından rüşvət alan sahibkar kimdir? .....                     Əmək müqaviləsi ləğv edilmiş işçilər... .....                     "Şirvan Mehmanxana" ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək .....                     Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? .....                     Onu erməni xalqı və ruspərəst müxalifət niyə müdafiə etmədi .....                     KAPİTAL BANK bax, belə problem yaradır .....                     Trampın İran siyasəti iflasa uğrayır? .....                     Vəzifədə olarkən ölən məmurlar: Virus, dəm qazı, qəza... .....                     Bakının o qərarından sonra... .....                     Marketdəki bu məhsullar təhlükə saçır .....                     Tramp və İlon Mask arasında münasibətlər gərginləşir .....                     Rusiyada azərbaycanlılara qarşı aşağılayıcı söz: “Oğlu…” .....                     Quru sərhədləri ilə bağlı mühüm açıqlama .....                     "Qardaşım özünü öldürsə, KİM CAVAB VERƏCƏK?" .....                     Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri .....                     "Məni Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar" .....                     "AUTODOC AS COMPANY" MMC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Şeyxin kürəkəni olan səfir azərbaycanlıları tədbirə buraxmayıb .....                     Parisin “konsul oyunu”: Cənubi Qafqaza yürüş, yoxsa Bakıya mesaj? .....                     Araz Musayevdən sensasion müraciət: 'Azərbaycana gəlməyə qorxuram...' .....                     "O məzar mənim üçün məktəbdir, dərsdir, ibrətdir..." .....                     Lerikdə itkin düşmüş 35 yaşlı kişini öldürməkdə şübhəli bilinən qazi saxlanılıb .....                 

İrəvanın səmimiyyətinə şübhə və: sülh mesajları fonunda savaşa hazırlıq - NƏ BAŞ VERİR?
Tarix: 3-06-2025, 10:23 | Çap et

Son günlər rəsmi İrəvan tərəfindən sülh sazişi ilə bağlı pozitiv mesajlar verilıməkdədir. Ermənistan rəsmiləri, başda Baş nazir Nikol Paşinyan olmaqla az qala hər gün “sülhə hazırıq” bəyanatı səsləndirməkdədir. Fransa, Almaniya, ABŞ kimi beynəlxalq güclər tərəfindən də Bakı və İrəvana sülh çağırışları edilir. Rusiyanın timsalında isə sülh sazişi danışıqlarına, sərhədlərin delimitasiya və demarkasiyası işində vasitəçilik təklifləri səsləndirilir.

Azərbaycan isə İrəvandan verilən mesajlara və beynəlxalq aləmdən gələn çağırışlara səbirli davranış nümayiş etdirir. Rəsmi Bakının tələskənliyə yol verməməsinin səbəbi isə bəllidir: Ermənistan tərəfi Azərbaycanın sülh sazişi ilə bağlı şərtlərini, xüsusilə, Ermənistan Konstitusiyasının dəyişdirilməsi və Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciəti hələ də icra etməyib. Bununla yanaşı, Ermənistan sülh bəyanatları fonunda hücum silahları ilə silahlanır ki, bu da Azərbaycanın qarşı tərəfə haqlı olaraq inamsızlığına zəmin yaradır.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli deyib ki, əslində Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı səsləndirilən fikirlər məsələnin bir tərəfidir:

- Əsas amil hərbi məqamdır ki, bu məsələyə Azərbaycan olduqca həssaslıqla yanaşmalıdır. 44 günlük Vətən müharibəsindən sonra hərbi istiqamətdə atılan addımlar da ondan xəbər verir ki, Azərbaycan Ermənistanın gələcək niyyətlərindən xəbərdardır. Bilirsiniz, Paşinyan sonadək Ermənistanın rəhbəri olmayacaq. İstər-istəməz Azərbaycan post-Paşinyan dövrünə də hazır olmalıdır. Ermənistan elə bir ölkə deyil ki, hakimiyyət monolitliyi olsun, stabil hakim qüvvələr olsun. Bu siyasi Eyni zamanda, Ermənistan dövlətinin strateji xətti dəyişkəndir. Bu gün sülh danışıqları, hətta sülh sazişinin özü belə bizim üçün əhəmiyyətli və önəmli deyil. Önəmli olan Ermənistanın sülh müqaviləsinə qədər və sülh müqaviləsindən sonra atacağı addımlardır. Bu addımlar prosesin hansı istiqamətdə gedəcəyini müəyyənləşdirəcək.

Hesab edirəm ki, Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra hərbi imkanlarını artırması istiqamətində atdığı addımlar bu ölkənin Azərbaycana münasibətdə səmimi olmamasından xəbər verir. Digər tərəfdən, özünü regionda sülh və sabitliyin tərəfdarı kimi təqdim edən kənar qüvvələrin əsl niyyətləri fərqlidir. Hansı ki, həmin qüvvələr Ermənistanı beynəlxalq siyasi arenada Azərbaycanla qarşı-qarşıya təmaslarda dəstəkləyirlər, rəsmi İrəvana kömək edirlər. Deməli sülh və sabitlikdə səmimi deyillər və onların çağırışlarına şübhələr haqlıdır. Bunlar Azərbaycanı ehtiyyatlı davranmağı vadar edir.

- Eyni zamanda, sülhə hazır olduğunu bəyanatı edən Ermənistan silahlanmadan da geri qalmır...

- Əlbəttə, bu amil inama zərbə vuran əsas amildir. Ermənistanın aldığı hərbi-texniki avadanlıqlar, silah-sursatların böyük əksəriyyəti hücum təyinatlıdır. Hesab edirəm ki, bu texnika sülhpərvər yanaşma ilə ziddiyyət təşkil edir. Ermənistanın hücum silahları ilə silahlanması İrəvanın sülhdə səmimi olmadığının bariz nümunəsidir. Bundan başqa, Ermənistan Azərbaycanla şərti sərhəddə, Kəlbəcərdən Zəngilanadək ərazidə yeni hərbi hissələr formalaşdırır. Hətta bir yox, iki, biri ehtiyyat, biri isə hücum üçün nəzərdə tutulan hissələri formalaşdırması faktı var. Hücum təyinatlı hərbi hissələrin dislokasiya edilməsi və onların yeni silahlarla təminatı Ermənistanın hansı niyyətdə olduğunu göstərir.

Başqa bir maraqlı məlumat odur ki, Ermənistan 1990-cı illərdə Rusiyadan və digər ölkələrdən aldığı bəzi silah-sursatın, hərbi texnikaları satışa çıxarır, onların satışı üçün müqavilələr bağlayır. Bu hal ondan xəbər verir ki, Ermənistan köhnə texnika ilə vidalaşmaq, ordusunun hərbi texniki cəhətdən müasir silahlarla təmin etməkdədir. Biz yaxın vaxtlarda Ermənistan ordusunun müasir silahlarla təmin olunacağının şahidi olacağıq. Bu amillər Ermənistanın gələcəyə hesablanmış addımlar atdığından xəbər verir. Ona görə də, hesab edirəm ki, Azərbaycan sülh sazişini imzalamağa tələsməməkdə haqlıdır. Çünki qarşı tərəfə etibar etmək çətindir.

- Yəni ehtimal etmək olar ki, qarşı tərəf əslində sülhə yox, müharibəyə hazırlaşır?

- Mən deyə bilmərəm ki, sabah Ermənistan Azərbaycana qarşı müharibəyə başlayacaq. Ermənistanın indi Azərbaycanla müharibə aparmaq potensialı qətiyyən yoxdur. İrəvandakılar anlayırlar ki, üçüncü müharibə Ermənistanın tamamilə məhvi ilə nəticələnə bilər. Amma sabah üçün planlar qururlar və ordularını inkişaf etdirmək də məhz bunun göstəricisidir. Biz qarşı tərəfi tanıyırıq və hansı zehniyyətdə olduqlarını bilirik. Ola bilsin ki, indiki məqamda Paşinyan hökuməti müharibə istəmir, həqiqətən də bu fikrində səmimidir. Amma unutmayaq, Ermənistanda revanşist qüvvələr var və onlar hər bəyanatlarında təhdidlər səsləndirirlər. Dediyim kimi, sabah Paşinyan hakimiyyətdən gedə bilər, onun yerinə həmin revanşistlər gələ bilərlər. O revanşistlər də xarici havadarlarının göstərişi ilə, bölgədə sabitlikdə maraqlı olmayan qüvvələrin əmri ilə işğalçılıq niyyətinə düşə bilərlər. Faktiki olaraq, Ermənistan Konstitusiyasında Azərbaycana qarşıp ərazi iddiası qalır. Rəsmi Bakının da tələbi ona görədir ki, həmin iddiaya rəsmi şəkildə son qoyulsun. Sabah revanşistlər hakimiyyətə gələrlərsə, indi alınan hücum silahlarına əl atmayacaqlarına təminat yoxdur. Bu baxımdan, düşünürəm ki, Azərbaycanın sülh çağırışlarına səbirli yanaşması doğrudur. Sülh sazişində tələskənliyə yol vermək olmaz. Dərindən düşünəndə, sülh Azərbaycandan çox Ermənistana lazımdır. Əgər Ermənistan bunu dərk edirsə, Bakının şərtlərini dinməz-söyləməz qəbul etsin.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arxivdən Bakıya material ötürülüb? – İrəvan casus axtarır
Bu gün, 10:46
"Erməni xalqı fanatik erməni kilsəsinin girovuna çevrilib" - FAKT BUDUR!
Bu gün, 10:43
Elçibəyin 24,5 min dollarlıq planı üzə çıxdı – Sabiqlər toqquşdu, gerçək isə…
Bu gün, 10:40
Rusiya üzərindəki “Hörümçək toru” – Moskva mövqeyindən geri çəkiləcək?
Bu gün, 10:35
Putinin yaxın zamanda Tehrana səfər edəcəyini gözləyirik - Səfir
Bu gün, 10:34
"The British Council" Rusiyada arzuolunmaz elan edilib
Bu gün, 10:01
Adil Əliyevdən REAKSİYA: İttihamları dandı... - "Hadisə ilə heç bir bağlılığım yoxdur..."
Bu gün, 09:59
BOKT sistemi İFLAS HƏDDİNDƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:53
“AZSIĞORTA” ASC-də yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:50
Qazi TƏBİB-in verdiyi yeməkdən şikayətləndi - VİDEO
Bu gün, 09:48
Gəncə niyə kriminal şəhər kimi TANINIR? - ARAŞDIRMA
Bu gün, 09:41
Küləyin törətdiyinə niyə cavabdeh oluram? - GİLEY
Bu gün, 09:38
Yasamal RİH-in şöbə müdirinə elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
Bu gün, 09:32
Regionlarda kommunal xərclər üç dəfə azaldılsın! - Fazil Mustafa Zahid Orucu DƏSTƏKLƏDİ
Bu gün, 09:29
"Bakıxanov Trikotaj" ASC səhmdarlarını yığıncağa çağırır
Bu gün, 09:19
Naxçıvanda anasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 09:18
Manatın məzənnəsi haqda kritik proqnoz – Fərq az olsa da…
Bu gün, 09:15
“Şüvəlan” ASC-də yığıncaq keçiriləcək
Bu gün, 09:12
Bakıda vəzifəli şəxslərin adından rüşvət alan sahibkar kimdir? – ŞOK FAKTLAR
Bu gün, 09:12
Əmək müqaviləsi ləğv edilmiş işçilər... - Ekspert danışır...
Bu gün, 09:08
"Şirvan Mehmanxana" ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Bu gün, 09:04
Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 08:55
Onu erməni xalqı və ruspərəst müxalifət niyə müdafiə etmədi - səbəblər
Bu gün, 08:45
KAPİTAL BANK bax, belə problem yaradır - "Bu cür dələduzluqla..."
Bu gün, 08:41
Trampın İran siyasəti iflasa uğrayır? - GƏLİŞMƏ
Bu gün, 08:35
Vəzifədə olarkən ölən məmurlar: Virus, dəm qazı, qəza... - SİYAHI
Bu gün, 08:31
Bakının o qərarından sonra... - Rusiyanın casus yuvalarının sonu
Bu gün, 08:28
Marketdəki bu məhsullar təhlükə saçır – Üzərindəki yazıya baxın
Bu gün, 07:47
Tramp və İlon Mask arasında münasibətlər gərginləşir - “The Wall Street Journal”
Bu gün, 07:44
Rusiyada azərbaycanlılara qarşı aşağılayıcı söz: “Oğlu…” - NƏ BAŞ VERİR?
Bu gün, 07:03
Quru sərhədləri ilə bağlı mühüm açıqlama – Yay başladığı üçün…
Bu gün, 07:01
"Qardaşım özünü öldürsə, KİM CAVAB VERƏCƏK?" - İTTİHAM VAR...
Bu gün, 06:52
Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri - İLGİNC FAKTLAR
Bu gün, 06:42
"Məni Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar" - 9 qat dünya çempionundan şok MÜSAHİBƏ
Bu gün, 06:31
"AUTODOC AS COMPANY" MMC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:22
Şeyxin kürəkəni olan səfir azərbaycanlıları tədbirə buraxmayıb - İDDİA
Bu gün, 06:19
Parisin “konsul oyunu”: Cənubi Qafqaza yürüş, yoxsa Bakıya mesaj? - Fransa Ermənistanda yeni mövqe qazanmağa çalışır
Bu gün, 05:54
Araz Musayevdən sensasion müraciət: 'Azərbaycana gəlməyə qorxuram...' - Sifarişi verənlər azadlıqdadır?
Bu gün, 05:48
"O məzar mənim üçün məktəbdir, dərsdir, ibrətdir..."
Bu gün, 05:39
Lerikdə itkin düşmüş 35 yaşlı kişini öldürməkdə şübhəli bilinən qazi saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 00:05
“Vətən müharibəsində on min düşmən əsgəri “ağıllı tərpənərək” aradan çıxdı” - AKTUAL
Bu gün, 00:02
“Elə janrlar var ki, qulaq asmıram amma pisləmirəm də” - Ağamirzədən Hacı Aqil Məlikova ETİRAZ
Dünən, 21:39
Tanınmış həkim nazirliyi heçə saydı, video paylaşdı - VİDEO
Dünən, 21:34
Qərbi Azərbaycan İcmasından anlaşılmaz addım: Vəsiqə paylayan təşkilat? - NƏ BAŞ VERİR?
Dünən, 19:04
Kiyevə sülh lazım deyil - Rusiya Prezidenti
Dünən, 19:00
Rusiya və Ukrayna arasında humanitar kanallar üzrə real irəliləyiş var - Lavrov
Dünən, 18:14
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi: Qohumları onu təhdid edir? - TƏFƏRRÜAT
Dünən, 18:01
Siyəzəndə “zəhərli yem” FACİƏSİ: 100 minlik ziyan, saxta sənədlər, vergidən yayınma – AQTA məsuliyyəti niyə BOYNUNDAN ATIR?
Dünən, 17:57
“Nəsibə xanım burada olub, bu evi necə satım? - “Yuxu” filminin çəkildiyi həyətdə...
Dünən, 17:52
Ermənistanda Azərbaycan postuna tapança tuşlayan şəxsə qarşı cinayət işi açılıb - erməni mediası
Dünən, 17:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru