Ermənistan İstintaq Komitəsi Müqəddəs Eçmiədzin Kilsəsinin yerləşdiyi şəhərdə istintaq tədbirlərinin və yoxlamaların keçirilməsi barədə yayılan məlumatları təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə qurumun yaydığı rəsmi məlumatda deyilir.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan əvvəlcə Müqəddəs Eçmiədzinin "anti-xristian, əxlaqsız, anti-milli və dövlətə qarşı olan qrup tərəfindən zəbt olunduğunu" söyləyərək, şəhərin azad edilməsinə şəxsən rəhbərlik etməyə hazır olduğunu bildirmişdi.