Mayın 1-də Azərbaycanla Gürcüstan arasında dəmiryolu ilə sərnişindaşıma bərpa olunacağına dair rəsmi məlumatlar olsa da, lakin ötən müddətdə bu xəbər təsdiqini tapmayıb.
Hökumətdəki mənbələr bu məsələnin reallaşmamasının səbəbini Gununsesi.info-ya deyib.
Buna səbəb isə iki ölkə arasındakı Azərbaycana məxsus sərhəd-keçid məntəqəsindəki yenilənmənin başa çatmaması olub.
Belə ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəddəki dəmir yolunda qurduğu məntəqə sökülərək yenidən inşa olunur.
Ən müasir avadanlıqlarla təchiz olunan məntəqə ilə yanaşı, dəmir yollarının sərhəddə yaxın böyük bir hissəsinin ətrafı da hasarlanır.
Mənbəmiz bu prosesin ləngiməsi səbəbindən Azərbaycanla Gürcüstan arasında dəmir yolları vasitəsilə sərnişindaşımananın gecikdiyini deyib.
Məlumatda o da bildirilir ki, iyul ayının əvvəllərində bu prosesin tamamlanması və iki ölkə arasında sərnişindaşımanın həyata keçirəcəyi proqnozlaşdırılır.