"Nikol Paşinyanın Türkiyə və Azərbaycanı Qurban bayramı münasibətilə təbrik etməsi nədənsə çoxlarını təəccübləndirir və ya qəzəbləndirir. Əslində bu gözlənilən idi".
Teleqraf xəbər verir ki, bunu “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan öz Facebook səhifəsində yazıb.
"Nikol Paşinyan hakimiyyətdə qalmasına görə, Azərbaycan və Türkiyə liderlərinə borcludur. O, 3-cü müddətə seçiləcəyinə ümid edir. O, vəzifədə qalmaq üçün Ermənistanı da satmağa hazırdır" - deyə, hərəkat rəhbəri bildirib.