AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                     “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi .....                     Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi .....                     Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib .....                     Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi .....                     İranda ETİRAZLAR BAŞLADI: .....                     Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır .....                     Sabah bəzi yerlərdə az yağış yağacaq... .....                     Hüquqşünasdan ağır sözlər: .....                     Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? .....                     "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? .....                     Bakıda falçı evini satan qadının başına OYUN AÇDI .....                     Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... .....                     Afət həmkarlarına MEYDAN OXUDU: .....                     “Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. .....                     "Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" .....                     Ermənistan ordusunda 8 yaralı .....                     Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ .....                     İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib .....                     Naxçıvanda vətəndaşlara YENİ TƏLƏ: `Cibimizi soyurlar...` .....                     Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə... .....                     Holdinqin aqrar biznesinə yeni rəhbər təyin edilib .....                     London Azərbaycanın nəqliyyat dəhlizinə qoşulur .....                     Tramp Moskva və Pekini bombalamaqla hədələyib .....                     Nazirliyin 5 milyonluq tenderi ləğv edildi .....                     “Ks Baku”da qanun HƏRLƏYƏN YOXDUR... .....                     "Ermənistan Elektrik Şəbəkələri"nin ofisində axtarışlar siyasi motivlidir .....                     ETSN-nin NƏZƏRİNƏ: Lənkəranda camaatı boğurlar... .....                     Paytaxtın mənzil bazarındakı qiymətlər payızdakı artıma hazırlaşır .....                     Göyçə gölü sahilində 900-dən çox mülk yoxlanılır... .....                     Fərid Əhmədov Mirsaleh Seyidovu HƏDƏFƏ ÇEVİRİBMİ? .....                     Fermerə 95 minlik dələduzluq edən “Hacı Telman”la bağlı .....                     Azərbaycanda krediti 5 faizlə də vermək olar: .....                     Ekspert Elnur Fərzəliyev Rieltor kursları açdı .....                     Bakını anti-ABŞ blokuna qoşmaq riski .....                     Moskvadan iki mühüm mesaj: Bakı üçün “yaşıl işıq” yandı, qərar dəyişdi .....                 

Top Ermənistandadır: İran geri çəkilir, Zəngəzur qərarını İrəvan verməlidir - İNCƏLƏMƏ
Tarix: Bu gün, 08:52 | Çap et

Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar gətirəcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra jurnalistlərə müsahibəsində deyib. Ərdoğan qeyd edib ki, Türkiyə bu dəhlizi təkcə geosiyasi deyil, həm də geoiqtisadi inqilabın tərkib hissəsi kimi görür: "Zəngəzur dəhlizinin açılışı Orta Dəhliz üçün strateji addım olacaq. Dəhliz açıldığı zaman türk malları Xəzərdən keçərək Orta Asiyaya və Çinə daha sürətlə çatacaq, Avropadan Çinə gedən mallar da Türkiyədən keçməyə başlayacaq. Orta dəhlizin açılması cənubdan bizə və Azərbaycana qədər bir çox ölkələri əhatə edir. Bundan başqa, Çindən gələn yol ilə də inteqrasiya olunub. Belə bir əhəmiyyəti var. Bu prosesdə bütün addımlarımızı ən yaxşı şəkildə atırıq. Burada ən önəmlisi Zəngəzur xəttidir. Bu xəttə dəmir yolu sistemi də daxildir. Bu səbəbdən yükdaşımalarda Zəngəzur xəttinin əhəmiyyəti artır və artacaq". Türkiyə lideri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə böyük önəm verir. Ərdoğan əlavə edib ki, Zəngəzur dəhlizi açıldığı zaman Türkiyənin Qars-İğdır-Naxçıvan dəmir yolu xətti və Qarabağda tikinti yatırımları daha səmərəli fəaliyyət halına gələcək: “Dünya dəyişir və bu vəziyyət yeni addımlar atmağı zəruri edir. Dəyişikliklərlə ayaqlaşmaq potensialı aktivləşdirmək və qazanc qapılarını açmaq deməkdir. Ermənistan və Azərbaycanın imzalayacağı sülh regionun ab-havasını dəyişəcək. Əldə olunacaq barışıq ilə bir-birinin ardınca yeni və tarixi fürsət pəncərələrinin açılmasının şahidi olacağıq. Münaqişələr və müharibələr səbəbindən boş qalan bölgənin potensialının aktivləşməsi ilə qalib modelin daha bir nadir nümunəsi ortaya çıxacaq”. Qeyd edək ki, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan, Türkiyə və Ermənistan arasında razılaşma olmasına dair iddialar yayılıb. "Hraparak" yazıb ki, ABŞ-nin planı anti-Rusiya xətti tutan Ermənistan hakimiyyətinin maraqlarına uyğundur.
 
Politoloq İlqar Vəlizadə Sherg.az-a açıqlamasında deyib ki, son günlərdə bu məsələ müzakirə predmetidir. Ekspert vurğulayıb ki, həm Azərbaycan, həm Türkiyə tərəfi öz mövqelərini qoyub:
"Digər ölkələrlə bu yanaşmalar müzakirə olunub. Bir neçə gün bundan öncə Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində də çox güman ki, Zəngəzur dəhlizi müzakirə mövzusu olub. Yol-nəqliyyat infrastrukturunun yenidən qurulması kontekstində bu məsələnin müzakirəsi mümkün və təbiidir. Onsuz da bir çox ölkələr Zəngəzur dəhlizinin açılmasını dəstəkləyiblər. İranın mövqeyində müəyyən dəyişikliklər var. İran rəsmiləri artıq əvvəlki kimi dəhlizlə bağlı qıcıqlandırıcı bəyanatlar vermirlər. Bu da ondan xəbər verir ki, Tehran hökuməti də müəyyən reallıqları qəbul etməyə başlayıb. Əlbəttə, qeyri-regional iştirakçılar da bu layihənin reallaşmasında maraqlı görünürlər. İsmarıc da onlaradır. Hazırda top Ermənistandadır. İrəvan nəhayət öz qərarını verməli, layihəyə qoşulmalıdır".
 
Siyasi şərhçi əlavə edib ki, əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verərsə, regional layihələrin parçasına çevriləcək:
"Bununla İrəvan digər layihələrdə də iştirak şansı əldə edəcək. Ancaq İrəvan inadkar mövqeyini sürdürərsə, dalanda qalmağa davam edəcək. Son vaxtlar erməni mətbuatı iddia edir ki, guya Zəngəzur dəhlizinin təhlükəsizliyini ABŞ-nin hansısa beynəlxalq şirkəti həyata keçirəcək. Guya bu şirkət yükləri yoxlayacaq və insanların təhlükəsiz keçidini təmin edəcək və s. Ermənistan hökumətinin bu təklifi götür-qoy etdiyi də deyilir. Amma Azərbaycan tərəfinin bununla bağlı rəsmi açıqlaması, hansısa reaksiyası yoxdur. Bu da onu göstərir ki, sözügedən təklif real deyil. Gündəmdə olan Azərbaycanın irəli sürdüyü şərtlərdir ki, Türkiyə də qeyd-şərtsiz bunu dəstəkləyir. İrəvan Bakının dediklərinə əməl etsə, Zəngəzur dəhlizi açılacaq".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Bu gün, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Bu gün, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Bu gün, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Bu gün, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Bu gün, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Bu gün, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Bu gün, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Bu gün, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Bu gün, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Bu gün, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Bu gün, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Bu gün, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Bu gün, 11:44
Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Bu gün, 11:31
Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Bu gün, 11:28
Afət həmkarlarına MEYDAN OXUDU: - “Toy bazarında nömrə birəm”
Bu gün, 11:17
“Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. - “Johovurd”
Bu gün, 11:13
"Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" - Elçin Alıoğlu yazır...
Bu gün, 11:09
Ermənistan ordusunda 8 yaralı - Biri polkovnik-leytenantdır
Bu gün, 11:05
Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ - GƏLİŞMƏ
Bu gün, 11:01
İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib – Gizli görüş
Bu gün, 10:58
Naxçıvanda vətəndaşlara YENİ TƏLƏ: `Cibimizi soyurlar...` - Fuad Nəcəfli ƏNCAM ETMƏLİDİR...
Bu gün, 10:55
Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə... - TƏFƏRRÜAT
Bu gün, 10:49
Holdinqin aqrar biznesinə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:45
London Azərbaycanın nəqliyyat dəhlizinə qoşulur - AKTUAL
Bu gün, 10:41
Tramp Moskva və Pekini bombalamaqla hədələyib - CNN
Bu gün, 10:39
Nazirliyin 5 milyonluq tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 10:37
“Ks Baku”da qanun HƏRLƏYƏN YOXDUR...
Bu gün, 10:20
"Ermənistan Elektrik Şəbəkələri"nin ofisində axtarışlar siyasi motivlidir - “Taşir” Şirkətlər Qrupu
Bu gün, 10:13
ETSN-nin NƏZƏRİNƏ: Lənkəranda camaatı boğurlar... - NARAZILIQ VAR...
Bu gün, 10:12
Paytaxtın mənzil bazarındakı qiymətlər payızdakı artıma hazırlaşır - Bir yandan sökürlər, bir yandan tikirlər...
Bu gün, 09:50
Göyçə gölü sahilində 900-dən çox mülk yoxlanılır... -Baş pokuror
Bu gün, 09:42
Fərid Əhmədov Mirsaleh Seyidovu HƏDƏFƏ ÇEVİRİBMİ? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:36
Fermerə 95 minlik dələduzluq edən “Hacı Telman”la bağlı QƏRAR
Bu gün, 09:20
Azərbaycanda krediti 5 faizlə də vermək olar: - İKİ YOL
Bu gün, 09:16
Ekspert Elnur Fərzəliyev Rieltor kursları açdı - DİQQƏT!
Bu gün, 09:11
Bakını anti-ABŞ blokuna qoşmaq riski - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:04
Moskvadan iki mühüm mesaj: Bakı üçün “yaşıl işıq” yandı, qərar dəyişdi - NƏ BAŞ VERİR?
Bu gün, 09:03
Erməni keşişi Müqəddəs Eçmiədzin ərazisində əməliyyat keçirmək istəyənləri lənətlədi - KİV
Bu gün, 09:00
Azərbaycan Pezeşkianı irqçilərə yem etməyəcək -ŞƏRH
Bu gün, 08:59
Rusiyanın Azərbaycan müxalifətinə işi düşdü - "KASIBLAR İTTİFAQI"
Bu gün, 08:57
Top Ermənistandadır: İran geri çəkilir, Zəngəzur qərarını İrəvan verməlidir - İNCƏLƏMƏ
Bu gün, 08:52
Rusiya-Ermənistan universiteti yaradılır: Moskva universitet, İrəvan fond deyir... - NƏ BAŞ VERİR?
Bu gün, 08:41
TƏBİB rəhbərliyinin buradan xəbəri yoxdur... - GİLEY
Bu gün, 08:40
Türkiyə və İsrail Azərbaycan masasından niyə çəkildilər? - Görünəni odur ki...
Bu gün, 08:32
Körpə uşaq MADO-da az qala zəhərlənəcəkdi - "Görün, ətin içinə bu vicdansızlar nələr qatırlar..."
Bu gün, 08:30
Bir fotoda ilişib qalan YENİ TARİX... - şəkiraltı...
Bu gün, 08:23
Putin özünü ifşa etdi: Tramp siyasətini dəyişdirir - NYT
Bu gün, 07:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru